Əvvəl televizorların rəngli olması kifayət edirdi. Texnologiya inkişaf etdikcə insanlar daha çox şey arzulayırlar. İndi televizorlar müxtəlif keyfiyyətə və dizayna malik olurlar. Ən yüksək görünüş təmin edən TV-ləri hamı əldə etmək istəyir. Lakin onun nə qədər enerji sərf etdiyinə çox adam fikir vermir.
Kaliforniya hökuməti HD (High-definition television) TV-lərə enerjiyə qənaət standartı təyin etdi. Yeni qəbul edilən qanunla birlikdə, Amerikanın bu əyalətində satılan televizorlar müəyyən qənaət standartlarına uyğun gələcək. Qaydalara uyğun gəlməyənlərlə isə qubernator A.Şvarsneger özü şəxsən maraqlanacaq.
TV istehsalçıları görünüş keyfiyyətinin yüksək olmasına çalışmalıdırlar, ancaq hazırladıqları məhsullar maksimum səviyyədə az enerji istehlak etməlidir.
2011-ci ildə artıq bunun tətbiqinə başlanılacaq. Hesaba görə, hər düymə 1 Watt enerji qənaəti edilməlidir. 2012-ci ildə isə bu miqdar düym başına 2 Watt olacaq. 2013-cü ildə bu əyalətdə TV satmaq istəyənlərin işi daha da çətinləşəcək. Çünki, hökumət nəhəng ekran HD TV-lərin kiçik LCD ekranlar qədər az enerji istehlak etməsini hədəfləyir.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri