Previous Next
Bağla

Azərbaycanda 4 600-dən çox KOB subyektinin meyarı dəyişib

27-06-2023 15:29
Azərbaycanda 4 600-dən çox KOB subyektinin meyarı dəyişib

Azərbaycanda 2022-ci ildə KOB-lar üzrə dövriyyə 19 %, daxilolmalar 61 % artıb, 4 600-dən çox KOB subyektinin meyarı böyüyüb.

Xeberler.az məlumat verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) məlumat yayıb.

Bildirilir ki, KOB subyektlərinin sayı 2018-2021-ci illər ərzində 45 % artaraq 360 minə yaxın olub. Bu dövr ərzində KOB–ların qeyri-neft ÜDM-də payı 23,5 %-dən 26,6 %-ə yüksəlib.

“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” çərçivəsində hazırlanan ortamüddətli sosial-iqtisadi inkişaf strategiyasında kiçik və orta sahibkarlığın ölkədə iqtisadi artımın və məşğulluğun əsas mənbəyinə çevrilməsi strateji hədəflərdən biri olaraq müəyyən edilib.

"Ölkəmizdə sahibkarlar, o cümlədən KOB subyektləri dövlətin geniş dəstək tədbirləri ilə əhatə olunublar.

KOBİA kiçik və orta biznes sektorunun tənzimlənməsi, biznesə dövlət xidmətlərinin göstərilməsinin yaxşılaşdırılması, KOB maraqlarının müdafiəsi, onların bilik və innovasiyalara, bazarlara və maliyyəyə çıxışının yaxşılaşdırılması istiqamətində fəaliyyət göstərir, KOB-lara bir sıra dəstək və xidmətlər təqdim edir. İndiyədək KOBİA-nın KOB inkişaf mərkəzləri tərəfindən KOB-ların biznes biliklərinin artırılması üçün ödənişsiz olaraq təqribən 40 minə qədər KOB subyektinin faydalandığı 3 000-dən çox təlim keçirilib, 5 500-dək sahibkarın yararlandığı məsləhət xidməti göstərilib, 800-ə yaxın KOB subyekti üçün ödənişsiz biznes plan hazırlanıb.

Biznesə başlamaq və mövcud fəaliyyətin genişləndirilməsində önəmi nəzərə alınaraq sahibkarların müraciəti əsasında 21, Agentliyin təşəbbüsü ilə isə 26 daxili bazar araşdırması aparılıb", - məlumatda deyilir.

Qeyd olunur ki, KOB-ların rəqəmsallaşması və innovativ ideyalarının dəstəklənməsi üçün KOBİA tərəfindən 100-ə yaxın “Startap” şəhadətnaməsi verilib ki, bu sənəd onları 3 il müddətinə innovasiya fəaliyyətindən əldə etdiyi gəlirlər üzrə mənfəət və gəlir vergisindən azad edib.

Xatırladaq ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 dekabr 2018-ci il tarixli Qərarı ilə “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin yeni bölgüsü meyarları” təsdiq olunub. Bu meyarlara əsasən, mikro sahibkar işçilərinin sayı 10-dək, illik gəliri 200 min manatadək olan sahibkardır. İşçilərinin sayı 11-50 arasında, illik gəliri 3 milyon manatadək olan sahibkar kiçik sahibkar hesab olunur. Orta sahibkar işçilərinin sayı 51-250 arasında, illik gəliri isə 3-30 milyon manat arasında olan sahibkardır.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

KOBİA: "Azərbaycanda sahibkarların 99 faizdən çoxunu KOB-lar təşkil edir"

27-06-2023

Azərbaycanda 120 KOB subyektinə Startap Şəhadətnaməsi verilib

06-12-2023

Ötən il KOBİA 7 mindən çox sahibkarın bilik və bacarıqlarını artırıb

22-01-2026

Ötən il 65 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib

22-01-2025

Azərbaycanda I yarımildə 13 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib

03-08-2023

KOBİA I yarımildə hansı işləri görüb?-Hesabat

14-07-2023

Azərbaycanda KOB-larla bağlı yeni proqramın icrasına başlanılıb

11-10-2023

Daha 2 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib

30-06-2025

Bu il Bakıda “KOB Dünya Forumu” keçiriləcək

29-03-2023

KOBİA və Asiya İnkişaf Bankı arasında memorandum imzalanıb

06-12-2024

Azərbaycanda daha 5 sahibkara “Startap” şəhadətnaməsi verilib

27-10-2023

Mikayıl Cabbarov: "KOB-lardan vergi daxilolmaları 61 % artıb"

27-06-2023

KOBİA-nın satışa dəstək mexanizmindən bu il 50-yə yaxın sahibkar yararlanıb

29-08-2023

KOBİA BMT-nin Baş Qərargahında beynəlxalq KOB gününə həsr olunmuş tədbirdə təmsil olunub

27-06-2022

KOB-lar üçün dəstək mexanizmləri işə düşəcək

20-09-2019

Xızıda KOB dostu fəaliyyətə başlayıb

11-08-2022

Daha 5 mikro sahibkara “Startap” şəhadətnaməsi verilib

30-12-2023

“Startap” şəhadətnaməsi almış KOB subyektlərinin əksəriyyəti mikro sahibkarlardır

28-07-2025

Prezident İlham Əliyev “Bakı KOB evi”nin açılışında iştirak edib

06-01-2023

Orxan Məmmədov: "Azərbaycanın tikinti sektorunda 15 minə yaxın KOB subyekti fəaliyyət göstərir"

20-10-2023

Bu ilin birinci rübündə 16 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib

22-04-2024

İRİA KOB-ların rəqəmsallaşması layihəsi üzrə işlərə start verib

01-12-2023

Sahibkarlara “Startap” şəhadətnaməsinin verilməsi davam etdirilir

23-05-2022

“Startap” şəhadətnaməsi almış KOB subyektlərinin sayı 151-ə çatıb

06-06-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə