Previous Next
Bağla

Kibertəhlükəsizlik üzrə mütəxəssislər üçün “Pentestinq” seminarı keçirilib

03-03-2020 21:03
Kibertəhlükəsizlik üzrə mütəxəssislər üçün “Pentestinq” seminarı keçirilib

II Beynəlxalq “Kibertəhlükəsizlik həftəsi” çərçivəsində 3 mart tarixində dövlət və bank sektorunda çalışan kibertəhlükəsizlik üzrə mütəxəssislər üçün “Pentestinq” üzrə praktiki seminar keçirilib.

Xeberler.az bildirir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzi (İKT LAB) və “IS3S” şirkətinin birgə təşkilatçılığı ilə baş tutan seminarda “Infomation Security Solutions” şirkətinin həmtəsisçisi Azamat Zilokov çıxış edərək informasiya təhlükəsizliyinin təmini məsələlərinin önəmliyini qeyd edib. O bildirib ki, bu sahədə mövcud problemlərin aradan qaldırılması birgə səylərin birləşdirilməsini tələb edir.

“Information Security Solutions” şirkətinin nümayəndəsi, Rusiyada tanınmış kibertəhlükəsizlik mütəxəssisi və tədqiqatçısı Yuri Qurkin pentest, yəni informasiya təhlükəsizliyi üzrə sınaqlar və hücumların tipləri, metodologiyası, təhdidlərin növləri, istifadə olunan ənənəvi kibertəhlükəsizlik həllərinin üstün və mənfi cəhətlərini diqqətə çatdırıb, təhdidlərin qarşısını almaq, eləcə də bank sistemi üçün arxitektura həlləri üzrə tövsiyələrlə çıxış edib.

Məruzəçi eyni zamanda pentest üzrə sənədin hazırlanma qaydası, sertifikatlaşdırılmış həllərin istifadəsinin üstün və mənfi cəhətləri, veb-təhdidlər, manual, avtomatik test və digər əhəmiyyətli mövzular haqqında seminar iştirakçılarına geniş məlumat verib.

Sonra məruzəçi iştirakçıların çoxsaylı suallarını cavablandırıb.

Xatırladaq ki, “Kibertəhlükəsizlik həftəsi” sahə üzrə əlaqəli fəaliyyətin səmərəliliyinin artırılması və maarifləndirmə səviyyəsinin yüksəldilməsi məqsədilə Nəqliyyat, Rabitə  və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən ikinci ildir ki keçirilir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Kibertəhlükəsizlik mütəxəssisləri üçün beynəlxalq təlimlərə qeydiyyat başlayıb

21-02-2020

Kibertəhlükəsizlik üzrə beynəlxalq sertifikatlaşdırma seminarı keçirilib

05-03-2020

Kibertəhlükəsizlik: kritik risklər adlı təlim keçirilib

21-10-2019

Kibertəhlükəsizlik: kritik risklər adlı təlim keçiriləcək

03-10-2019

“InnoWeek 2020” çərçivəsində kibertəhlükəsizlik üzrə vebinar baş tutub

15-12-2020

Kibertəhlükəsizlik üzrə Gənclər Seminarı keçirilib

22-05-2019

Azərbaycanda II Beynəlxalq “Kibertəhlükəsizlik həftəsi” keçiriləcək

22-02-2020

Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin tələbələri üçün təlim keçirilib

03-08-2023

Bakıda "Təhlükəsiz Hökumət Buludu" tədbiri baş tutub

03-03-2020

Microsoft-un təşkilatçılığı ilə Kibertəhlükəsizlik həftəsi sona çatıb

19-03-2019

Kibertəhlükəsizlik: çağırışlar, trendlər və qabaqcıl təcrübələr mövzusunda seminar keçirilib

22-11-2018

Azərbaycanda informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik riskləri reyestri yaradılacaq

28-08-2023

İsveçrədə Qlobal Kibertəhlükəsizlik Konfransı keçirilib

02-12-2024

“İKT LAB” kibertəhlükəsizlik üzrə ödənişsiz təlimlərə start verir

03-11-2020

Azərbaycanda informasiya təhlükəsizliyi üzrə 18 milli standart var

02-03-2020

“Kiber Təhlükənin Fərqindəyəm” şüarı ilə silsilə tədbirlər keçiriləcək

07-10-2021

“Kibertəhlükəsizlik nədir” mövzusunda sessiya keçirilib

30-10-2024

Bakıda Kibertəhlükəsizlik həftəsi işə başlayıb

11-03-2019

Azercell “CIDC 2025: 2-ci Kibertəhlükəsizlik Konfransı”nın sponsorudur

06-10-2025

Dövlət Xidmətinin əməkdaşı Avstriyada beynəlxalq konfransda iştirak edib

14-05-2026

Azercell VI Regional İnternet İdarəçilik Forumunda iştirak edib

14-03-2019

“Azerconnect Group” “Beynəlxalq Kibertəhlükəsizlik Günləri” konfransında iştirak edib

23-09-2024

İnformasiya təhlükəsizliyi üzrə təlim keçən yerli mütəxəssislərə beynəlxalq sertifikat veriləcək

12-03-2019

Elektron Təhlükəsizlik Xidməti məktəblilər üçün maarifləndirmə tədbirləri keçirib

15-04-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə