Previous Next
Bağla

KOICA Azərbaycan nümayəndəliyinin direktoru “ASAN xidmət” və EHİM-də olublar

14-04-2021 18:23
KOICA Azərbaycan nümayəndəliyinin direktoru “ASAN xidmət” və EHİM-də olublar

13 aprel 2021-ci il tarixində KOICA Azərbaycan nümayəndəliyinin ölkə üzrə yeni təyin olunmuş direktoru Moon Jong Hyun “ASAN xidmət” və Elektron Hökumətin İnkişafı Mərkəzində (EHİM) olub.

Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov qonağa “ASAN xidmət”in yaradılması məqsədləri və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib. Qeyd olunub ki, səffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”  in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunub.

Bildirilib ki, bu günədək 43 milyondan çox vətəndaş müraciəti qeydə alınıb. Bundan başqa vurğulanıb ki, Birləşmiş Millətlər Təşkilatının 2015-ci il Dövlət Xidmətləri Mükafatına (United Nations Public Service Award 2015), həmçinin 2019-cu ildə Bakıda Birləşmiş Millətlər Təşkilatının Dövlət Xidmətləri Forumu çərçivəsində BMT-nin rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində xüsusi mükafatına layiq görülüb.

Qonaqlara Dövlət Agentliyinin elektron hökumət sahəsində həyata keçirdiyi layihələr, eləcə də “ABAD” publik hüquqi şəxs və “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin fəaliyyəti barədə də məlumat verilib.

Görüş zamanı Dövlət Agentliyi ilə KOICA arasında həyata keçirilmiş layihələr, həmçinin yaxın gələcəkdə nəzərdə tutulan əməkdaşlıq istiqamətləri üzrə müzakirələr aparılıb.

Yaradılmış şərait və iş prinsipi ilə tanış olan qonaq  Dövlət Agentliyinə gələcək fəaliyyətində uğurlar arzulayıblar.

Sonda qonağa “ABAD”çı tərəfindən hazırlanmış xatirə hədiyyəsi təqdim olunub.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Qırğızıstanın nümayəndə heyəti ASAN xidmətdə olub

06-11-2019

Beynəlxalq qonaqlar ASAN xidmətdə olublar

25-10-2019

Türkmənistan Məclisinin sədri ASAN xidmətin fəaliyyəti ilə tanış olub

04-11-2019

Litva Respublikasının nümayəndə heyəti ASAN xidmətdə olublar

29-10-2019

ABŞ-ın nümayəndə heyəti ASAN xidmət mərkəzində olub

13-11-2019

Dövlət Agentliyinin sədri İsrail səfiri ilə görüşüb

12-03-2020

BMT və ISESCO nümayəndələri ASAN xidmət-də

15-03-2019

ASAN xidmət-də beynəlxalq tərəfdaşlarla görüş keçirilib

26-04-2019

Baham Adalarının xarici işlər naziri “ASAN xidmət”də olub

09-11-2024

“ASAN xidmət” mərkəzi efiopiyalı nazirdə yüksək təəssürat yaradıb

04-10-2024

Keniyalı qonaq “ASAN xidmət” barədə məlumatlandırılıb

30-04-2025

Nepalın baş prokuroru “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub

01-10-2024

"ASAN xidmət" təcrübəsinin Tacikistanla paylaşılması müzakirə edilib

21-05-2026

Venesuela səfiri “ASAN xidmət”də olub

16-04-2025

Macarıstan nümayəndə heyəti “ASAN xidmət”də olublar

12-02-2026

Yaponiya nümayəndə heyəti ASAN xidmətdə

26-07-2019

“Alibaba Qrup”un nümayəndə heyəti “ASAN xidmət”də

28-02-2024

Qlobal Cənub QHT Platformasının nümayəndə heyəti "ASAN xidmət”də

18-05-2026

Türkiyənin Vitse-prezidenti ASAN xidmətlə tanış olub

17-09-2019

Xarici miqrasiya qurumlarının rəhbərləri “ASAN xidmət”də olublar

23-05-2025

Beynəlxalq forumun iştirakçıları "ASAN xidmət"də olublar

30-04-2026

Forum iştirakçıları “ASAN xidmət” mərkəzləri ilə tanış olublar

26-06-2019

İtaliyalı parlamentarilər “ASAN xidmət” barədə məlumatlandırılıb

30-04-2025

Barbadoslu nazir "ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub

19-11-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə