Previous Next
Bağla

“Lazımsız dövlət qurumları ya birləşdirilməli, ya da ləğv olunmalıdır”

18-01-2016 14:50
“Lazımsız dövlət qurumları ya birləşdirilməli, ya da ləğv olunmalıdır”

Bu gün prezident İlham Əliyevin sədrliyi ilə iqtisadi və sosial durumla bağlı müşavirə keçirilib.

Xeberler.az AZƏRTAC-a istinadən məlumat verir ki, prezident İlham Əliyev bildirib ki, 2015-ci ildə dünyada neftin qiymətinin kəskin düşməsi nəticəsində neft ixrac edən ölkələr çətinliklərlə üzləşiblər və bu proses indi də davam edir. Son bir ildə neftin qiymətinin 4 dəfə düşdüyünü, bunun isə gəlirlərin azalmasına təsir etdiyini deyən dövlətimizin başçısı hazırda Azərbaycanın vəziyyətdən çıxmaq üçün addımlar atdığını, digər neft ölkələri ilə müqayisədə ən az itki ilə üzləşdiyimizi diqqətə çatdırdı.

Nazirlər Kabinetinin ötən iclasında verilən tapşırıqlar yerinə yetirildiyi təqdirdə Azərbaycanın çətinliklərdən asanlıqla çıxacağını deyən Prezident İlham Əliyev ölkədə islahatların dərinləşməsinin vacibliyini vurğuladı, bununla bağlı səslənən təkliflərin artıq icra olunmağa başladığını deyib. İlk növbədə insanların sosial müdafiəsi ilə bağlı məsələlərin diqqət mərkəzində saxlanılacağını deyən dövlətimizin başçısı son illərdə ölkədə həyata keçirilən işlərin insanların rifah halının daha da yaxşılaşdırılmasına yönəldiyini bildirdi. Bu yaxınlarda pensiya və əmək haqlarının 10 faiz qaldırılmasının bu istiqamətdə atılan önəmli addım olduğunu deyib.

Prezident İlham Əliyev çıxışında süni bahalaşmaya da münasibət bildirib, bu problemə qarşı ciddi mübarizə aparılmasının əhəmiyyətini vurğulayıb. İşbazların qiymətləri süni şəkildə bahalaşdırmağa çalışdığını deyən dövlətimizin başçısı görülən tədbirlər nəticəsində çörəyin və unun qiymətinin əhəmiyyətli dərəcədə aşağı düşdüyünü bildirib.

Struktur islahatları ilə bağlı artıq müəyyən addımların atıldığını deyən Prezident İlham Əliyev qeyd edib ki, bu tədbirlər daimi olmalı, bir-birini təkrarlayan və lazımsız dövlət qurumları ya birləşdirilməli, ya da ləğv olunmalıdır. Valyuta bazarının tənzimlənməsi ilə bağlı müvafiq göstərişlərin verildiyini, təkliflərin hazırlandığını deyən dövlətimizin başçısı bu sahədə qanunvericilik bazasının möhkəmləndirilməsinin əhəmiyyətinə toxundu, Milli Məclisin növbədənkənar sessiyasında məsələyə baxılacağını dedi.

Bundan əlavə, Prezident İlham Əliyev beynəlxalq ekspertlərin iştirakı ilə geniş özəlləşdirmə proqramının hazırlanması, bu işə xarici və yerli investorların cəlb olunması, iqtisadi canlanmaya nail olmaq üçün biznes mühitinin yaxşılaşdırılması ilə bağlı tapşırıqlarını verib.

Dövlətimizin başçısı manatın etimadının bərpası ilə bağlı ciddi tədbirlərin görülməsinin əhəmiyyətinə də toxundu, hazırda ölkədə müşahidə olunan dollarizasiya prosesinin heç bir iqtisadi əhəmiyyətinin olmadığını dedi.

Manatın məzənnəsinin sabit saxlanmasının təkcə hökumətdən asılı olmadığını deyən dövlətimizin başçısı bank sektorunun tənzimlənməsi ilə bağlı təkliflərə baxıldığını, problemli bankların sağlamlaşdırılması prosesinin aparılması, dövlət istiqrazlarının buraxılması, əmanətlərin sığortalanması ilə bağlı əlavə tədbirlərin görülməsinin vacibliyini bildirdi, bu kimi tədbirlərin milli valyutaya olan inamı artıracağını deyib.

Prezident İlham Əliyev bildirib ki, ölkəmizin xarici borcunun çox aşağı səviyyədə olması və mövcud vəziyyət nəzərə alınaraq xarici maliyyə bazarlarından lazımi qədər maliyyə resursları Azərbaycan bazarına cəlb edilə bilər.

Qeyri-neft sektorunun inkişafının indiki vəziyyətdə prioritet olmasının vacibliyini bildirən dövlətimizin başçısı Sahibkarlığa Kömək Milli Fondunun dəstəyi ilə bu il 250 milyon manat güzəştli kreditlərin veriləcəyini, sahibkarların öz maliyyə resurslarını da nəzərə alaraq o zaman regionlara qoyulan investisiyanın həcminin təxminən 1 milyard manat olacağını bildirib.

Prezident İlham Əliyev çıxışında daha bir vacib məsələyə toxunub, iş adamlarına böyük tikinti layihələrini icra etmək üçün şəraitin yaradılması, bu sahədə mövcud olan əsassız tələblərin, bürokratiya və korrupsiya hallarının aradan qaldırılması ilə bağlı ciddi tapşırıqlar verdi. Bununla yanaşı, dövlətimizin başçısı ipoteka bazarının səmərəliliyinin artırılması, bu yolla inşa olunacaq binaların tikintisinin sürətləndirilməsi ilə bağlı təkliflərin hazırlanmasını tapşırıb.

Son 10 ildə Azərbaycanın dünyada ən sürətlə inkişaf edən ölkə olduğunu deyən Prezident İlham Əliyev bunu bütün beynəlxalq və maliyyə qurumlarının təsdiq etdiyini dedi, bu il ərzində Azərbaycanda iqtisadi inkişafla bağlı heç bir problemin olmayacağına əminliyini ifadə edib.

 Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Bu il daha 3 “ASAN xidmət” mərkəzi açılacaq”

10-04-2015

Nazirlər Kabinetinin 2018-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib

11-01-2019

“Nağdsız ödənişlər barədə orqanlar qarşısında vəzifələr qoyulub”

23-01-2018

Prezident ticarət mərkəzindəki yanğınla bağlı müşavirə keçirdi

28-03-2019

Yaponiya ilə Azərbaycan arasında İT sahəsində əməkdaşlıq müzakirə edilib

30-08-2016

Prezident Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktorunu qəbul edib

19-04-2018

Prezident: “Peykimiz əsas iqtisadi və infrastruktur ehtiyaclarını ödəyir”

13-02-2018

İlham Əliyev: USAID tamamilə korrupsiyaya uğramış bir təşkilatdır

09-04-2025

“2016-cı il dərin iqtisadi islahatlar ili olacaq”

10-04-2016

“Qeyri-neft sektorunun inkişafı diqqət mərkəzində olacaq”

10-01-2017

İtaliya ilə yüksək texnologiyalar sahəsində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb

15-04-2015

Prezident İranın rabitə və informasiya texnologiyaları nazirini qəbul edib

03-08-2016

Prezident: “İT prioritet sahələrdən biridir”

30-11-2017

İlham Əliyev CISCO şirkətinin baş vitse-prezidentini qəbul edib

28-11-2016

Prezident: Süni intellekt gələcək inkişafın ayrılmaz hissəsidir

03-11-2025

“Hərbi mövqelərimiz daha da möhkəmləndirilib”

09-04-2016

İlham Əliyev Avropa Komissiyasının nümayəndə heyətini qəbul edib

19-02-2019

Prezident İlham Əliyev "Leonardo" şirkətinin baş həmdirektoru ilə görüşüb

17-02-2024

İlham Əliyev "Signify" şirkətinin baş icraçı direktoru ilə görüşü olub

18-01-2023

Prezident İlham Əliyev Azərbaycan Gəncləri Gününə həsr olunan respublika toplantısında iştirak edib

01-02-2019

“Qeyri-neft sektorunun inkişafına daha çox diqqət göstəriləcək”

25-11-2015

Prezident İlham Əliyev: "Azərbaycanda kosmik sahəni inkişaf etdirməyə davam edirik"

02-10-2023

25 Aprel Azərbaycanda Sahibkarlar Günüdür

25-04-2023

Prezident İlham Əliyev: 74-cü Beynəlxalq Astronavtika Konqresi Azərbaycanda kosmos sənayesinin və aparıcı texnologiyaların inkişafına töhfə verəcək

02-10-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə