Previous Next
Bağla

KOB-lar üçün dəstək mexanizmləri işə düşəcək

20-09-2019 10:18
KOB-lar üçün dəstək mexanizmləri işə düşəcək

Bu yaxınlarda KOB-lara dəstək məqsədilə daha bir mexanizm işə salınıb. Həmin dəstək mexanizmindən mikro, kiçik və orta sahibkarlıq subyektləri yararlanacaq.

Xeberler.az bildirir ki, bu sözləri Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) idarə heyətinin sədri Orxan Məmmədov sentyabrın 19-da keçirilən IX Beynəlxalq “Caspian Energy Forum Baku – 2019”da deyib.

O.Məmmədov qeyd edib ki, Prezident İlham Əliyevin 2019-cu il 29 may tarixli Fərmanı ilə “Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin rəqabətqabiliyyətli istehsalının stimullaşdırılması məqsədilə daxili bazar araşdırmalarının aparılması Qaydası” təsdiq olunub: “Təhlillər onu göstərir ki, rəqabətqabiliyyətli məhsul istehsalını təşkil etmək üçün keyfiyyətli şəkildə bazar araşdırılmasının aparılması vacibdir və bu, KOB-lar üçün ciddi xərclərə tələb yaratdığı üçün bəzən maraqlı layihələrin reallaşdırılması mümkün olmur. Lakin bu mexanizmin tətbiqi sayəsində mikro sahibkarlıq subyektinin müraciəti əsasında aparılan hər bir daxili bazar araşdırmasına çəkilən xərcin 80 faizi, kiçik sahibkarlıq subyektinin müraciəti ilə aparılan daxili bazar araşdırmasına çəkilən xərcin isə 50 faizi dövlət tərəfindən qarşılanacaq. Orta sahibkarlıq subyektləri isə bu dəstək mexanizmindən ödənişsiz olaraq təlimlər, seminarlar keçirilməklə və müəyyən edilən sahələrdə mütəmadi informasiya dəstəyi göstərilməklə faydalanacaq. Hər bir daxili bazar araşdırmasının aparılmasına görə ödəniləcək dəstək məbləği 20 min manatadək olacaq. Hesab edirik ki, daxili bazar araşdırmalarına dəstək mexanizmi KOB-ların investisiya fəaliyyətini stimullaşdıracaq və onların biznes ideyalarının reallaşdırılmasına mühüm töhfə verəcək”.

KOBİA-nın idarə heyətinin sədri bildirib ki, hazırkı mərhələdə KOB-ların investisiya təşəbbüsləri ətraflı təhlil olunur, onların reallaşdırılması üçün dövlətin dəstək mexanizmləri təşviq edilir. Belə ki, fəaliyyət profillərinə uyğun olaraq, KOB-ların layihələri üzrə “İnvestisiya təşviqi sənədi”nin verdiyi vergi güzəştləri və imtiyazlar haqqında aktiv maarifləndirmə tədbirləri həyata keçirilir. Bundan başqa, bu layihələrə xarici investisiyaların cəlb edilməsi məqsədilə müxtəlif tərəfdaş partnyorlarla danışıqlar aparılır. Artıq uğurlu nəticələr də var və bir neçə yerli şirkətlərimiz bu imkanlardan bəhrələnib.

Yeni investisiya təşviq mexanizmlərinin tətbiqi istiqamətində də işlərin davam etdiyini və yaxın dövrdə KOB-ların bu imkanlardan geniş istifadə edəcəyini vurğulayan O.Məmmədov bu mexanizmlər barədə də məlumat verib. Qeyd edib ki, agentliyin təşəbbüsü ilə Vergi Məcəlləsinə edilmiş son dəyişikliklərdə KOB-lar və strataplar üçün yeni imtiyaz və güzəştlər nəzərdə tutulub, o cümlədən KOB klaster şirkəti anlayışı və müvafiq stimullaşdırıcı tədbirlər məcəlləyə daxil edilib: “Bir müddət əvvəl isə KOB klaster şirkətinin və KOB klaster iştirakçılarının meyarları təsdiq olunub. Bu mexanizmin tətbiqi ilə müvafiq fəaliyyət istiqamətləri üzrə yaradılacaq KOB klaster şirkətləri 7 il müddətinə vergisiz fəaliyyət göstərəcək və ciddi imtiyazlardan istifadə edə biləcək. Bundan başqa, KOBİA tərəfindən startaplara veriləcək şəhadətnamə onları 3 il müddətinə gəlir və ya mənfəət vergisindən azad edəcək. Hazırda bu istiqamətdə iş aparılır”.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda 4 600-dən çox KOB subyektinin meyarı dəyişib

Azərbaycanda 4 600-dən çox KOB subyektinin meyarı dəyişib

27-06-2023
KOBİA: "Azərbaycanda sahibkarların 99  faizdən çoxunu KOB-lar təşkil edir"

KOBİA: "Azərbaycanda sahibkarların 99 faizdən çoxunu KOB-lar təşkil edir"

27-06-2023
KOBİA: "Maliyyələşdirdiyimiz 39 layihədən 2-si standartlaşdırmaya aiddir"

KOBİA: "Maliyyələşdirdiyimiz 39 layihədən 2-si standartlaşdırmaya aiddir"

11-10-2023
Azərbaycanda KOB-larla bağlı yeni proqramın icrasına başlanılıb

Azərbaycanda KOB-larla bağlı yeni proqramın icrasına başlanılıb

11-10-2023
Xızıda KOB dostu fəaliyyətə başlayıb

Xızıda KOB dostu fəaliyyətə başlayıb

11-08-2022
KOBİA BMT-nin Baş Qərargahında beynəlxalq KOB gününə həsr olunmuş tədbirdə təmsil olunub

KOBİA BMT-nin Baş Qərargahında beynəlxalq KOB gününə həsr olunmuş tədbirdə təmsil olunub

27-06-2022
Bu il Bakıda “KOB Dünya Forumu” keçiriləcək

Bu il Bakıda “KOB Dünya Forumu” keçiriləcək

29-03-2023
KOBİA və Asiya İnkişaf Bankı arasında memorandum imzalanıb

KOBİA və Asiya İnkişaf Bankı arasında memorandum imzalanıb

06-12-2024
KOBİA-nın satışa dəstək mexanizmindən bu il 50-yə yaxın sahibkar yararlanıb

KOBİA-nın satışa dəstək mexanizmindən bu il 50-yə yaxın sahibkar yararlanıb

29-08-2023
KOB subyektləri haqqında məlumatlar vahid reyestrdə toplanacaq

KOB subyektləri haqqında məlumatlar vahid reyestrdə toplanacaq

14-05-2024
Orxan Məmmədov: "KOB-lar rəqəmsal texnologiyaların tətbiqində geri qalır"

Orxan Məmmədov: "KOB-lar rəqəmsal texnologiyaların tətbiqində geri qalır"

30-09-2024
Startaplar 3 il müddətinə mənfəət vergisindən azad oluna bilər

Startaplar 3 il müddətinə mənfəət vergisindən azad oluna bilər

19-11-2018
KOB-ların növbəti qrant layihələrinin maliyyələşdirilməsinə başlanılıb

KOB-ların növbəti qrant layihələrinin maliyyələşdirilməsinə başlanılıb

16-03-2023
Azərbaycanda KOB-ların Rəqəmsallaşma Proqramı gələn il tam tətbiq olunacaq

Azərbaycanda KOB-ların Rəqəmsallaşma Proqramı gələn il tam tətbiq olunacaq

30-09-2024
KOBİA-nın sədr müavini sərfəli yatırım imkanları axtaran investorlara çağırış edib

KOBİA-nın sədr müavini sərfəli yatırım imkanları axtaran investorlara çağırış edib

17-11-2023
E-KOB evi portalı test rejimində istifadəyə verilib

E-KOB evi portalı test rejimində istifadəyə verilib

16-12-2024
KOBİA və Litva İnnovasiyalar Agentliyi arasında əməkdaşlığa dair sənəd imzalanıb

KOBİA və Litva İnnovasiyalar Agentliyi arasında əməkdaşlığa dair sənəd imzalanıb

22-05-2023
Sumqayıtda KOB Dostu fəaliyyətə başlayıb

Sumqayıtda KOB Dostu fəaliyyətə başlayıb

18-04-2019
Orxan Məmmədov: KOB-lar rəqəmsallaşmada çətinliklərlə üzləşir

Orxan Məmmədov: KOB-lar rəqəmsallaşmada çətinliklərlə üzləşir

24-10-2025
Naxçıvanda KOB subyektlərinin sayı 57,3 faiz artıb

Naxçıvanda KOB subyektlərinin sayı 57,3 faiz artıb

04-10-2024
Prezident İlham Əliyev “Bakı KOB evi”nin açılışında iştirak edib

Prezident İlham Əliyev “Bakı KOB evi”nin açılışında iştirak edib

06-01-2023
KOBİA: KOB-ların kibertəhlükəsizliyinin təmin edilməsi əhəmiyyət daşıyır

KOBİA: KOB-ların kibertəhlükəsizliyinin təmin edilməsi əhəmiyyət daşıyır

09-10-2025
Orxan Məmmədov: "KOB-lar kiçik həcmli kredit belə ala bilmirlər"

Orxan Məmmədov: "KOB-lar kiçik həcmli kredit belə ala bilmirlər"

16-11-2022
6 KOB subyekti aqrar sahə ilə bağlı startap şəhadətnaməsi alıb

6 KOB subyekti aqrar sahə ilə bağlı startap şəhadətnaməsi alıb

24-11-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə