Bakı Konqres Mərkəzində Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Dövlət Təhlükəsizliyi Xidmətinin təşkilatçılığı ilə keçirilən “CIDC 2025 – Critical Infrastructure Defence Challenge” festivalının kibertəhlükəsizlik sərgisində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) öz stendi ilə təmsil olunub.
Xeberler.az məlumat verir ki, agentliyin stendində İKT və texnologiya sahəsində fəaliyyət göstərən sahibkarların və startapların kibertəhlükəsizlik üzrə məhsul və xidmətləri nümayiş olunub. Həmçinin, stenddə KOBİA-nın KOB-ların rəqəmsallaşdırılması, startaplara və innovativ bizneslərə dəstəyi, o cümlədən “Startap” şəhadətnaməsi, qrant, ödənişsiz təlim və məsləhət xidməti barədə festival iştirakçılarına məlumat verilib.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları