Previous Next
Bağla

Azərbaycanla Monteneqro arasında İKT sektorunda əməkdaşlıq müzakirə olunub

20-05-2015 10:07
Azərbaycanla Monteneqro arasında İKT sektorunda əməkdaşlıq müzakirə olunub

Rabitə və Yüksək Texnologiyalar Nazirliyində (RYTN) Monteneqro Respublikasının elm naziri Sanja Vlahovicin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Nazirlikdən Xeberler.az-a verilən məlumata görə, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə ölkəmizə təşrif buyurmuş qonağı salamlayıb və ölkələrimiz arasında yüksək səviyyədə mövcud olan münasibətlərin İKT sahəsində də əməkdaşlıq üçün münbit imkanlar açdığını söyləyib. Öz növbəsində, monteneqrolu nazir Sanja Vlahovic Azərbaycanda iki il bundan əvvəl olduğunu, İKT və elmi tədqiqatlar sahəsində əlaqələrin daha da genişləndirilməsinə maraqlarını bildirib.

E.Vəlizadə ölkəmizdə son iki ildə İKT sahədə aparılan fəaliyyətdən söz açaraq qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin 2 mart 2014-cü il tarixli sərəncamı ilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin əsasında Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yaradılıb, nazirliyin fəaliyyət istiqamətləri və sahələri genişləndirilib, qarşıya yeni mühüm vəzifələr qoyulub.

Hazırda nazirliyin tabeliyində iki tədqiqat qurumunun mövcud olduğu, Yüksək Texnologiyalar üzrə Tədqiqat Mərkəzinin və Milli Nüvə Tədqiqatları Mərkəzinin fəaliyyət göstərdiyi bildirilib. Nazir müavini ölkəmizdə “Elektron hökumət”in formalaşdırılması, elektron xidmətlərin inkişafı, kibertəhlükəsizlik kimi digər sahələrin diqqət mərkəzində olduğunu və qarşılıqlı əməkdaşlıq üçün imkanların olduğunu vurğulayıb. Yaradılmaqda olan yüksək texnologiyalar parklarının fəaliyyətinin dövlət tərəfindən dəstəkləndiyini, bu məqsədlə müvafiq güzəştlərin nəzərdə tutulduğunu deyən nazir müavini Monteneqro şirkətlərinin də bu imkanlardan istifadəsinin mümkünlüyünü bildirib.

Öz növbəsində, monteneqrolu nazir Sanja Vlahovic İKT sahəsində əlaqələrin daha da genişləndirilməsindən söz açıb. Xanım nazir Monteneqroda həyata keçirilən fəaliyyətin Azərbaycan təcrübəsi ilə uzlaşdığını qeyd etdi. O, elmi elmi-tədqiqat parklarının inkişafının, xüsusən biotexnologiyaların, kənd təsərrüfatı üzrə texnologiyaların, enerji resursları və neft sahəsi üzrə kadr hazırlığı məsələləri üzrə tədbirlər görüldüyünü və Azərbaycanla əməkdaşlığa maraq göstərdiklərini bildirib, qeyd olunan və digər mümkün sahələrin müzakirə edilməsi üçün forum və seminarların keçirilməsini təklif edib.

Tərəflər arasında münasibətlərin növbəti mərhələyə qədəm qoymasını diqqətə çatdıran Sanja Vlahovic səmərəli əməkdaşlığın qarşılıqlı maraq doğuran digər sahələrdə də uğurlu inkişaf üçün yeni imkanlar açacağını bildirib.

 

Məltəm Talıbzadə 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Azərbaycan və Argentina arasında İKT sahəsində əməkdaşlıq müzakirə olunub

Azərbaycan və Argentina arasında İKT sahəsində əməkdaşlıq müzakirə olunub

22-09-2015
İKT sahəsində Azərbaycan-Macarıstan İşçi Qrupunun iclası olub

İKT sahəsində Azərbaycan-Macarıstan İşçi Qrupunun iclası olub

08-04-2015
Koreya ilə İKT sahəsində əməkdaşlıq müzakirə olunub

Koreya ilə İKT sahəsində əməkdaşlıq müzakirə olunub

19-08-2016
Azərbaycan Serbiya ilə İKT sahəsində əməkdaşlığı möhkəmləndirir

Azərbaycan Serbiya ilə İKT sahəsində əməkdaşlığı möhkəmləndirir

28-09-2015
İKT  sahəsində Koreya-Azərbaycan əməkdaşlığı müzakirə olunub

İKT sahəsində Koreya-Azərbaycan əməkdaşlığı müzakirə olunub

29-09-2015
Nazir iranlı həmkarı ilə görüşüb

Nazir iranlı həmkarı ilə görüşüb

02-08-2016
Bakutel-də təmsil olunan Xorvatiya şirkətləri ilə görüş keçirilib

Bakutel-də təmsil olunan Xorvatiya şirkətləri ilə görüş keçirilib

04-12-2015
“İKT Azərbaycan-Pakistan münasibətlərinin inkişafında xüsusi yer tutur”

“İKT Azərbaycan-Pakistan münasibətlərinin inkişafında xüsusi yer tutur”

25-08-2015
Azərbaycan və Kosta-Rika arasında İKT sahəsində əməkdaşlıq müzakirə olunub

Azərbaycan və Kosta-Rika arasında İKT sahəsində əməkdaşlıq müzakirə olunub

21-10-2015
Səfir Azərbaycanda  İKT sahəsini yüksək qiymətləndirib

Səfir Azərbaycanda İKT sahəsini yüksək qiymətləndirib

30-09-2015
Koreya Azərbaycanın İKT sahəsinə maraq göstərir

Koreya Azərbaycanın İKT sahəsinə maraq göstərir

20-11-2015
İKT sahəsində əməkdaşlıq müzakirə olunub

İKT sahəsində əməkdaşlıq müzakirə olunub

14-03-2019
Azərbaycanla Çexiya nəqliyyat və İKT sahəsində əməkdaşlıq imkanlarını müzakirə edib

Azərbaycanla Çexiya nəqliyyat və İKT sahəsində əməkdaşlıq imkanlarını müzakirə edib

14-09-2018
Azərbaycan Küveytlə İKT sahəsində əməkdaşlığı genişləndirir

Azərbaycan Küveytlə İKT sahəsində əməkdaşlığı genişləndirir

30-10-2014
RYTN-də İsrail səfiri ilə görüş keçirilib

RYTN-də İsrail səfiri ilə görüş keçirilib

06-08-2015
Rusiya ilə İKT  sahəsində əməkdaşlıq müzakirə edilib

Rusiya ilə İKT sahəsində əməkdaşlıq müzakirə edilib

24-05-2016
Ramin Quluzadə  İranın rabitə və informasiya texnologiyaları naziri ilə görüşüb

Ramin Quluzadə İranın rabitə və informasiya texnologiyaları naziri ilə görüşüb

29-12-2016
Azərbaycanla Belarus arasında İKT üzrə əməkdaşlıq haqqında sənəd imzalanıb

Azərbaycanla Belarus arasında İKT üzrə əməkdaşlıq haqqında sənəd imzalanıb

13-11-2008
İranla İKT sahəsində əməkdaşlıq müzakirə olunub

İranla İKT sahəsində əməkdaşlıq müzakirə olunub

22-04-2016
“Yeni texnologiyalar sahəsində İranla əməkdaşlığa hazırıq”

“Yeni texnologiyalar sahəsində İranla əməkdaşlığa hazırıq”

26-02-2015
Avropa İttifaqı ilə İKT sahəsində əməkdaşlıq əlaqələri müzakirə olunub

Avropa İttifaqı ilə İKT sahəsində əməkdaşlıq əlaqələri müzakirə olunub

24-04-2014
Bakıda texnologiyalar üzrə İKT Forumu keçiriləcək

Bakıda texnologiyalar üzrə İKT Forumu keçiriləcək

22-09-2015
Microsoft-un rəsmiləri Bakıda olub

Microsoft-un rəsmiləri Bakıda olub

13-04-2018
“Azərspace-1” üzərindən yeni kanal yayımlanacaq

“Azərspace-1” üzərindən yeni kanal yayımlanacaq

13-05-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə