Previous Next
Bağla

İRİA və AKM komandaları CIDC 2025-də ilk onluqda qərarlaşıb

11-10-2025 13:18
İRİA və AKM komandaları CIDC 2025-də ilk onluqda qərarlaşıb

9-10 oktyabr tarixlərində Bakı Konqres Mərkəzində ölkənin ən nüfuzlu kibertəhlükəsizlik tədbirlərindən biri — Cyber Incident Defence Challenge (CIDC 2025) ikinci dəfə təşkil olunub. Yarış Azərbaycanın ən güclü kibertəhlükəsizlik komandalarını bir araya gətirərək, real hücum və müdafiə ssenariləri əsasında qurulmuş kibermüharibə yarışında onların bacarıqlarını sınayıb.

Xeberler.az bildirir ki, tədbir çərçivəsində kibertəhlükəsizlik həlləri sərgisi keçirilib. İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi (AKM) sərgidə öz stendi ilə təmsil olunub və ziyarətçilərə “GAIA” və “Awero” adlı yerli innovativ məhsullar təqdim edilib. Hər iki həllin funksionallığı və praktiki tətbiq imkanları nümayiş etdirilib.

CIDC 2025-in proqramına, həmçinin panel müzakirələr daxil olub. “Kibercinayətkarlar üçün yeni oyun meydançası: Ağıllı şəhərlər” adlı paneldə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İdarə Heyəti sədrinin müavini Şahin Əliyev çıxış edərək “ağıllı şəhər” infrastrukturunun kibertəhlükəsizlik çağırışları və qabaqcıl müdafiə modelləri barədə fikirlərini bölüşüb.

CIDC 2025 çərçivəsində baş tutan kibermüharibə yarışında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin iki komandası uğurla iştirak edib. İRİA-nın əməkdaşlarından ibarət “Digital Rangers” komandası və Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin “Dopamine” komandası yarışın finalında ilk onluqda qərarlaşıb.

AKM-in tədbirdə iştirakı kibertəhlükəsizlik sahəsində həm yerli, həm də beynəlxalq tərəfdaşlıqların qurulması, əməkdaşlıqların möhkəmləndirilməsi və Azərbaycanın kibertəhlükəsizlik potensialının beynəlxalq arenada tanıdılması baxımından mühüm əhəmiyyət daşıyır.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Azercell “CIDC 2025: 2-ci Kibertəhlükəsizlik Konfransı”nın sponsorudur

Azercell “CIDC 2025: 2-ci Kibertəhlükəsizlik Konfransı”nın sponsorudur

06-10-2025
Azercell-in komandası “CIDC-2025” yarışında böyük uğur qazanıb

Azercell-in komandası “CIDC-2025” yarışında böyük uğur qazanıb

13-10-2025
Bakıda kibertəhlükəsizlik konfransı keçiriləcək

Bakıda kibertəhlükəsizlik konfransı keçiriləcək

06-05-2025
CIDC-2025 tədbirinin rəsmiləri kibertəhlükəsizlik sərgisi ilə tanış olublar

CIDC-2025 tədbirinin rəsmiləri kibertəhlükəsizlik sərgisi ilə tanış olublar

11-10-2025
“AzInTelecom” kibermüharibə yarışının qalibi olub

“AzInTelecom” kibermüharibə yarışının qalibi olub

11-10-2025
“CIDC-2025” kiberfestivalı başa çatıb

“CIDC-2025” kiberfestivalı başa çatıb

13-10-2025
“Critical Infrastructure Defence Challenge 2025” tədbiri keçirilir

“Critical Infrastructure Defence Challenge 2025” tədbiri keçirilir

09-10-2025
KOB-ların innovativ həlləri “CIDC 2025” festivalında təqdim edilib

KOB-ların innovativ həlləri “CIDC 2025” festivalında təqdim edilib

10-10-2025
AzTU ilə İRİA arasında əməkdaşlıq genişlənir

AzTU ilə İRİA arasında əməkdaşlıq genişlənir

26-07-2024
Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində ilk Məzun Günü keçirilib

Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində ilk Məzun Günü keçirilib

24-07-2023
RİNN və AZCON-un tabeli qurumlarının məsul şəxsləri AKM tələbələri ilə görüşüb

RİNN və AZCON-un tabeli qurumlarının məsul şəxsləri AKM tələbələri ilə görüşüb

07-10-2025
Kibertəhlükəsizlik Mərkəzinin məzunlarının 76 faizi işlə təmin olunublar

Kibertəhlükəsizlik Mərkəzinin məzunlarının 76 faizi işlə təmin olunublar

30-01-2025
“Youth Cyber Forum” keçirilib

“Youth Cyber Forum” keçirilib

25-02-2026
Kibertəhlükəsizlik təlimlərinə 6800-dən çox dövlət və özəl qurumu əməkdaşları cəlb olunub

Kibertəhlükəsizlik təlimlərinə 6800-dən çox dövlət və özəl qurumu əməkdaşları cəlb olunub

02-02-2026
“Hack The Future 2” təlimlərinə qeydiyyat başlayıb

“Hack The Future 2” təlimlərinə qeydiyyat başlayıb

13-08-2025
Azərbaycan “Regional Kibertəhlükəsizlik Həftəsi”də təmsil olunub

Azərbaycan “Regional Kibertəhlükəsizlik Həftəsi”də təmsil olunub

16-09-2025
 “Rəqəmsal iqtisadiyyatlar və Kibertəhlükəsizlik” konfransına bir ay qaldı

“Rəqəmsal iqtisadiyyatlar və Kibertəhlükəsizlik” konfransına bir ay qaldı

22-08-2023
İRİA: "Yerli kibertəhlükəsizlik startapına ciddi maraq var"

İRİA: "Yerli kibertəhlükəsizlik startapına ciddi maraq var"

09-02-2026
 Dövlət Xidmətinin nümayəndələri “CyCon 2025”də iştirak edir

Dövlət Xidmətinin nümayəndələri “CyCon 2025”də iştirak edir

30-05-2025
Qurumlarda kibertəhlükəsizlik departamentləri yaradılır

Qurumlarda kibertəhlükəsizlik departamentləri yaradılır

31-01-2024
"Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin məhsulları xaricə ixrac olunacaq"

"Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin məhsulları xaricə ixrac olunacaq"

22-09-2023
"Ağıllı şəhərlərdə Kibermüharibə"nin finalında iştirak edəcək komandalar məlum olub

"Ağıllı şəhərlərdə Kibermüharibə"nin finalında iştirak edəcək komandalar məlum olub

17-09-2025
İRİA: Kibertəhlükəsizlik Mərkəzinin məzunlarının 74 faizi sahə üzrə çalışır

İRİA: Kibertəhlükəsizlik Mərkəzinin məzunlarının 74 faizi sahə üzrə çalışır

30-07-2025
Bakıda IV Milli Kibertəhlükəsizlik Forumu keçiriləcək

Bakıda IV Milli Kibertəhlükəsizlik Forumu keçiriləcək

21-05-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə