Previous Next
Bağla

Kaspersky: Azərbaycanda hər onuncu cihazda zərərli internet proqram bloklanıb

04-06-2021 13:29
Kaspersky: Azərbaycanda hər onuncu cihazda zərərli internet proqram bloklanıb

Kaspersky-nin informasiya təhdidlərinin inkişafı barədə hesabatına görə, bu ilin  birinci rübündə Azərbaycanda veb-antivirus quraşdırılmış cihazların 9%-də bu və ya digər zərərli proqram bloklanıb.

Ümumilikdə, internetdən yoluxma riskinə məruz qalan istifadəçilərin ən yüksək  nisbətinə görə Azərbaycan dünya reytinqində ilk 20-liyə daxil olub (17-ci yer). Bundan əlavə, mart ayında dünyada mədənçi (miner), yəni yoluxmuş cihazlardan kriptovalyuta oğurlamaq üçün hazırlanmış proqramların hücumlarında canlanma müşahidə olunub. Kaspersky-nin qoruma məhsulları fevral ilə müqayisədə mart ayında bu cür hücumların sayında 4 dəfədən çox artım müəyyən edib.Mütəxəssislərin təxminlərinə görə, mart ayındakı canlanma kriptovalyuta qiymətlərindəki artımla bağlı ola bilər.

İlin əvvəlində qeydə alınmış digər vacib trendlər arasında bank, o cümlədən mobil telefon troyanlarının hücum sayındakı azalma və fidyə proqramlarının arsenalının genişlənməsini də qeyd etmək olar. Kaspersky, yanvardan mart ayına qədərki dövrdə yeddi yeni kriptoqraf ailəsi və bu tip zərərli proqramların 4354 yeni modifikasiyasını aşkarlayıb.

“Güman edirik ki, təcavüzkarlar bitkoin qiymətlərindəki artımı öz maraqları üçün istifadə etməyə qərar verib və mədənçi proqramları aktiv istifadə edilən alətlər siyahısına qaytarıblar. Əgər kriptovalyuta bahalaşmağa davam etsə, bu cür hücumların sayı da artmağa davam edəcək, amma ötən ilin trendində müşahidə olunan qırılma anı – mədənçi hücumuna məruz qalan istifadəçi sayının azalması barədə danışmaq hələ tezdir,” deyə Kaspersky-nin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov bildirib.

Kiber təhdidlərin 2021-ci ilin birinci rübü üçün ümumi mənzərəsi barədə daha ətraflı buradan oxuya bilərsiniz: https://securelist.ru/it-threat-evolution-q1-2021-non-mobile-statistics/101518/.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Kaspersky: Casus proqramları və zərərli skript hücumlarının sayı artıb

Kaspersky: Casus proqramları və zərərli skript hücumlarının sayı artıb

13-09-2021
“Kaspersky maliyyə sahəsi üçün 2022-ci ilin kiber təhlükəsizlik proqnozunu hazırlayıb

“Kaspersky maliyyə sahəsi üçün 2022-ci ilin kiber təhlükəsizlik proqnozunu hazırlayıb

30-11-2021
Mobil bank troyanların kəskin artması aşkar edilib

Mobil bank troyanların kəskin artması aşkar edilib

10-08-2018
Kaspersky: DDoS hücumlarının sayı karantindən öncəki səviyyəyə qayıdıb

Kaspersky: DDoS hücumlarının sayı karantindən öncəki səviyyəyə qayıdıb

25-05-2021
Azərbaycan zərərli hücuma məruz qalan istifadəçilərin sayına görə 7-ci yeri tutub

Azərbaycan zərərli hücuma məruz qalan istifadəçilərin sayına görə 7-ci yeri tutub

03-06-2022
2021-ci ildə Kaspersky tərəfindən 380 min zərərli fayl aşkarlanıb

2021-ci ildə Kaspersky tərəfindən 380 min zərərli fayl aşkarlanıb

20-12-2021
Kaspersky: DDoS hücumlarında kəskin artım qeydə alıb

Kaspersky: DDoS hücumlarında kəskin artım qeydə alıb

19-08-2020
Kriptovalyutanın kəskin bahalaşması kibertəhdidlərə necə təsir edir

Kriptovalyutanın kəskin bahalaşması kibertəhdidlərə necə təsir edir

22-02-2021
Hər gün 400 min yeni zərərli fayl aşkarlanır- Kaspersky

Hər gün 400 min yeni zərərli fayl aşkarlanır- Kaspersky

05-12-2022
Kriptoçöküş və artan ağıllı hücumlar: DdoS hücumlarının 2022-ci ilin 2-ci rübündəki mənzərəsi

Kriptoçöküş və artan ağıllı hücumlar: DdoS hücumlarının 2022-ci ilin 2-ci rübündəki mənzərəsi

19-08-2022
Kriptoqraf troyanlar Azərbaycan istifadəçilərini də hədəfə alıb

Kriptoqraf troyanlar Azərbaycan istifadəçilərini də hədəfə alıb

23-09-2021
Kaspersky: Fidyəçi təcavüzkarlar biznesi hədəf alır

Kaspersky: Fidyəçi təcavüzkarlar biznesi hədəf alır

23-12-2021
Kaspersky Lab : Azərbaycanda kiber hücumların sayı artıb

Kaspersky Lab : Azərbaycanda kiber hücumların sayı artıb

17-05-2018
Azərbaycanda 35 min gizli maynerlik proqramları aşkarlanıb

Azərbaycanda 35 min gizli maynerlik proqramları aşkarlanıb

21-11-2022
 İnternetlə yoluxma riskinə ən çox Azərbaycan istifadəçiləri məruz qalıb

İnternetlə yoluxma riskinə ən çox Azərbaycan istifadəçiləri məruz qalıb

25-08-2016
70 mindən çox istifadəçi zərərli proqram təminatlarının hücumuna məruz qalıb

70 mindən çox istifadəçi zərərli proqram təminatlarının hücumuna məruz qalıb

08-06-2018
Kaspersky: DdoS hücumlarının sayı artıb

Kaspersky: DdoS hücumlarının sayı artıb

15-11-2021
Kaspersky: Zərərli bank proqramları dünyadakı istifadəçilərə hücum edir

Kaspersky: Zərərli bank proqramları dünyadakı istifadəçilərə hücum edir

16-07-2020
Emotet yenidən canlanır

Emotet yenidən canlanır

20-04-2022
Azərbaycanda internet istifadəçiləri lokal təhdidlərlə üzləşib

Azərbaycanda internet istifadəçiləri lokal təhdidlərlə üzləşib

07-08-2020
Neft və qaz şirkətlərinə və bina avtomatlaşdırma sistemlərinə hücumlar artıb

Neft və qaz şirkətlərinə və bina avtomatlaşdırma sistemlərinə hücumlar artıb

16-09-2020
Kaspersky Azərbaycanda Log4shell hücumlarının qarşısını alıb!

Kaspersky Azərbaycanda Log4shell hücumlarının qarşısını alıb!

02-02-2022
Bu il ən çox hansı ölkələrə kiberhücum olub?

Bu il ən çox hansı ölkələrə kiberhücum olub?

22-05-2017
Azərbaycanda kriptovalyuta sahəsində fişinqin həcmi 3 dəfə artıb

Azərbaycanda kriptovalyuta sahəsində fişinqin həcmi 3 dəfə artıb

13-04-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə