Previous Next
Bağla

İnformasiya təhlükəsizliyi üzrə təlim keçən yerli mütəxəssislərə beynəlxalq sertifikat veriləcək

12-03-2019 13:26
İnformasiya təhlükəsizliyi üzrə təlim keçən yerli mütəxəssislərə  beynəlxalq sertifikat veriləcək

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə 11-15 mart tarixlərində ölkəmizdə ilk dəfə keçirilən beynəlxalq “Kibertəhlükəsizlik həftəsi” çərçivəsində Azərbaycan Standartlaşdırma İnstitutunun və “İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzi”nin birgə təşkilatçılığı ilə “ISO/IEC 27001:2013 İnformasiya Təhlükəsizliyi. Təhlükəsizlik metodları. İnformasiya təhlükəsizliyinin idarə edilməsi sistemləri. Tələblər” standartı əsasında beynəlxalq sertifikat təlimi təşkil edilib.

Xeberler.az  bildirir ki, təlimin məqsədi “ISO/IEC 27001 – “İnformation Security Management Systems” – informasiya təhlükəsizliyinin idarəetmə sistemləri üzrə qəbul edilmiş beynəlxalq standartın tələblərini və tətbiq üsullarını yerli mütəxəssislərə öyrətməkdir. Təlimdə standartın bütün tələblərini öyrətməklə yanaşı, təşkilatlarda bu standartı tətbiq etmək məqsədi ilə vacib olan rəsmi auditor statusunun alınması üçün beynəlxalq imtahan keçiriləcək.

İKT-nin Tətbiqi və Tədrisi Mərkəzinin direktoru Rauf Cabarov təlimin ilk günündə açılış nitqi ilə çıxış edərək, müasir dövrdə informasiya təhlükəsizliyi sahəsinin inkişafı və bu sahə üzrə mütəxəssislərin beynəlxalq standartların tələblərini bilməsinin çox vacib olduğunu vurğulayıb. O, İKT-nin Tətbiqi və Tədrisi Mərkəzinin yerli kibertəhlükəsizlik üzrə mütəxəssislərin hazırlanmasına xüsusi diqqət ayırmasından və bu sahə üzrə müxtəlif istiqamətlərdə təlimlərin təşkil olunmasından bəhs edib. Azərbaycan Standartlaşdırma İnstitutunun Təlim-Tədris Mərkəzi və İdarəetmə Sistemlərinin və Personalın Sertifikatlaşdırma Orqanının direktoru Saday Əliyev isə bildirib ki, rəqabətədavamlı məhsulların və keyfiyyətli xidmətlərin istehlakçılara təqdim edilməsi, müəssisənin rentabelli olması birbaşa onun personalının səriştəliliyi ilə şərtlənir.

“Bu faktor nəzərə alınmaqla, bütün dünyada beynəlxalq standarta uyğun olaraq, personalın sertifikatlaşdırılması həyata keçirilir. Prosesin yekununda işçi heyəti öz peşə fəaliyyəti üzrə bilik və bacarıqlarını inkişaf etdirmiş olur”. S.Əliyev qeyd edib ki, personalın sertifikatlaşdırılması təşkilata öz mütəxəssislərinin səriştəliliyini müəyyən etməyə imkan verir. Sözügedən təlim Beynəlxalq “İRCA” təşkilatının təlim proqramı əsasında və həmin qurumun üzvü Türkiyənin “Esenek Eğitim Mərkəzi"nin rəhbəri və peşəkar təlimçisi Halil Çelik tərəfindən aparılır. H.Çelik məlumat verib ki, təlimlərin sonunda keçiriləcək beynəlxalq imtahan nəticələrinə əsasən, iştirakçılara Beynəlxalq “İRCA” təşkilatında qeydiyyata alınacaq sertifikatlar veriləcək.

“Bu imtahanı uğurla verən yerli mütəxəssislərə “ISO 2700” standartının tətbiqi üzrə baş auditor sertifikatı təqdim edəcəyik”, - deyə peşəkar təlimçi vurğulayıb. Məlumat üçün bildirək ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzi”ndə keçirilən təlim martın 16-na dək davam edəcək.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Kibertəhlükəsizlik üzrə beynəlxalq sertifikatlaşdırma seminarı keçirilib

Kibertəhlükəsizlik üzrə beynəlxalq sertifikatlaşdırma seminarı keçirilib

05-03-2020
Azərbaycanda Kibertəhlükəsizlik həftəsi keçiriləcək

Azərbaycanda Kibertəhlükəsizlik həftəsi keçiriləcək

04-03-2019
Kibertəhlükəsizlik mütəxəssisləri üçün beynəlxalq təlimlərə qeydiyyat başlayıb

Kibertəhlükəsizlik mütəxəssisləri üçün beynəlxalq təlimlərə qeydiyyat başlayıb

21-02-2020
SOCAR-ın işçilərinə informasiya təhlükəsizliyi üzrə kurs keçirilib

SOCAR-ın işçilərinə informasiya təhlükəsizliyi üzrə kurs keçirilib

08-04-2015
Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü ilə bağlı tədbir keçiriləcək

Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü ilə bağlı tədbir keçiriləcək

17-05-2019
Azercell ISO/IEC 27701:2019 beynəlxalq sertifikatını əldə edən ilk şirkət oldu

Azercell ISO/IEC 27701:2019 beynəlxalq sertifikatını əldə edən ilk şirkət oldu

23-01-2026
Azercell müştəri məlumatlarını beynəlxalq standartlara uyğun qoruduğunu bir daha təsdiq etdi

Azercell müştəri məlumatlarını beynəlxalq standartlara uyğun qoruduğunu bir daha təsdiq etdi

19-12-2022
Kibertəhlükəsizlik: kritik risklər adlı təlim keçirilib

Kibertəhlükəsizlik: kritik risklər adlı təlim keçirilib

21-10-2019
“AzInTelecom” MMC-nin Əlçatanlıq zonaları 3 beynəlxalq standart üzrə sertifikasiya auditindən uğurla keçdi   

“AzInTelecom” MMC-nin Əlçatanlıq zonaları 3 beynəlxalq standart üzrə sertifikasiya auditindən uğurla keçdi  

14-07-2022
Elektron Təhlükəsizlik Xidməti Beynəlxalq Təhlükəsiz İnternet Günü ilə bağlı  təlim keçirib

Elektron Təhlükəsizlik Xidməti Beynəlxalq Təhlükəsiz İnternet Günü ilə bağlı təlim keçirib

08-02-2022
Elektron hesablaşmaların idarə olunması mövzusunda təlim keçirilib

Elektron hesablaşmaların idarə olunması mövzusunda təlim keçirilib

28-11-2018
Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü qeyd olunub

Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü qeyd olunub

17-05-2019
Azercell İSO/IEC 27001 sertifikatını alan ilk mobil operator olub

Azercell İSO/IEC 27001 sertifikatını alan ilk mobil operator olub

29-12-2019
"DOST RİM" də fəaliyyətini  İSO standartlarına uyğun qurur

"DOST RİM" də fəaliyyətini İSO standartlarına uyğun qurur

04-04-2022
Standartlaşdırma üzrə “İnformasiya-kommunikasiya texnologiyaları” Texniki Komitəsinin növbəti iclası keçirilib

Standartlaşdırma üzrə “İnformasiya-kommunikasiya texnologiyaları” Texniki Komitəsinin növbəti iclası keçirilib

29-12-2008
Regionlarda informasiya texnologiyaları sahəsində təlimçilərin  hazırlanmasına başlanılıb

Regionlarda informasiya texnologiyaları sahəsində təlimçilərin hazırlanmasına başlanılıb

14-10-2021
 Azərbaycanın Rabitə Nazirliyi informasiya təhlükəsizliyi standartlarını qəbul edib

Azərbaycanın Rabitə Nazirliyi informasiya təhlükəsizliyi standartlarını qəbul edib

26-10-2010
Nazirlik informasiya təhlükəsizliyi sertifikatı alıb

Nazirlik informasiya təhlükəsizliyi sertifikatı alıb

19-08-2015
“İKT LAB” kibertəhlükəsizlik üzrə ödənişsiz təlimlərə start verir

“İKT LAB” kibertəhlükəsizlik üzrə ödənişsiz təlimlərə start verir

03-11-2020
Kibertəhlükəsizliyin əsasları – CompTIA Security+” adlı vebinar keçiriləcək

Kibertəhlükəsizliyin əsasları – CompTIA Security+” adlı vebinar keçiriləcək

15-09-2020
“AzInTelecom” Beynəlxalq İnformasiya Təhlükəsizliyi Standartının  etibarlılıq müddəti uzadıldı

“AzInTelecom” Beynəlxalq İnformasiya Təhlükəsizliyi Standartının etibarlılıq müddəti uzadıldı

17-07-2020
“Kiberakademiya” tədris proqramı hazırlanıb

“Kiberakademiya” tədris proqramı hazırlanıb

03-03-2020
İnformasiya təhlükəsizliyi üzrə Azərbaycan milli standartlarının tətbiqinə başlanılacaq

İnformasiya təhlükəsizliyi üzrə Azərbaycan milli standartlarının tətbiqinə başlanılacaq

16-05-2009
Azərbaycanda II Beynəlxalq “Kibertəhlükəsizlik həftəsi” keçiriləcək

Azərbaycanda II Beynəlxalq “Kibertəhlükəsizlik həftəsi” keçiriləcək

22-02-2020





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə