Previous Next
Bağla

Microsoft-un rəsmiləri Bakıda olub

13-04-2018 10:32
Microsoft-un rəsmiləri Bakıda olub

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Microsoft şirkətinin Mərkəzi və Şərqi Avropa ölkələri üzrə İdarə Heyətinin üzvü, MDB ölkələri üzrə Baş direktoru Ronald Binkofskinin başcılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə Xeberler.az-a Nazirlikdən məlumat verilib.

Qonaqları salamlayan nazir Ramin Quluzadə bildirib ki, Microsoft şirkəti ilə Azərbaycan arasında əlaqələr yüksələn xətt üzrə inkişaf edir və belə görüşlər əməkdaşlığın genişləndirilməsində əhəmiyyətli rol oynayır.

Nazir ölkəmizdə nəqliyyat və İKT sektorunda aparılan islahatlar, həyata keçirilən regional və yerli əhəmiyyətli layihələr, planlaşdırılan işlər barədə nümayəndə heyətinə ətraflı məlumat verib.

Nazir son illər Azərbaycan hökuməti tərəfindən piratçılığa, o cümlədən kompüter piratçılığına qarşı mübarizə çərçivəsində həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlər barədə də danışıb.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Microsoft Azərbaycan şirkəti arasında yeni nəsil şəxsiyyət vəsiqələrinin hazırlanması sahəsində faydalı əməkdaşlığa toxunan nazir bu əməkdaşlığın uğurlu nəticələr verdiyini qeyd edib.

Öz növbəsində Ronald Binkofski nümayəndə heyəti adından səmimi qəbula və məhsuldar müzakirələrə görə təşəkkürünü ifadə edib. O, Azərbaycanla birgə səmərəli əməkdaşlığın inkişafından məmnun olduqlarını qeyd edib.

Eyni zamanda görüşdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Microsoft Azərbaycan şirkəti ilə gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.

Qabaqcıl texnologiyaların tətbiqi üzrə birgə İşçi Qrup çərçivəsində əməkdaşlıq, startapçılar üçün münbit şərait və ekosistemin yaradılması prosesinə qabaqcıl təcrübəyə malik Microsoft şirkətinin cəlb olunması, nazirliyin fəaliyyətinin rəqəmli texnologiyalara transformasiya olunması üzrə təhlükəsiz proqram təminatı ilə təchizat və s. kimi məsələlər də müzakirə mövzusu olub.


Məltəm Talıbzadə

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Azərbaycanla Çexiya nəqliyyat və İKT sahəsində əməkdaşlıq imkanlarını müzakirə edib

Azərbaycanla Çexiya nəqliyyat və İKT sahəsində əməkdaşlıq imkanlarını müzakirə edib

14-09-2018
Ramin Quluzadə Avstriyanın vitse-kansleri ilə görüşüb

Ramin Quluzadə Avstriyanın vitse-kansleri ilə görüşüb

19-09-2018
Nazir Ramin Quluzadə Dell şirkətinin nümayəndələri ilə görüşüb

Nazir Ramin Quluzadə Dell şirkətinin nümayəndələri ilə görüşüb

22-02-2019
Dövlət qurumlarındakı proqram təminatları lisenziyalaşdırılacaq

Dövlət qurumlarındakı proqram təminatları lisenziyalaşdırılacaq

18-12-2015
Nazir Ramin Quluzadə Böyük Britaniyanın ölkəmizdəki səfiri ilə görüşüb

Nazir Ramin Quluzadə Böyük Britaniyanın ölkəmizdəki səfiri ilə görüşüb

01-12-2020
Koreya ilə İKT sahəsində əməkdaşlıq müzakirə olunub

Koreya ilə İKT sahəsində əməkdaşlıq müzakirə olunub

19-08-2016
Ramin Quluzadə  İranın rabitə və informasiya texnologiyaları naziri ilə görüşüb

Ramin Quluzadə İranın rabitə və informasiya texnologiyaları naziri ilə görüşüb

29-12-2016
Ramin Quluzadə Ukrayna və Meksika nümayəndə heyətləri ilə görüşüb

Ramin Quluzadə Ukrayna və Meksika nümayəndə heyətləri ilə görüşüb

10-02-2020
Ramin Quluzadə ABŞ-ın nümayəndə heyətini qəbul edib

Ramin Quluzadə ABŞ-ın nümayəndə heyətini qəbul edib

12-11-2019
Nazir Ramin Quluzadə ABŞ səfiri ilə görüşüb

Nazir Ramin Quluzadə ABŞ səfiri ilə görüşüb

26-07-2019
Nazir iranlı həmkarı ilə görüşüb

Nazir iranlı həmkarı ilə görüşüb

02-08-2016
İKT sahəsində əməkdaşlıq müzakirə olunub

İKT sahəsində əməkdaşlıq müzakirə olunub

14-03-2019
Nazir Microsoft şirkətinin vitse-prezidenti ilə görüşüb

Nazir Microsoft şirkətinin vitse-prezidenti ilə görüşüb

22-08-2015
Ramin Quluzadə çinli nümayəndə heyəti ilə görüşüb

Ramin Quluzadə çinli nümayəndə heyəti ilə görüşüb

18-11-2019
Ramin Quluzadə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru ilə görüşüb

Ramin Quluzadə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru ilə görüşüb

26-10-2019
Almaniya Bakutel-2018-də iştirak edəcək

Almaniya Bakutel-2018-də iştirak edəcək

14-02-2018
Ramin Quluzadə Rumıniyanın Baş nazirinin müavini ilə görüşüb

Ramin Quluzadə Rumıniyanın Baş nazirinin müavini ilə görüşüb

17-03-2018
Nazir Ramin Quluzadə Avstriya nümayəndə heyəti ilə görüşüb

Nazir Ramin Quluzadə Avstriya nümayəndə heyəti ilə görüşüb

10-10-2019
Nazirlik nümayəndələri beynəlxalq tədbirdə iştirak edib

Nazirlik nümayəndələri beynəlxalq tədbirdə iştirak edib

18-04-2017
Azərbaycan və Əfqanıstan rəsmiləri görüşüb

Azərbaycan və Əfqanıstan rəsmiləri görüşüb

16-07-2019
Azərbaycan Serbiya ilə İKT sahəsində əməkdaşlığı möhkəmləndirir

Azərbaycan Serbiya ilə İKT sahəsində əməkdaşlığı möhkəmləndirir

28-09-2015
Nazir Rəşad Nəbiyevin Türkiyə Respublikasına səfəri başa çatıb

Nazir Rəşad Nəbiyevin Türkiyə Respublikasına səfəri başa çatıb

19-02-2021
Nazir Ramin Quluzadə Latviya səfiri ilə görüşüb

Nazir Ramin Quluzadə Latviya səfiri ilə görüşüb

16-01-2020
İranla İKT sahəsində əməkdaşlıq müzakirə olunub

İranla İKT sahəsində əməkdaşlıq müzakirə olunub

22-04-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə