Previous Next
Bağla

Koreya ilə İKT sahəsində əməkdaşlıq müzakirə olunub

19-08-2016 18:05
Koreya ilə İKT sahəsində əməkdaşlıq müzakirə olunub

Rabitə və Yüksək Texnologiyalar Nazirliyində Koreya Respublikasının daxili işlər naziri Hong Yun-Şik və onun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Xeberler.az-ın məlumatına görə, görüşdə İKT sahəsində əməkdaşlıq əlaqələrin genişləndirilməsi, “Elektron hökumət” quruculuğu istiqamətində qarşılıqlı təcrübə mübadiləsi, nüvə, peyk sənayesi, poçt rabitəsi sahələrində gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunub.

Ölkələrimiz arasında siyasi-iqtisadi münasibətlərin inkişafından söhbət açan rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə ikitərəfli əməkdaşlığın bütün sahələrdə, o cümlədən rabitə və yüksək texnologiyalar sahəsində də uğurla davam etdiyini bildirib.

R.Quluzadə Koreyanın İKT sahəsində əldə etdiyi nailiyyətlərin və uğurlu təcrübənin Azərbaycan üçün faydalı ola biləcəyini qeyd edib.

Koreya şirkətlərinin Azərbaycanda həyata keçirilən İKT layihələrində iştirakından danışan nazir ölkəmizin bu əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduğunu vurğulayıb. Nazir bu baxımdan Bakıda keçiriləcək “Bakutel-2016” beynəlxalq informasiya texnologiyaları sərgi-konfransının əlverişli platforma olduğunu bildirərək, Koreya tərəfini sərgidə iştiraka dəvət edib.

Səmimi qəbula görə təşəkkür edən Hong Yun-Şik öz növbəsində  Koreya-Azərbaycan münasibətlərində qarşılıqlı əməkdaşlığın bütün istiqamətlərdə, o cümlədən İKT, rabitə və yüksək texnologiyalar sahəsində yüksək səviyyədə olduğunu qeyd edib.

O bildirib ki, Azərbaycanda hazırda “Elektron hökumət” quruculuğu istiqamətində uğurlu  işlər həyata keçirilir. Nazir son 8 il ərzində ölkəsinin BMT-nin “Elektron hökumətin inkişaf indeksi” üzrə tərtib etdiyi hesabatda liderliyini qeyd edərək, bu istiqamətdə Azərbaycana istənilən dəstəyin göstərilməsinə hazır olduqlarını bildirib. O, həmçinin BMT-nin hesabatında Azərbaycanın mövqeyinin xeyli yüksəlməsinə görə təbrik edərək, bu uğuru Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin həyata keçirdiyi səmərəli işlərin nəticəsi kimi qiymətləndirib.

Koreyalı nazir İKT sahəsində daha yüksək nəticələrin əldə edilməsi üçün azərbaycanlı kadrlara treninqlərin keçirilməsini, qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsini təklif edib.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi üçün “Elektron hökumət” təlim-tədris mərkəzinin yaradılması və texniki təchizatında göstərdiyi dəstəyə görə Koreya dövlətinə təşəkkürünü bildirən R.Quluzadə bundan sonra da əlaqələrin yüksələn  xətt üzrə inkişaf edəcəyinə əminliyini ifadə  edib. 

Məltəm Talıbzadə

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
İKT  sahəsində Koreya-Azərbaycan əməkdaşlığı müzakirə olunub

İKT sahəsində Koreya-Azərbaycan əməkdaşlığı müzakirə olunub

29-09-2015
Nazir iranlı həmkarı ilə görüşüb

Nazir iranlı həmkarı ilə görüşüb

02-08-2016
Koreyalı mütəxəssislər ölkəmizin  İKT sektorunu  yüksək qiymətləndirib

Koreyalı mütəxəssislər ölkəmizin İKT sektorunu yüksək qiymətləndirib

24-09-2016
Azərbaycan Serbiya ilə İKT sahəsində əməkdaşlığı möhkəmləndirir

Azərbaycan Serbiya ilə İKT sahəsində əməkdaşlığı möhkəmləndirir

28-09-2015
Azərbaycan və Argentina arasında İKT sahəsində əməkdaşlıq müzakirə olunub

Azərbaycan və Argentina arasında İKT sahəsində əməkdaşlıq müzakirə olunub

22-09-2015
İKT sahəsində əməkdaşlıq müzakirə olunub

İKT sahəsində əməkdaşlıq müzakirə olunub

14-03-2019
Ramin Quluzadə  İranın rabitə və informasiya texnologiyaları naziri ilə görüşüb

Ramin Quluzadə İranın rabitə və informasiya texnologiyaları naziri ilə görüşüb

29-12-2016
Azərbaycanla Monteneqro arasında İKT sektorunda əməkdaşlıq müzakirə olunub

Azərbaycanla Monteneqro arasında İKT sektorunda əməkdaşlıq müzakirə olunub

20-05-2015
RYTN-də İsrail səfiri ilə görüş keçirilib

RYTN-də İsrail səfiri ilə görüş keçirilib

06-08-2015
Azərbaycan və Kosta-Rika arasında İKT sahəsində əməkdaşlıq müzakirə olunub

Azərbaycan və Kosta-Rika arasında İKT sahəsində əməkdaşlıq müzakirə olunub

21-10-2015
Bakıda Koreya Dövlətinin Yaranması Günü münasibətilə  tədbir keçirilib

Bakıda Koreya Dövlətinin Yaranması Günü münasibətilə tədbir keçirilib

09-10-2019
Azərbaycanla Çexiya nəqliyyat və İKT sahəsində əməkdaşlıq imkanlarını müzakirə edib

Azərbaycanla Çexiya nəqliyyat və İKT sahəsində əməkdaşlıq imkanlarını müzakirə edib

14-09-2018
Microsoft-un rəsmiləri Bakıda olub

Microsoft-un rəsmiləri Bakıda olub

13-04-2018
İsraillə İKT sahəsində əməkdaşlıq müzakirə edilib

İsraillə İKT sahəsində əməkdaşlıq müzakirə edilib

01-10-2015
Koreya Azərbaycanın İKT sahəsinə maraq göstərir

Koreya Azərbaycanın İKT sahəsinə maraq göstərir

20-11-2015
Rusiya ilə İKT  sahəsində əməkdaşlıq müzakirə edilib

Rusiya ilə İKT sahəsində əməkdaşlıq müzakirə edilib

24-05-2016
Kosmik sənaye sahəsində əməkdaşlıq müzakirə edilib

Kosmik sənaye sahəsində əməkdaşlıq müzakirə edilib

03-10-2015
“Müəllimin peşəkarlığı İKT bacarıqlarından asılıdır”

“Müəllimin peşəkarlığı İKT bacarıqlarından asılıdır”

30-08-2017
Ramin Quluzadə Avstriyanın vitse-kansleri ilə görüşüb

Ramin Quluzadə Avstriyanın vitse-kansleri ilə görüşüb

19-09-2018
İranla İKT sahəsində əməkdaşlıq müzakirə olunub

İranla İKT sahəsində əməkdaşlıq müzakirə olunub

22-04-2016
Nazir Ramin Quluzadə Böyük Britaniyanın ölkəmizdəki səfiri ilə görüşüb

Nazir Ramin Quluzadə Böyük Britaniyanın ölkəmizdəki səfiri ilə görüşüb

01-12-2020
Azərbaycan və Koreya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın ikinci iclası keçirilib

Azərbaycan və Koreya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın ikinci iclası keçirilib

07-02-2020
İstanbulda İKT üzrə Nazirlər Toplantısı keçirilib

İstanbulda İKT üzrə Nazirlər Toplantısı keçirilib

10-11-2017
Misir Mərdanov: "Distant ixtisasartırma təhsili və elektron sənəd dövriyyəsinin təşkili ilə bağlı əməkdaşlığın genişləndirilməsində maraqlıyıq"

Misir Mərdanov: "Distant ixtisasartırma təhsili və elektron sənəd dövriyyəsinin təşkili ilə bağlı əməkdaşlığın genişləndirilməsində maraqlıyıq"

26-02-2013





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə