Previous Next
Bağla

Nazirlik əməkdaşları üçün blokçeyn barədə təlim keçirilib

14-09-2017 12:58
 Nazirlik əməkdaşları üçün blokçeyn barədə  təlim keçirilib

Sentyabrın 12-13-də JW Marriott Absheron otelində PwC beynəlxalq konsaltinq şirkətinin Niderland ofisinin idarəedici partnyoru və nümayəndələri tərəfindən Vergilər Nazirliyinin əməkdaşları üçün “Blokçeyn (Blockchain) texnologiyaları” barədə 2 günlük təlim keçirilib.

Xeberler.az-ın məlumatına görə, təlim Vergilər Nazirliyi Kollegiyasının Qərarı ilə təsdiq olunmuş “Vergi sahəsində aparılan islahatların tətbiqi ilə bağlı Tədbirlər Planı”nın icrası çərçivəsində baş tutub.

Vergilər Nazirliyinin Beynəlxalq əməkdaşlıq və maliyyə institutlarında vergi monitorinqi departamentinin baş direktoru Zaur Fətizadə tədbiri giriş sözü ilə açaraq təlimin mahiyyəti və gündəlikdə duran məsələlər barədə iştirakçılara məlumat verib.

Qeyd olunub ki, Vergilər Nazirliyi dünya vergi sistemində müasir çağırışları və əsas trendləri yaxından izləyir və beynəlxalq təcrübənin öyrənilməsinə önəm verməklə yeniliklərin tətbiqinə çevik reaksiya verməyə çalışır. Sözügedən 2 günlük təlim də bu baxımdan xüsusilə əhəmiyyətlidir və təlim dövründə vergi inzibatçılığında qlobal meyllər və rəqəmsal transformasiyalar, vergi ödəyicilərilə münasibətlərin qurulmasında müasir texnologiyalardan istifadə edilməsi, blokçeyn və onun mövcud potensialı, Vergilər Nazilriyinin rəqəmsal transformasiya istiqamətində fəaliyyəti və s. kimi məsələlərin müzakirəsi nəzərdə tutulur.

Sonra PwC beynəlxalq konsaltinq şirkətinin Niderland ofisinin idarəedici partnyorunun nümayəndəsi cənab Eelko van der Enden “Beynəlxalq vergitutmada əsas meyllər və rəqəmsal transformasiya” mövzusunda təqdimatla çıxış edib. O bildirib ki, PwC beynəlxalq konsaltinq şirkəti iqtisadiyyatın rəqəmsallaşdırılmasını və bu tendensiyanın vergi sistemi və inzibatçılığına dair ən müasir istiqamətlərini təmin edir. PwC-nin nümayəndəsi vergi sahəsində səmərəli idarəetmə sisteminin qurulması üçün müasir texnologiyalar barədə də ətraflı məlumat verib.

Microsoft şirkətinin nümayəndəsi Emin Axundovun “Vergi texnologiyalarının ekosistemi” adlı təqdimatı da maraqla qarşılanıb. Mütəxəssislər, yeni texnoloji həll yollarından istifadə etməklə, səmərəli vergi idarəetmə sisteminin yaradılmasına dair praktiki məsləhətlər verib, xüsusilə məlumatların real iş rejimində daha geniş auditoriyaya çatdırılması, eləcə də vergi ödəyiciləri və vergi orqanlarının həmin məlumatların düzgünlüyünə etibar edə biləcəyi sistemin yaradılmasında Blokçeyn texnologiyasının imkanları müzakirə edilib.

Təlimin 2-ci günü Blokçeyn texnologiyalarının vergi yığımlarında tətbiqi imkanları ekspertlərlə müzakirə edilib. Bu texnologiyaların müxtəlif sferalarda tətbiqini həyata keçirən bir sıra ölkələrin təcrübəsi nəzərdən keçirilib. Xüsusilə, dünya vergi administrasiyaları tərəfindən populyar kriptovalyutaların (bitkoin, eterium və digərləri) vergitutmaya cəlb edilməsi imkanları müzakirə edilib. Bu baxımdan təlim zamanı kriptovalyutanın elektron ticarətdə geniş yayılmasının aktuallığı, kriptovalyuta dövriyyələrinə vergi orqanlarnın monitorinqi, məlumatların toplanması və gələcəkdə dövlət tərəfindən bu sahənin tənzimləmə üsulları və imkanları barədə geniş fikir mübadiləsi aparılıb.

Təlim proqramında PwC və Microsoft şirkətinin aparıcı ekspertləri 30-dan artıq vergi mütəxəssisinin iştirak etdiyi interaktiv sessiyalar təşkil edib.

Günel

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Blokçeyn texnologiyalarının rəqəmsal iqtisadiyyatda rolu artır

Blokçeyn texnologiyalarının rəqəmsal iqtisadiyyatda rolu artır

11-12-2018
“Blokçeyin ciddi problemlərin aradan qaldırılmasına imkan yaradır”

“Blokçeyin ciddi problemlərin aradan qaldırılmasına imkan yaradır”

15-09-2017
Azərbaycanda vergi ödəyiciləri fəaliyyətini İnternetlə dayandıracaqlar

Azərbaycanda vergi ödəyiciləri fəaliyyətini İnternetlə dayandıracaqlar

07-01-2011
Vergilər Nazirliyində struktur dəyişiklikləri aparılıb

Vergilər Nazirliyində struktur dəyişiklikləri aparılıb

21-12-2016
Vergilər naziri  Rəqəmsal İqtisadiyyata dair Vergi Sammitində iştirak edib

Vergilər naziri Rəqəmsal İqtisadiyyata dair Vergi Sammitində iştirak edib

30-10-2018
Vergi sahəsində aparılan islahatlarla bağlı görüş keçirilib

Vergi sahəsində aparılan islahatlarla bağlı görüş keçirilib

05-09-2016
Azərbaycan və Estoniya əməkdaşlıq məsələlərini müzakirə edib

Azərbaycan və Estoniya əməkdaşlıq məsələlərini müzakirə edib

03-12-2025
IOTA-nın 29-cu Baş Assambleyasının texniki sessiyası işə başlayıb

IOTA-nın 29-cu Baş Assambleyasının texniki sessiyası işə başlayıb

18-06-2025
Vergi ödəyicilərinə 63 e-xidmət göstərilir

Vergi ödəyicilərinə 63 e-xidmət göstərilir

20-12-2016
Süni intellekt modulları əsasında informasiya sistemləri qurulacaq

Süni intellekt modulları əsasında informasiya sistemləri qurulacaq

15-02-2024
Vergi üzrə Peşəkar Təlim və İnkişaf Forumu keçirilir

Vergi üzrə Peşəkar Təlim və İnkişaf Forumu keçirilir

10-09-2015
Azərbaycanda elektron vergi hesab-fakturalarının tətbiqinə başlanılacaq

Azərbaycanda elektron vergi hesab-fakturalarının tətbiqinə başlanılacaq

03-09-2009
İnternet ticarətdə vergi nəzarətini gücləndirir

İnternet ticarətdə vergi nəzarətini gücləndirir

29-12-2010
Nazirliyin daha bir xidməti elektronlaşdırıldı

Nazirliyin daha bir xidməti elektronlaşdırıldı

07-09-2015
Nazirliyə elektron müraciətlərin sayı artıb

Nazirliyə elektron müraciətlərin sayı artıb

07-02-2015
ADB ilə elektron ticarətin vergiyə cəlb edilməsi müzakirə edilib

ADB ilə elektron ticarətin vergiyə cəlb edilməsi müzakirə edilib

18-02-2026
Vergi sistemində “Elektron cinayət işi” konsepsiyası hazırlanacaq

Vergi sistemində “Elektron cinayət işi” konsepsiyası hazırlanacaq

16-11-2015
Vergi inzibatçılığı təkmilləşdirilir-Sərəncam

Vergi inzibatçılığı təkmilləşdirilir-Sərəncam

05-08-2016
Vergilər nazirliyinin E-qeydiyyat  sistemi istifadəyə verilib

Vergilər nazirliyinin E-qeydiyyat sistemi istifadəyə verilib

01-07-2011
Azərbaycanın İT şirkəti Tacikistanda vergi informasiya sisteminin tətbiqinə başlayıb

Azərbaycanın İT şirkəti Tacikistanda vergi informasiya sisteminin tətbiqinə başlayıb

05-09-2013
Dövlət Vergi Xidməti beynəlxalq kommunikasiya forumunda təmsil olunub

Dövlət Vergi Xidməti beynəlxalq kommunikasiya forumunda təmsil olunub

10-03-2025
Vergilər.az onlayn qəzetinin Telegram-da rəsmi kanalı açılıb

Vergilər.az onlayn qəzetinin Telegram-da rəsmi kanalı açılıb

06-04-2019
Çağrı Mərkəzindən 17 mindən çox müraciət cavablandırılıb

Çağrı Mərkəzindən 17 mindən çox müraciət cavablandırılıb

11-03-2015
Nazirlik Çağrı Mərkəzinin fəaliyyətini təkmilləşdirir

Nazirlik Çağrı Mərkəzinin fəaliyyətini təkmilləşdirir

20-05-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə