Previous Next
Bağla

Kaspersky Lab enerji sektorunun üzləşdiyi təhlükələri araşdırıb

11-10-2019 11:49
Kaspersky Lab enerji sektorunun üzləşdiyi təhlükələri araşdırıb

Xeberler.az bildirir ki, 2019-cu ilin ilk altı ayı ərzində “Kaspersky Lab” həlləri müxtəlif ölkələrdəki müəssisələrin texnoloji şəbəkələrindəki kompüterlərin demək olar ki, yarısında (41.2%) zərərli fəaliyyət məhdudlaşdırıb.
 
Enerji sektoru ən çox hücum edilən sahələrdən biridir. Belə ki, “Kaspersky Lab” bu sektordakı müəssisələrin avtomatlaşdırma sistemlərindəki kompüterlərin 41,6%-də zərərli fəaliyyətin qarşısını alıb. Qeyd edilən təhdidlərin böyük əksəriyyəti enerji obyektlərinin avtomatlaşdırılması sistemi üçün xüsusi olaraq hazırlanmamışdır. Bununla belə, “Kaspersky ICS CERT” mütəxəssislərinin praktik təcrübəsi və araşdırmaları göstərir ki, məhdudlaşdırılmış zərərli proqramların çoxu İT sistemlərinin işinə az təsir etsə də, texnoloji kontur daxilindəki avtomatlaşdırma sistemlərinin əlçatanlığı və bütövlüyündə problemlər yaradır. 

Zərərli “qurdlar” (avtomatlaşdırılmış idarəetmə sistemli kompüterlərinin 7.1%-də məhdudlaşdırılıb) İT sistemləri üçün böyük təhlükə yaradır, lakin onların texnoloji şəbəkədəki hərəkətlərinin nəticələri daha da zərərli ola bilər. Məsələn, enerji sənayesindəki bir çox kompüterdə məhdudlaşdırılmış “Syswin” , yoluxmuş cihazdakı məlumatları məhv edərək şəbəkə qovluqları və daşıyıcılar vasitəsilə müstəqil şəkildə yayıla bilər. Bəzi hallarda, bu monitorinq və teleidarəetmə sistemlərindən imtinadan əlavə, həm də fövqəladə vəziyyətə səbəb ola bilər.
 
Avtomatlaşdırılmış idarəetmə sistemli kompüterlərinin 3,7%-də çoxfunksiyalı cəsus proqramları məhdudlaşdırılıb, adətən bu proqramlar məxfi məlumatları oğurlamaq, digər zərərli proqramları yükləməklə yanaşı, hücum edənlərə yoluxmuş cihazı məsafədən idarə etmək imkanı da verirlər. Enerji sektorundakı bir çox kompüterdə zərərli “AgentTesla” troyanı aşkar edilib, bu proqram zərərli kampaniyalarda, o cümlədən, sənaye sahələri ilə maraqlanan müəssisələri hədəf almaqda istifadə olunur.
 
Bundan əlavə, “Kaspersky Lab” məhsulları daha təhlükəli proqram olan “Meterpreter” bekdorunu dəfələrlə məhdudlaşdırıb. Bu proqram məsafədən gizli məlumat toplamaq və idarə etmək üçün geniş imkanlara malikdir. Mütəxəssislər bu aləti testlərinin aparılmasında, cinayətkarlar isə hədəf hücumlarının həyata keçirilməsində istifadə edirlər. “Meterpreter” yaddaşda iz saxlamır , buna görə də, kompüter müasir qoruyucu həll ilə qorunmadığı halda hücum diqqətdən kənarda qala bilər.

 
Əlbəttə ki, enerji sektoru kiber təhdidlər ilə üzləşən yeganə sahə deyil. “Kaspersky ICS CERT” mütəxəssisləri bir çox digər sahələrdə də zərərli aktivliyin yüksək səviyyəsini qeyd edirlər, bunların arasında avtomobil istehsalı və bina avtomatlaşdırılması sahələri də var.

“Kaspersky Lab” bu sahələrdə avtomatlaşdırılmış idarəetmə sistemli kompüterlərin müvafiq olaraq 39.3% və 37.8% kompüterlərində zərərli fəaliyyət məhdudlaşdırıb.
 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Ən çox bu sahələrə kiber hücum olur-Araşdırma

30-03-2018

Kaspersky: Casus proqramları və zərərli skript hücumlarının sayı artıb

13-09-2021

Cinayətkarların kriptovalyuta yığımı üçün yeni üsulu

14-12-2016

Kaspersky Lab yeni casus proqramı aşkarlayıb

26-09-2019

Neft və qaz şirkətlərinə və bina avtomatlaşdırma sistemlərinə hücumlar artıb

16-09-2020

Kaspersky yeni əməkdaşlıq proqramına başlayır

27-08-2020

Kaspersky, 2020-ci ildə qeydə alınan hücumların təfərrüatını açıqlayıb

04-06-2020

Bu il şirkətlərə qarşı kiber-hücumların sayı iki qat artıb

25-12-2015

Kaspersky mindən çox qeyri-aktiv domen aşkar edib

10-07-2020

Kaspersky: Trickbot bank troyanı getdikcə daha da güclənir

25-10-2021

Bank troyanları 430 min istifadəçiyə hücum edib

08-08-2019

Avtomobil sahiblərinin nəzərinə-Kiber təhlükə

24-04-2018

Kaspersky Lab : Azərbaycanda kiber hücumların sayı artıb

17-05-2018

“Kaspersky Lab” “Google Play”də zərərli proqram tapıb

28-06-2019

Lazarus kriptovalyuta birjasına hücum edib

24-08-2018

Kaspersky Lab hesabat açıqladı

29-06-2018

İnnovasiya həftəsi çərçivəsində Kaspersky Security Day keçirilib

28-10-2019

Bir milyon istifadəçi kompüteri təmizləyərkən kibertəhlükələrlə üzləşib

04-07-2019

Kaspersky sənaye təşkilatlarına təsir göstərən casus hücumları silsiləsini aşkar edib

10-01-2022

70 mindən çox istifadəçi zərərli proqram təminatlarının hücumuna məruz qalıb

08-06-2018

Kibertəhlükələrlə ən çox Azərbaycan istifadəçiləri üzləşib

26-01-2017

Kaspersky: WhatsApp-la Triada troyanı yayılır

25-08-2021

Bir milyon istifadəçi video oyun əvəzinə təhdid təhlükəsi ilə üzləşib

20-06-2019

Kaspersky Netflix adı ilə cihazları yoluxduran cəhdlər aşkar edib

24-07-2020





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə