Previous Next
Bağla

LG İnnovativ Havalandırma həllərinin təqdimatı keçirilib

09-10-2019 11:05
LG İnnovativ Havalandırma həllərinin təqdimatı keçirilib

Dünyanın bir çox bazarlarında uğurlu təqdimatdan sonra LG Electronics AEM Group şirkətləri ilə birlikdə yeni MULTI V 5 Dəyişkən Soyuducu Axını sistemi və Maqnetik Yastıqlı Soyuducularının Azərbaycanda başlayacaq satışı ilə bağlı elan verib. MULTI V sırasının ən yeni modeli olaraq, yeni sistem enerji səmərəliyini optimallaşdıraraq və istifadəçi rahatlığını artıraraq, bənzərsiz rasional funksionallıq təklif edir. Bu özəllikləri ilə o, yaşayış və biznes mühitləri üçün ideal seçimdir.

Xeberler.az bildirir ki, təqdimat tədbirində çıxış edən “LG Electronics Gulf FZE”nin Azərbaycan nümayəndəliyinin rəhbəri cənab Sanginn Lee deyib: “Azərbaycan 9 iqlim zonasına malik, bir-birinə zidd isti yay və soyuq qışın müşahidə olunduğu unikal ölkədir. Havanın dəyişkənliyi və müxtəlifliyi bu ölkəni LG-nin İVH həllərinin tətbiq etmək üçün əla məkana çevirir. Biz əminik ki, Azərbaycandakı müştərilərimiz MULTI V 5 innovativ texnologiyasından yararlana biləcəklər. Əlavə olaraq qeyd edim ki, MULTI V 5-in təqdim etdiyi enerji səmərəliyi kommunal xidmətlərdə enerji sərfiyyatını azaltmaq üçün ən yaxşı seçimdir.

LG MULTI V 5 havalandırma sistemi Azərbaycandakı tikinti layihələrinin davamlılıq və enerji səmərəliliyi tələblərini qarşılaya biləcək təkmil texnologiyalardan istifadə edir. Bu sistem performans, səmərəlilik və enerjiyə qənaət mövzularında kompromisə getmədən ən inkişaf etmiş iqlim nəzarəti həllərini təklif edir.

MULTI V 5 LG-nin innovativ və patentləşdirilmiş İkili Hiss İdarəsi (Dual Sensing Control) və Mükəmməl İnvertor Kompressoru (Ultimate Inverter Compresor) özəllikləri ilə özünü ən gərgin hava şəraitlərində belə üstün texnoloji həll kimi sübut edir. Təkmilləşdirilmiş rütubət nəzarəti, hər bir daxili qurğu üçün individual təyinat nöqtəsi, böyük tutumlu çöl qurğusu və səssiz işləmə funskiyaları MULTI V 5-i hər hansı bir məkanı isitmək və soyutmaq üçün ən yaxşı həllə çevirir. Bu innovativ sistem həm də enerjiyə qənaət və rahatlığı daha da artıraraq müxtəlif zonalarda eyni anda isitmə və soyutmanı da təmin edir.

Yerli orqanlar və sənayelərdən “yüksək səmərəli yeni nəsil soyuducular”-a olan artan tələbatı diqqətdə saxlayan LG, özünün yeni nəsil Maqnetik Yastıqlı Soyuducularını təqdim etdi. Son texnoloji nailiyyət olan bu sistem soyuduculardakı mərkəzdənqaçma kompressorları üçün yağsız və kontaktsız idarəetmə təqdim edir. Özünün yüksək sürətli daimi maqnetik mühərriki və maqnetik yastıqları ilə yeni maqnetik sistem ənənəvi mərkəzdənqaçma kompressorlarını əksinə olaraq müxtəlif sürətlərdə işləyə bilir və nəticədə enerjiyə ən az 10 faiz qənaət edir. O, AHRI şəraitlərində dünya səviyyəli COP 7.0 və 12.0 IPLV yüksək səmərəlilik imkanları təqdim edir. Mexniki kontakt və yağlanmış yastıqlarda əmələ gələn yağ itkisini aradan qaldıraraq, LG-nin yeni maqnetik sistemi ümumi enerji sərfiyyatı və təmir xərclərini əhəmiyyətli dərəcədə azaldır.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Samsung-dan daha bir yenilik

21-01-2016

Smartfonun Wi-Fi ilə enerji toplaması sistemi yaradılıb

10-06-2015

Eco TV hər cəhətdən sərfəlidir

13-09-2008

Şvarsneger TV-lərə enerji qənaət satandartı təyin etdi

24-11-2009

Enerji Effektivliyi İnformasiya Sistemi yaradılacaq

23-10-2025

Telefonların batareya ömrü uzadıldı

06-04-2015

Yusif Cabbarov: Kardesa layihəsi regionda innovativ və iqtisadi inkişafa töhfə verəcək

22-10-2025

Azercell-dən yeni iPhone 13 modelləri alana 50GB internet paketi hədiyyə!

01-04-2022

Avropa Komissiyası təmiz enerjiyə keçid səylərində Azərbaycanı dəstəkləməyə davam edəcək

02-02-2023

Acer ekologiyanı qoruyan cihazlar istehsal edəcək

13-10-2009

5G-dən 100 dəfə sürətli yeni çip hazırlanıb

31-07-2019

İT sahəsinin məşhurları planeti təmiz enerji ilə təmin edəcək

30-11-2015

Nigar Arpadarai: Karbon saxlama, enerji səmərəliliyi texnologiyalarında yeniliklərə ehtiyacımız var

04-10-2024

Oyun kompüterləri çoxlu enerji sərf edir

07-09-2015

Enerji Effektivliyi İnformasiya Sisteminin yaradılması qəbul edilib

31-10-2025

Azercell-dən "iPhone 13" telefonları əldə edin 50GB pulsuz mobil internetdən yararlanın

09-10-2021

Bioloji kompüterlə daha effektiv hesablama dövrünə keçid edilir

04-02-2025

Yelena Myakotnikova: Bakı COP29-da innovativ rəqəmsal platforma təqdim edib

23-11-2024

Süni intellekt dünyanın enerji tələbatını rekord həddə çatdıracaq

14-01-2025

Nigar Arpadarai: “Rəqəmsal texnologiyaların enerji keçidinə transformasiyası vacibdir”

16-11-2024

Ekspert SCADA sistemi haqqında danışdı

13-02-2019

Sədr müavini: COP29 yeni innovativ texnologiyaların təqdimatı üçün vacib bir platforma yaradacaq

24-10-2024

BP: Azərbaycanın güclü bərpa olunan enerji potensialı var

06-02-2023

İnternetin sürəti 1000 dəfə artacaq!

22-10-2010





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə