Previous Next
Bağla

İstanbulda İKT üzrə Nazirlər Toplantısı keçirilib

10-11-2017 10:00
İstanbulda İKT üzrə Nazirlər Toplantısı keçirilib

İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) üzv ölkələrin informasiya və kommunikasiya texnologiyaları (İKT) üzrə ikinci Nazirlər Toplantısı keçirilib.

Xeberler.az məlumat verir ki, xəbər, Türkiyənin Nəqliyyat, Gəmiçilik və Rabitə Nazirliyinin ev sahibliyi ilə keçirilən toplantıda Azərbaycanı nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin rəhbərliyi ilə nümayəndə heyəti təmsil edib.

Toplantıda elektron hökumət, kibertəhlükəsizlik və fiberoptik şəbəkənin inkişafı üzrə müzakirələr aparılıb.

Türk Şurasının baş katibi Ramin Həsənov müzakirə olunan məsələlərin əhəmiyyətindən danışaraq vurğulayıb ki, rabitə və informasiya texnologiyaları sahəsində əməkdaşlığın genişləndirilməsi türkdilli ölkələrin maraqlarını tam əks etdirir.

Azərbaycanda elekton hökumət quruculuğu istiqamətində görülən işlər, o cümlədən İKT sahəsində əldə olunan nailiyyətlər barədə məlumat verən nazir Ramin Quluzadə İKT sektorunda əməkdaşlığın genişləndirilməsi, mövcud çağırışların səmərəli şəkildə cavablandırılması baxımından Türk Şurası çərçivəsində İKT üzrə işçi qrupun fəaliyyətinin xüsusi önəm daşıdığını bildirib.

Nazir Azərbaycanın təşəbbüskarı olduğu Trans-Avrasiya Super İnformasiya Magistralı (TASIM) layihəsinin həyata keçirilməsi istiqamətində Türk Şurasına üzv ölkələrin birgə səylərinin təqdirəlayiq olduğunu qeyd edib.

R.Quluzadə layihənin iki qitə arasında ən qısa fiberoptik bağlantı olmaqla region ölkələri üçün strateji önəm daşıdığını və dənizə çıxışı olmayan dövlətlərdə rəqəmsal boşluğun aradan qaldırılmasında əhəmiyyətli rol oynayacağını bildirib. Nazir məlumat verib ki, TASİM layihəsi üzrə yüksək səviyyəli rəsmilərin növbəti illik görüşü cari il dekabrın 5-də BakuTel-2017 Beynəlxalq sərgi-konfransı çərçivəsində Bakıda keçirilməsi nəzərdə tutulur.

Türkiyənin nəqliyyat, dənizçilik və rabitə naziri Əhməd Arslan Türk Şurası çərçivəsində fəaliyyət göstərən İKT üzrə işçi qrupun fəaliyyətini yüksək qiymətləndirib. O, təşkilata üzv dövlətlər arasında kibertəhlükəsizlik, elektron hökumət və fiberoptik şəbəkənin inkişafı sahələrində əməkdaşlıq imkanlarının geniş olduğunu diqqətinə çatdırıb, tədqiqat və inkişaf istiqamətlərində də əməkdaşlığın zəruriliyini bildirib. TASİM layihəsinin region ölkələri üçün önəminə toxunan nazir layihənin tezliklə reallaşdırılması istiqamətində səylərin artırılmasının vacibliyini qeyd edib.

Qazaxıstan və Qırğızıstan rəsmiləri də TASİM layihəsinin vacibliyini vurğulayaraq onun həyata keçirilməsində maraqlı olduqlarını ifadə ediblər. Tərəflər elektron hökumət, kibertəhlükəsizlik və fiberoptik şəbəkənin inkişafı üzrə fikir və mülahizələrini bölüşüblər.

Çıxışlarda oktyabrın 30-da Bakı Beynəlxalq Dəniz Ticarət Limanında açılışı keçirilən Bakı-Tbilisi-Qars dəmir yolunun tarixi əhəmiyyəti qeyd olunub. Əminliklə bildirilib ki, böyük siyasi iradə ilə gerçəkləşən bu layihə türk dünyasının ortaq sərvətidir. Toplantı iştirakçıları, həmçinin TASİM-in Avrasiya qitəsi üçün xüsusi önəm daşıyan beynəlxalq layihə olduğunu qeyd edərək onun reallaşması üçün ciddi səy göstərəcəklərini diqqətə çatdırıblar.

Toplantıdan sonra Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə ilə Türkiyə Respublikasının nəqliyyat, dənizçilik və rabitə naziri Əhməd Arslan arasında ikitərəfli görüş keçirilib. Görüşdə nəqliyyat və informasiya-kommunikasiya texnologiyaları sahələrində qarşılıqlı əhəmiyyət kəsb edən məsələlərə dair müzakirələr aparılıb.

Xatırladaq ki, 2015-ci il sentyabrın 11-də Astanada keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının V Sammitində informasiya və kommunikasiya texnologiyaları üzrə işçi qrupunun yaradılması qərara alınıb. İKT üzrə birinci Nazirlər Toplantısı 2016-cı ilin noyabrında Bakıda keçirilib. 

Məltəm Talıbzadə

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Türkiyə Azərpoçt-la yeni əməkdaşlığa başladı

Türkiyə Azərpoçt-la yeni əməkdaşlığa başladı

29-11-2016
Almatıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası İKT nazirlərinin növbəti görüşü keçirilib

Almatıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası İKT nazirlərinin növbəti görüşü keçirilib

01-02-2019
TASİM layihəsi üzrə Nazirlər Toplantısı keçirilib

TASİM layihəsi üzrə Nazirlər Toplantısı keçirilib

29-11-2016
Nazir iranlı həmkarı ilə görüşüb

Nazir iranlı həmkarı ilə görüşüb

02-08-2016
Ramin Quluzadə  İranın rabitə və informasiya texnologiyaları naziri ilə görüşüb

Ramin Quluzadə İranın rabitə və informasiya texnologiyaları naziri ilə görüşüb

29-12-2016
Azərbaycanla Çexiya nəqliyyat və İKT sahəsində əməkdaşlıq imkanlarını müzakirə edib

Azərbaycanla Çexiya nəqliyyat və İKT sahəsində əməkdaşlıq imkanlarını müzakirə edib

14-09-2018
Koreya ilə İKT sahəsində əməkdaşlıq müzakirə olunub

Koreya ilə İKT sahəsində əməkdaşlıq müzakirə olunub

19-08-2016
Nazir Ramin Quluzadə Böyük Britaniyanın ölkəmizdəki səfiri ilə görüşüb

Nazir Ramin Quluzadə Böyük Britaniyanın ölkəmizdəki səfiri ilə görüşüb

01-12-2020
Ramin Quluzadə Türkdilli Dövlətlərin Əməkdaşlıq Təşkilatının baş  katibi ilə görüşüb

Ramin Quluzadə Türkdilli Dövlətlərin Əməkdaşlıq Təşkilatının baş katibi ilə görüşüb

08-09-2020
Nazir Ramin Quluzadə Dell şirkətinin nümayəndələri ilə görüşüb

Nazir Ramin Quluzadə Dell şirkətinin nümayəndələri ilə görüşüb

22-02-2019
Ramin Quluzadə ABŞ-ın nümayəndə heyətini qəbul edib

Ramin Quluzadə ABŞ-ın nümayəndə heyətini qəbul edib

12-11-2019
Ölkəmiz  beynəlxalq  İKT sərgi-forumunda təmsil olunub

Ölkəmiz beynəlxalq İKT sərgi-forumunda təmsil olunub

20-04-2016
Rabitə və yüksək texnologiyalar sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib

Rabitə və yüksək texnologiyalar sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib

02-04-2019
Azərbaycan-Avropa İttifaqı biznes-forumu keçirilib

Azərbaycan-Avropa İttifaqı biznes-forumu keçirilib

05-06-2018
“Azərbaycan region üçün mühüm İKT mərkəzinə çevrilib”

“Azərbaycan region üçün mühüm İKT mərkəzinə çevrilib”

29-09-2015
Rusiya ilə İKT  sahəsində əməkdaşlıq müzakirə edilib

Rusiya ilə İKT sahəsində əməkdaşlıq müzakirə edilib

24-05-2016
“İnkişaf üçün İKT” konfransı başa çatdı

“İnkişaf üçün İKT” konfransı başa çatdı

28-10-2015
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının nəqliyyat sahəsi üzrə işçi qrupunun iclası keçirilib

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının nəqliyyat sahəsi üzrə işçi qrupunun iclası keçirilib

24-10-2018
İKT sahəsində əməkdaşlıq müzakirə olunub

İKT sahəsində əməkdaşlıq müzakirə olunub

14-03-2019
Nazirlik sammitdə iştirak etdi

Nazirlik sammitdə iştirak etdi

29-05-2018
İşğal olunmuş ərazilərimizdə rouminq sazişi ləğv edilib

İşğal olunmuş ərazilərimizdə rouminq sazişi ləğv edilib

01-03-2018
Ramin Quluzadə Özbəkistanın İnvestisiyalar və Xarici Ticarət naziri ilə görüşüb

Ramin Quluzadə Özbəkistanın İnvestisiyalar və Xarici Ticarət naziri ilə görüşüb

15-10-2019
Azərbaycan və Rusiya arasında İKT və nəqliyyat sahələrində ikitərəfli əməkdaşlıq məsələləri müzakirə edilib

Azərbaycan və Rusiya arasında İKT və nəqliyyat sahələrində ikitərəfli əməkdaşlıq məsələləri müzakirə edilib

27-11-2018
Türkdilli dövlətlər də e-imzanı tanıyacaq

Türkdilli dövlətlər də e-imzanı tanıyacaq

26-05-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə