Kibertəhlükəsizlik üzrə tədqiqatçılar kiberhücumçuların kriptovalyuta və kredit kartı məlumatlarını oğurlamaq məqsədilə dünyanın ən çox ziyarət edilən veb-saytlarından bəzilərini manipulyasiya etdiklərini bildiriblər.
Xeberler.az xarici mediaya istinadən məlumat verir ki, təhlükəsizlik tədqiqatçısı Skott Helmenin sözlərinə görə, “JavaScript” dilində yazılmış zərərli kod kriptovalyuta aktivlərini və kart məlumatlarını oğurlamaq, eləcə də cihazlara viruslar quraşdırmaq üçün istifadə edilib. O qeyd edib ki, kod “Optimizely” rəqəmsal optimallaşdırma platforması vasitəsilə müxtəlif sektorlardan 178 şirkətin veb-saytlarına daxil edilib.
Təsirə məruz qalan təşkilatlar arasında IKEA, “Salesforce”, “Equifax”, BBC və CNN, eləcə də “Zoom”, “GitLab”, HSBC, “Air France-KLM”, “Ledger”, “Peacock” kimi aparıcı platformalar var.
Kibertəhlükəsizlik şirkəti “HudsonRock” da zərərli kodun bu metoddan istifadə edilərək yayıldığını təsdiqləyib, lakin hücumdan təsirlənən istifadəçilərin dəqiq sayı hələlik məlum deyil.
Qeyd olunur ki, “iPhone” və “iPad” cihazları da hədəfə alınıb. Çoxməqsədli zərərli proqram vasitəsilə istifadəçilərin kriptovalyuta cüzdan ünvanları hücumçuların ünvanları ilə əvəz edilir, kart məlumatları kopyalanaraq brauzer kukilərini və ekran görüntülərini oğurlamaq üçün istifadə olunur.
Həmçinin proqram təminatının “Coruna” və “DarkSword” adlı iOS istismar dəstlərini “Apple iPhone” və “iPad” cihazlarına göndərdiyi müəyyən edilib. Hücumçuların hesablarına təsdiqlənmiş köçürmələr kriptovalyuta oğurluğunun artıq baş verdiyini ortaya qoyub.
“Optimizely” infrastrukturundan istifadə edən müştəri layihələrinin idarəetmə panelindəki gizli kod sahəsinə (“JavaScript”) yerləşdirilən zərərli proqramın faylın qalan hissəsi toxunulmadığı üçün diqqətdən kənarda qaldığı məlum olub. Qeyd edilib ki, kod hədəf aldığı saytların “firewall”larını keçə bildiyi üçün “Optimizely”nin etibarlı domen adı və sertifikatı istifadə edilərək təqdim olunub.
Ekspertlər vurğulayıblar ki, “Optimizely” kiberhücumçuların çoxsaylı müstəqil müştəri layihələrinə necə giriş əldə etdiklərini izah etməlidir.
























Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları