Previous Next
Bağla

Prezident ticarət mərkəzindəki yanğınla bağlı müşavirə keçirdi

28-03-2019 13:48
Prezident ticarət mərkəzindəki yanğınla bağlı müşavirə keçirdi

Bakının Nizami rayonundakı ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar martın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə müşavirə keçirilib.

Xeberler.az bildirir ki, Prezident İlham Əliyev martın 26-da paytaxtın Nizami rayonundakı ticarət mərkəzlərindən birində baş vermiş yanğın zamanı xoşbəxtlikdən insan itkisinin olmadığını, lakin orada çalışan insanlara maddi ziyan dəydiyini bildirib. Hazırda hadisənin səbəblərinin araşdırıldığını və sahibkarların problemlərinin həlli ilə bağlı tədbirlərin görüldüyünü deyən dövlət başçısı qeyd edib ki, onlar iş yerlərini, əmlaklarını itirib, onlara ciddi maddi ziyan dəyib.

Prezident İlham Əliyev dünən və bu gün Nizami Rayon İcra Hakimiyyətində sahibkarlarla görüş keçirildiyini, onlara dövlət tərəfindən dəstək göstəriləcəyinin deyildiyini bildirib. Dövlət başçısı vurğulayıb ki, İqtisadiyyat Nazirliyi sahibkarlarla bir-bir görüşməli və onların problemlərini dinləməlidir. Maliyyə Nazirliyi operativ qayada ilkin olaraq maliyyə vəsaiti ayırmalı və həmin vəsait sahibkarlara verilməlidir. Digər müvafiq qurumlar da yanmış malların qiymətini sahibkarlarla birlikdə aydınlaşdırmalıdır.

“Azərbaycan güclü sosial siyasət aparır. Bu ilin əvvəlində ciddi sosial paket təsdiqləndi. Sosial təşəbbüslər nəticəsində 3 milyondan çox insan bu proqramla əhatə olunub və bu təşəbbüsün dünyada bənzəri yoxdur”, - deyən Prezident İlham Əliyev yanğın hadisəsinin tam araşdırılıb təkliflərin verilməsi üçün komissiyanın yaradılacağını, bununla yanaşı, operativ olaraq sahibkarlara maddi dəstək göstəriləcəyini vurğulayıb.

Sonra fövqəladə hallar naziri Kəmaləddin Heydərov, Baş prokuror Zakir Qaralov, daxili işlər naziri Ramil Usubov, iqtisadiyyat naziri Şahin Mustafayev, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov məruzə ediblər.

Prezident İlham Əliyev yanğının səbəblərinin araşdırılması ilə bağlı bir daha tapşırıqlarını verib. Bildirib ki, bütün ticarət mərkəzlərində ciddi təftiş aparılmalı, təhlükəsizlik tədbirləri gücləndirilməlidir. Azərbaycan Prezidenti bir daha vurğulayıb ki, dövlət sahibkarların yanındadır və yanğından zərər çəkmiş sahibkarlara operativ qaydada maliyyə dəstəyi göstəriləcək.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Diqlas yanğınındakı zərərçəkənlərə 3 milyon manat ayrıldı - Sərəncam

Diqlas yanğınındakı zərərçəkənlərə 3 milyon manat ayrıldı - Sərəncam

29-03-2019
Prezidentdən Diqlas-dakı yanğınla bağlı - Tapşırıq

Prezidentdən Diqlas-dakı yanğınla bağlı - Tapşırıq

28-03-2019
Diqlas-dakı sahibkarlara ödənilən maddi yardımın məbləği açıqlanıb

Diqlas-dakı sahibkarlara ödənilən maddi yardımın məbləği açıqlanıb

04-04-2019
Prezident qəza ilə əlaqədar Dövlət Komissiyası yaradıb

Prezident qəza ilə əlaqədar Dövlət Komissiyası yaradıb

03-07-2018
“Lazımsız dövlət qurumları ya birləşdirilməli, ya da ləğv olunmalıdır”

“Lazımsız dövlət qurumları ya birləşdirilməli, ya da ləğv olunmalıdır”

18-01-2016
 Prezident  İranın rabitə və informasiya texnologiyaları nazirinə “Dostluq” ordeni təqdim edib

Prezident İranın rabitə və informasiya texnologiyaları nazirinə “Dostluq” ordeni təqdim edib

21-04-2016
Prezident Nazirlər Kabinetinin yeni tərkibini təsdiqləyib - Siyahı

Prezident Nazirlər Kabinetinin yeni tərkibini təsdiqləyib - Siyahı

21-04-2018
Azadlıq meydanında hərbi parad keçirilib

Azadlıq meydanında hərbi parad keçirilib

26-06-2018
Prezident İlham Əliyev İmişlidə ASAN Həyat kompleksinin açılışında iştirak edib

Prezident İlham Əliyev İmişlidə ASAN Həyat kompleksinin açılışında iştirak edib

22-10-2018
Prezident İlham Əliyev Azərbaycan Gəncləri Gününə həsr olunan respublika toplantısında iştirak edib

Prezident İlham Əliyev Azərbaycan Gəncləri Gününə həsr olunan respublika toplantısında iştirak edib

01-02-2019
Azərbaycan-Belarus sənədləri imzalanıb

Azərbaycan-Belarus sənədləri imzalanıb

19-11-2018
Prezident İranın rabitə və informasiya texnologiyaları nazirini qəbul edib

Prezident İranın rabitə və informasiya texnologiyaları nazirini qəbul edib

03-08-2016
“Hərbi mövqelərimiz daha da möhkəmləndirilib”

“Hərbi mövqelərimiz daha da möhkəmləndirilib”

09-04-2016
İlham Əliyev sahibkarlara tapşırıq verib

İlham Əliyev sahibkarlara tapşırıq verib

29-01-2018
“Bu il daha 3 “ASAN xidmət” mərkəzi açılacaq”

“Bu il daha 3 “ASAN xidmət” mərkəzi açılacaq”

10-04-2015
Prezident: “İT prioritet sahələrdən biridir”

Prezident: “İT prioritet sahələrdən biridir”

30-11-2017
Prezident Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktorunu qəbul edib

Prezident Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktorunu qəbul edib

19-04-2018
Prezident İlham Əliyev "Leonardo" şirkətinin baş həmdirektoru ilə görüşüb

Prezident İlham Əliyev "Leonardo" şirkətinin baş həmdirektoru ilə görüşüb

17-02-2024
Nazirlər Kabinetinin 2018-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib

Nazirlər Kabinetinin 2018-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib

11-01-2019
Prezident İranın rabitə və informasiya texnologiyaları nazirini qəbul edib

Prezident İranın rabitə və informasiya texnologiyaları nazirini qəbul edib

27-12-2016
Yaponiya ilə Azərbaycan arasında  İT sahəsində əməkdaşlıq müzakirə edilib

Yaponiya ilə Azərbaycan arasında İT sahəsində əməkdaşlıq müzakirə edilib

30-08-2016
Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar nazirini qəbul edib

Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar nazirini qəbul edib

26-10-2023
İham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib

İham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib

10-01-2017
Prezident İlham Əliyev və oğlu Heydər Əliyev “Akıncı” PUA-larının uçuşuna baxıb

Prezident İlham Əliyev və oğlu Heydər Əliyev “Akıncı” PUA-larının uçuşuna baxıb

09-02-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə