Previous Next
Bağla

Kibertəhlükəsizlik mütəxəssisləri üçün beynəlxalq təlimlərə qeydiyyat başlayıb

21-02-2020 13:17
Kibertəhlükəsizlik mütəxəssisləri üçün beynəlxalq təlimlərə qeydiyyat başlayıb

Cari ilin 02-06 mart tarixlərində ölkəmizdə təşkil olunacaq II Beynəlxalq “Kibertəhlükəsizlik həftəsi” çərçivəsində sahə mütəxəssislərinin inkişafı və maarifləndirilməsi məqsədilə beynəlxalq seminar və təlimlərin də keçirilməsi nəzərdə tutulub.

Xeberler.az bildirir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzi (İKT LAB) və “İS3S” şirkətinin birgə təşkilatçılığı ilə 3 mart tarixində dövlət və bank sektorunda çalışan kibertəhlükəsizlik üzrə mütəxəssislər üçün “Pentestinq” üzrə praktiki seminar keçiriləcək. Seminar tanınmış rusiyalı kibertəhlükəsizlik mütəxəssisi və tədqiqatçısı Yuri Qurkin tərəfindən aparılacaq, “pentest”in növləri, metodikası, texnoloji həlləri təqdim ediləcək.

İKT LAB-ın təşkilatçılığı ilə keçiriləcək növbəti tədbir 05 mart tarixində baş tutacaq “Kibertəhlükəsizlik üzrə beynəlxalq sertifikatlaşdırma seminarı” olacaq. Məqsəd kibertəhlükəsizlik üzrə mütəxəssislərin beynəlxalq sertifikatlaşdırma imkanları barədə iştirakçıları məlumatlandırmaqdır. Eyni zamanda “Ethical Hacker”, “İSO/İEC 27001:2015” standartı əsasında beynəlxalq sertifikat və “CompTİA security+” beynəlxalq sertifikatları və onların əldə edilməsi yolları haqqında daha ətraflı təqdimatlar olacaq.

“Kibertəhlükəsizlik üzrə beynəlxalq sertifikatlaşdırma seminarı”nın davamı olaraq, 10-14 mart tarixlərində “ISO/IEC 27001:2015 standartı –“İnformasiya təhlükəsizliyinin idarə edilməsi sisteminə olan tələblər” əsasında beynəlxalq sertifikatlaşdırma təlimi və martın 10-dan başlayaraq 2 ay müddətində davam edəcək “CompTİA Security+”, yəni “İT təhlükəsizliyinin əsasları” beynəlxalq sertifikatlaşdırma təlimi təşkil ediləcək.

İştirakçılar təlimdə iştirak etməklə yanaşı, beynəlxalq imtahanları uğurla keçərək, beynəlxalq sertifikat almaq imkanı əldə edəcəklər.

Qeyd edilən təlimlər kibertəhlükəsizlik sahəsində ölkəmizin kadr potensialının gücləndirilməsi, eləcə də dövlət orqanları, idarə, müəssisə və təşkilatların beynəlxalq sertifikatlı mütəxəssislərə malik olması və kibertəhlükəsizlik səviyyəsinin yüksəldilməsi məqsədilə təşkil edilir.

“www.cyberweek.az”“www.iktlab.az” internet saytlarında seminarlar və təlimlər haqqında ətraflı məlumat almaq və proqramlarla tanış olmaq mümkündür.

Seminar və təlimlərdə iştirak etmək istəyən şəxslər İKT LAB Tətbiq və Tədris Mərkəzinin +99412 5050113 telefon nömrəsi və [email protected] elektron poçtu ilə əlaqə saxlayıb, qeydiyyat üçün müraciət edə bilərlər.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Kibertəhlükəsizlik üzrə beynəlxalq sertifikatlaşdırma seminarı keçirilib

05-03-2020

Kibertəhlükəsizlik üzrə mütəxəssislər üçün “Pentestinq” seminarı keçirilib

03-03-2020

İnformasiya təhlükəsizliyi üzrə təlim keçən yerli mütəxəssislərə beynəlxalq sertifikat veriləcək

12-03-2019

Kibertəhlükəsizlik: kritik risklər adlı təlim keçirilib

21-10-2019

“İKT LAB” kibertəhlükəsizlik üzrə ödənişsiz təlimlərə start verir

03-11-2020

Azərbaycanda Kibertəhlükəsizlik həftəsi keçiriləcək

04-03-2019

Kibertəhlükəsizlik: kritik risklər adlı təlim keçiriləcək

03-10-2019

Elektron Təhlükəsizlik Xidməti tərəfindən elan edilmiş təcrübə proqramına start verilib

05-08-2022

AKTA UNEC-də seminar təşkil edib

03-03-2026

Azərbaycanda II Beynəlxalq “Kibertəhlükəsizlik həftəsi” keçiriləcək

22-02-2020

Kibertəhlükəsizlik Mərkəzinin keçirəcəyi təlimlərə qeydiyyat müddəti uzadılıb

20-09-2022

“Hackathon” müsabiqəsinə qeydiyyat başladı

18-02-2020

Bakıda IV Milli Kibertəhlükəsizlik Forumu keçiriləcək

21-05-2026

Kibertəhlükəsizliyin əsasları – CompTIA Security+” adlı vebinar keçiriləcək

15-09-2020

Microsoft-un təşkilatçılığı ilə Kibertəhlükəsizlik həftəsi sona çatıb

19-03-2019

Kibertəhlükəsizlik Akademiyasına tədris üçün qeydiyyat davam edir

21-08-2023

Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin keçirəcəyi təlimlərə qeydiyyat başlanıb

18-08-2022

“InnoWeek 2020” çərçivəsində kibertəhlükəsizlik üzrə vebinar baş tutub

15-12-2020

Kibertəhlükəsizlik: çağırışlar, trendlər və qabaqcıl təcrübələr mövzusunda seminar keçirilib

22-11-2018

Azercell “CIDC 2025: 2-ci Kibertəhlükəsizlik Konfransı”nın sponsorudur

06-10-2025

“Azerconnect Group” “Beynəlxalq Kibertəhlükəsizlik Günləri” konfransında iştirak edib

23-09-2024

İsveçrədə Qlobal Kibertəhlükəsizlik Konfransı keçirilib

02-12-2024

Beynəlxalq Kibertəhlükəsizlik Olimpiadasının seçim imtahanının I mərhələsi başlanır

06-04-2026

AzMİU əməkdaşları kibertəhlükəsizlik üzrə maarifləndirilib

13-12-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə