Previous Next
Bağla

Laçında peyk internet platforması quraşdırılıb

22-11-2023 17:08
Laçında peyk internet platforması quraşdırılıb

“Azərkosmos” Laçında “Azconnexus” platforması üzərindən internet xidmətlərini təmin etmək məqsədilə ilk KA diapazonlu anten quraşdırıb.

Bu barədə Xeberler.az -a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən məlumat verilib.

Bildirilib ki, məqsəd dağlıq relyefə malik olan Laçın rayonu ərazisində “Azconnexus” peyk interneti sayəsində müasir rəqəmsal xidmətlərə əlçatanlığı təmin etmək və telekommunikasiya sahəsini inkişaf etdirməkdir.

Belə ki, ənənəvi peyk tezlik diapazonlarından daha yüksək ötürmə qabiliyyətinə malik olan KA diapazonu çox kiçik ölçülü antenlər üçün əlverişli əhatə dairəsi yaradır. Bu da internet xidməti provayderləri və telekommunikasiya operatorlarına ucqar və dağlıq ərazilərdə öz şəbəkələrini genişləndirməyə imkan verəcək.

Qeyd edək ki, 2021-ci ildən fəaliyyətə başlayan “Azərkosmos”un “Azconnexus” platforması fasiləsiz, təhlükəsiz, yüksəksürətli və keyfiyyətli internet xidməti təqdim edir. “Azconnexus” peyk interneti dövlət müəssisələrində, dənizdə, quruda, dəmir yollarında və digər nəqliyyat xətlərində, ucqar ərazilərdəki iş və məlumat mərkəzlərində, yəni kifayət qədər internet əhatəsi olmayan ərazilərdəki istifadəçilər üçün əlçatandır. Bu platforma istifadəçilərə peyk interneti vasitəsilə video, audio və data daxil olmaqla müxtəlif trafik növləri təqdim edir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Azərkosmos” “Azconnexus” peyk internet platformasını istifadəyə verib

20-04-2021

Azərbaycanın peyk interneti platforması mükafata layiq görülüb

15-05-2025

“SpaceX”in peykləri Azərbaycanda internet təchizatı həyata keçirə biləcək

09-05-2023

“Azərkosmos” Çinin “StarWin” şirkəti ilə əməkdaşlıq edəcək

18-09-2024

“Azərkosmos” Afrikada 10 illik fəaliyyətini qeyd edir

17-11-2025

Amazonun Kuiper peyk interneti Özbəkistanda fəaliyyətə başlayır

14-10-2025

Starlink və Azərbaycan peyk internetinin işə salınması barədə danışıqlar aparır

07-06-2023

"Azərkosmos" BƏƏ şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb

15-09-2025

“Azərkosmos” ABŞ-ın “UltiSat” şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb

16-04-2020

Azərbaycanın ucqar kəndlərində yüzlərlə məktəbi peyk interneti ilə təmin edəcək

05-12-2018

Azərkosmos ASC-nin internet səhifəsi fəaliyyətə başlayıb

05-06-2012

“Azərkosmos” data xidmətləri üçün peyk tutumu təklif edir

26-08-2013

Ermənistan 300-dən çox "Starlink" terminalı idxal edib

16-02-2026

Azərkosmos Intersat şirkəti ilə müqavilə imzalayıb

18-09-2019

“Azərkosmos” Belçika şirkəti ilə müqavilə imzaladı

12-01-2021

Daha bir ölkə “Starlink” peyk rabitəsinə qoşulub

05-02-2026

Milli peykin resurslarından mobil rabitə operatorları və banklar da yararlana bilər

11-09-2013

Azərkosmos və CaspianSAT arasında əməkdaşlıq müqaviləsi imzalanıb

12-10-2019

Azerspace-1 peyki üzərindən “Əşyaların İnterneti” xidməti aktivləşdirilib

19-03-2025

Starlink peyk internet xidməti Qırğızıstanda istifadəyə verilib

26-05-2026

“Azərkosmos” Çinin “Satelliteherd” şirkəti ilə əməkdaşlığa başlayıb

02-07-2021

"Azərkosmos" Çinlə hostinq xidmətlərinin göstərilməsinə dair müqavilə imzalayıb

03-08-2023

“Azərkosmos” Kenya ilə əməkdaşlığa başladı

24-01-2023

Starlink və Beeline Qazaxıstanda peyk mobil rabitə xidməti göstərəcək

07-11-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə