Previous Next
Bağla

Kriptovalyuta konfransı necə keçdi?-Foto

15-03-2018 15:35
Kriptovalyuta konfransı necə keçdi?-Foto

Bu gün Holiday İnn otelində “Azərbaycanda kriptovalyuta bazarının tənzimlənməsi və blokçeyn texnologiyalardan effektiv istifadə” mövzusunda konfrans keçirilib.

Xeberler.az-ın məlumatına görə, toplantıda dövlət və özəl sektorun, bank sektorunun nümayəndələri və müstəqil ekspertlər iştirak edib.

Belə ki, konfransa AMEA, İqtisadiyyat Nazirliyinin, Vergilər Nazirliyinin ,  Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, Paşa Bank, Mərkəzi Bank, Lenovo kimi qurumların, Azərbaycan Banklar Assosiasiyasının nümayəndələri, özəl sektorun nümayəndələri  , müstəqil ekspertlər və startapçılar qatılıb.

Tədbirin təşkilatçılarından olan Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz tədbiri açaraq konfransın keçirilməsinin məqsədləri haqqında məlumat verib.

O, ölkədə kriptovalyuta və blokçeyin sahəsində ekosistemin formalaşması prosesinin getdiyini vurğulayıb.

Osman Gündüz bu infrastrukturun bir sıra sahələrinin artıq ölkəmizdə oturuşmaqda olduğunu da diqqətə çatdırıb.

Ekspert tədbirin keçirilməsində əsas məqsədin bu sahənin inkişafına təkan verəcək effektiv tənzimləmə mexanizmlərinin hazırlanması olduğunu vurğulayıb.

O, bu istiqamətdə maraqlı tərəflərin iştirakı ilə müzakirələrin davam etdiriləcəyini də diqqətə çatdırıb.

Portmanat.az qurumunn rəhbəri Telman Axundov çıxış edərək tədbirin xüsusi əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. O, sahənin inkişafı ilə bağlı təkliflərin verilməsinin faydalı olduğunu bildirib.

Sonra isə təqdimatlar başlayıb.

Tədbirdə ekspert Orxan Əhmədov "Kriptovalyuta bazarının tənzimlənməsi və blokçeyn texnologiyalardan effektiv istifadə",  Crypto Consalting qurumunun direktoru Elnur Quliyev "Blokçeyn texnologiyasının maliyyə-bank sisteminə təsiri" və Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun direktoru  Sabit Bağırov isə "İCO: tənzimləmələr, imkanlar və təhlükələr" mövzusunda təqdimatlar edib.

Konfransda təqdimatlar ətrafında,  o cümlədən də mayninq üçün icazə və bu fəaliyyətdən vergi tutulması, kriptovalyutanın ölkəmizdə ödəniş vasitəsi kimi istifadə oluna bilməsi, İCO layihələrə investisiya cəlb etmək üçün icazə və ya investisiya limiti, mayninq üçün zəruri avadanlıqların ölkəyə sərbəst olaraq gətirilməsi mövzuları ətrafında müzakirələr aparılıb.

Müzakirələrdə Lenovo şirkətinin Azərbaycan nümayəndəliyinin rəhbəri Rasim Bəxşi, Gravity şirkətinin nümayəndəsi Azər Kərimov, İnvia World şirkətindən Sənan Həsənov. Paşa Bank-ın nümayəndəsi Bəhman Orucov, Bakı Mühəndislik Universitetinin nümayəndəsi Bəhram Atabəyli,  CryptoAcademy qurumunun təmsilçisi Məmməd Bəhri, Banklar Assosiasiyasının nümayəndəsi  və digərləri iştirak edib.

Müzakirələrin gedişində kriptovalyuta birjaları ilə bağlı maarifçilik işlərinin aparılmasının vacibliyi, bu sahədə ixtisaslaşan şirkətlər və fiziki şəxslər üçün müəyyən icazə sisteminin tətbiqi, İCO layihələrə investisiyaların yatırılması şərtləri, mayninq sahəsində sahibkarlıq fəaliyyətinin canlandırılması və vergiyə cəlb edilməsi, Kripto bazarın tənzimlənməsi ilə bağlı yaradılan İşçi Qrupunun şəffaf fəaliyyət göstərməsi və fəaliyyətinin canlandırılması, bank sektorunda innovasiyalara, blokçeyn texnologiyalara diqqətin artırılması, sektorun işkişfaı üçün zəruri şərt olan İT kadrların, proqramçıların hazırlanması üçün yeni tədris modellərinin hazırlanması ilə bağlı təkliflər səslənib.

Çıxış edənlər maraqlı tərəflərin iştirakı ilə keçirilən bu tip müzakirələrin mühüm əhəmiyyət kəsb etdiyini və bu istiqamətdə müzakirələrin aparılmasının vacibliyini bildiriblər.

Dövlət və özəl sektor nümayəndələri bu istiqamətdə təkliflərini səsləndirərək ekspertlərlə müzakirə edib.

Müzakirələrin yekununda blokçeyin texnologiyasının ölkəmizdə tətbiq imkanları və gələcək prespektivi ilə bağlı təkliflər irəli sürülüb.

Konfrans Azərbaycan İnternet Forumu, CryptoAZE cəmiyyəti və Portmanat.az qurumlarının təşkilatçılığı ilə baş tutub.

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Sabah kriptovalyuta üzrə konfrans keçiriləcək

14-03-2018

Azərbaycanda kriptovalyuta ilə bağlı konfrans keçiriləcək

09-03-2018

Ölkədə kriptovalyuta bazarının tənzimlənməsi müzakirə olunacaq

27-02-2018

Blokçeyn Azərbaycan Mərkəzinin toplantısı keçirilib.

07-06-2018

Bakıda Bitcoin Pizza Day keçirilib-Foto

23-05-2018

Azərbaycan Qlobal Blokçeyn Konfransı 2019-da təmsil olunub

14-11-2019

Azərbaycanda kriptovalyuta ilə bağlı qanun layihəsi hazırlanır

25-01-2018

Kriptovalyuta ticarətini tənzimləyən İşçi Qrup fəaliyyət göstərirmi ?

28-08-2019

Ekspert: “Kriptovalyuta qadağaları qeyri-qanuni işləri artıra bilər”

12-02-2018

Blockchain sahəsində aparılan işlər müzakirə edilib

08-02-2019

Maliyyə texnologiyasında yeni trendlər müzakirə ediləcək

08-05-2018

Biznesdə blockchain texnologiyalarının tətbiqi mövzusunda konfrans keçiriləcək

27-06-2018

Bitcoin Pizza Day-də maraqlı təqdimatlar olacaq

16-05-2018

Kriptovalyuta ilə maraqlananların nəzərinə

28-06-2017

Bakıda Blockchain Bitcoin Conference Baku tədbiri keçiriləcək

07-08-2018

“Vətəndaşların e-xidmətlərdən istifadə səviyyəsi və e-xidmətlərə tələbat mövzusunda dəyirmi masa keçirilib

25-06-2014

Biznesdə blockchain texnologiyalarının tətbiqi mövzusunda Konfrans keçirilir

28-06-2018

II Maliyyə və İnvestisiya Forumu baş tutub

06-06-2018

Startap Azərbaycan yekun təqdimat mərasimi və “Startup Azərbaycan 2014” Milli Konfransı keçirilib

03-07-2014

Blokçeyn texnologiyalarının rəqəmsal iqtisadiyyatda rolu artır

11-12-2018

Nazir blokchain-in tətbiqi mexanizmlərndən danışdı

13-12-2018

Bakıda kriptovalyuta və blokçeyn təlimləri keçiriləcək

14-04-2025

“Yeni Media və yeni çağırışlar” konfransı keçirilib

27-05-2014

Nazirlik əməkdaşları üçün blokçeyn barədə təlim keçirilib

14-09-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə