KATV1 beynəlxalq “Asteroid Günü”nə hazırlaşır

17-06-2016 / 10:30

Azərbaycanın kabel televiziya operatoru KATV1 və Discovery Science telekanalı 30 iyun tarixində bütün dünyada qeyd olunan “Asteroid Günü”nü qeyd edəcək.

Sözügedən təşəbbüsün mahiyyəti bütün diqqətləri asteroid təhlükəsinə cəlb etməkdən ibarətdir. Bu il Azərbaycan seyrçiləri də bayram tədbirlərində iştirak edib və Discovery Science telekanalında efirə gedən Kainat haqqındakı elmi-kütləvi proqramları izləyib planetimizin keşiyində dura biləcəklər. 

Şirkətdən Xeberler.az-a verilən məlumata görə, iyunun 30-da Park Bulvar TM-də yereləşən Nəsirəddin Tusi adına planetariumda Açıq qapı günü təşkil olunacaq. Həmin gün planetariumda kosmos haqqında maraqlı sənədli filmlər və cizgi filmləri nümayiş olunacaq.

Böyüklər və gənc qonaqlar üçün müxtəlif dillərdə əyləncəli şou-proqramlar da təşkil olunacaq. Açıq qapı gününün əsas hadisəsi isə meteorit və asteroidlər haqqında çəkilmiş bir filmin qapalı nümayişi olacaq. Filmdən sonra Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının əməkdaşının mühazirəsi və KATV1-in nümayəndəsinin çıxışı gözlənilir.

Azərbaycan seyrçiləri həmçinin beynəlxalq Discovery Science müsabiqəsində də iştirak edə biləcəklər.

Müsabiqənin qalibi Amsterdamda yerləşən Avropa Kosmik Agentliyinə səfər etmək imkanını qazanacaq.

Mükafat uğrunda mübarizəyə qoşulmaq üçün  iyunun 30-dək  asteroid haqqında 5 suala düzgün cavab vermək və http://www.yourdiscoveryscience.com saytındakı kiçik anketi doldurmaq gərəkdir.

Bundan əlavə, KATV1-in rəsmi Facebook səhifəsində “Yer kürəsi asteroidlə toqquşarsa nə edərsiniz?” mövzusunda hekayələr müsabiqəsinə də start veriləcək.

Ən yaxşı hekayələrin müəllifləri KATV1 şirkətindən və Discovery Science telekanalından dəyərli mükafatlar əldə edəcək.

Suallara cavab vermək və qeyri-adi süjet yaratmaq üçün gərəkən məlumatları 30 iyun tarixində Discovery Science kanalında səhərdən axşamadək efirə gedəcək kosmos haqqında olan verilişlərindən tapmaq mümkündür.

Yekun tədbir 3 iyul tarixində Mambo beach club-da keçiriləcək. Burada böyük ekranda xüsusi filmlər nümayiş olunacaq, həmçinin müxtəlif master-klaslar və musiqili kosmik şoular təşkil olunacaq. Bütün istəyənlər əsl teleskoplardan ulduzlara da baxa biləcəklər.

“Hər kəs özünü böyük Kainatın bir hissəsi olduğunu dərk etməlidir. Buradakı həyatımız bir tək özümüzdən asılı deyil. Asteroidlər Yer kürəsi üçün ciddi bir təhlükədir və planetimiz hətta bir neçə dəfə onlarla toqquşub fəlakətli nəticələrlə qarşılaşmışdır. Bunu heç vaxt unutmamalıyıq, və “Asteroid Günü” məhz hər kəsin kosmosdan gələnə təhlükələri unutmaması üçün bir üsuldur. Discovery Science isə kosmos və Kainat haqqında olan biliklərimizi ən son elmi faktlarla daha da artırr”, deyə AG Telecom şirkətinin baş direktoru Samir Qurbanov  qeyd edib.

“Azərbaycan - Discovery Networks üçün prioritet regionlardandır, və elə ona görə də ölkənin aparıcı operatoru olan KATV1 ilə əməkdaşlığımız bizim çox vacibdir. Yaxınlarda Eurosport kanalı KATV1 ilə müvəffəqiyyətlə əməkdaşlıq edərək ilk birgə aksiyanı həyata keçirmişdi, indi isə sıra tamamilə elmə həsr olunan dünyanın yeganə kanalı Discovery Science kanalındadır. Bunun sayəsində daha çoxlu sayda Azərbaycan seyrçisi elm dünyası ilə tanış olacaq və yaşadığımız Kainat haqqında yeni biliklər əldə edəcək. Əminəm ki, “Asteroid Günü” diqqəti həm təşəbbüsün özünə, həm də Discovery Science-ın kosmos haqqındakı maraqlı verilişlərinə cəlb edəcək”, deyə Discovery Networks kanalının Şimal-Şərq Avropa ölkələri üzrə direktoru Anna Pak qeyd edib. 

Günel


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.