Previous Next
Bağla

Süni intellekt dünyanın enerji tələbatını rekord həddə çatdıracaq

14-01-2025 19:00
Süni intellekt dünyanın enerji tələbatını rekord həddə çatdıracaq

Dünyada enerjiyə olan tələbat əhəmiyyətli şəkildə artıb və gələcək tələbatların ödənilməsində akkumlyatorlar batareyalarının vacib rolu olacaq.

Xeberler.az məlumat verir ki, bunu Əbu-Dabidə Dayanıqlılıq Həftəsinin (ADSW) açılış mərasimində nitqlə çıxış edən BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl Caber deyib.

“Akkumlyator batareyaları – dünyanın ən sürətlə inkişaf edən enerji texnologiyasıdır”, - deyə Əl Məzrui enerjinin saxlanılması istiqamətində innovasiyaların vacibliyini vurğulayıb.

O bildirib ki, cari ildə enerji sisteminə rekord 100 qiqavatt güc əlavə olunacaq. Bununla belə, nazir xəbərdar edib ki, xüsusilə süni intellektin hazırkı inkişaf səviyyəsini nəzərə alsaq, bu, dünyada enerjiyə artan tələbatın sadəcə cüzi bir hissəsini ödəyir.

“Süni intellekt peyda olana qədər elektrik enerjisinə olan tələbin 2035-ci ilə qədər 9000 qiqavatdan 15 000 qiqavatta qədər artacağı proqnozlaşdırılırdı. Amma istifadəsi aya yarım milyard ziyarətə qədər artmış və "Google" axtarışı ilə müqayisədə 10 dəfə daha çox enerji aparan "ChatGPT" kimi tətbiqlərə görə, 2050-ci ilə bu göstərici 35 000 qiqavatta çata bilər. Bu 250 faizdən çox bir artımdır”, - deyə nazir bildirib.

BƏƏ naziri problemin miqyasından söz açaraq, heç bir enerji mənbəyinin belə misli görülməmiş tələb səviyyəsini ödəməyə qadir olmadığını qeyd edib.

“Əminəm hər biriniz razılaşacaqsınız ki, heç bir eneji mənbəyi bu misli görülməmiş tələbatı ödəyə bilməyəcək”, - deyə Əl Caber vurğulayıb.

O, həmçinin, enerjiyə olan qlobal əlçatanlıq məsələsindəki qeyri-bərabərlikdən söz açaraq, “enerjinin bir milyard insan üçün hələ də əlçatan olmadığını” ictimaiyyətin diqqətinə çatdırıb.

Bunun üçün nazir beynəlxalq ictimaiyyəti artan enerji tələbatının ödənilməsi və onun əlçatanlığında olan boşluqların aradan qaldırılması üçün lazımi çeviklik və imkanlarla təmin edən geniş spektrli enerji həlləri tapmağa çağırıb.

Əl Caber dayanıqlı energetik gələcək naminə, şaxələndirmənin və texnoloji innovasiyaların, o cümlədən, akkumulyator batareyalarının və bərpa oluna bilən enerji mənbələrinin vacibliyini vurğulayıb.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

İEA: Enerji müəssisələrinə qarşı kiberhücumlar üç dəfə artıb

10-04-2025

"Bərpa olunan enerji mənbələrinə keçid 30-40 il vaxt aparacaq"

15-02-2023

“Azərbaycan “yaşıl” enerji ölkəsinə çevrilməsini qarşısına hədəf qoyub”

26-05-2023

Oyun kompüterləri çoxlu enerji sərf edir

07-09-2015

Nazir müavini nüvə enerjisindən istifadənin artırılmasına dair müzakirədə iştirak edib

14-11-2024

Azərbaycan və Tunis "yaşıl enerji" ilə bağlı əməkdaşlığı müzakirə edib

17-01-2023

Nazir müavini: Azərbaycan nüvə innovativ nüvə texnologiyalarına maraq göstərir

14-11-2024

Sədr: Məqsəd innovasiyaların yaşıl gələcəkdəki rolunu göstərməkdir

30-10-2024

Azərbaycanda yeni istifadəyə veriləcək külək və günəş enerjisi istehsalının həcmi açıqlanıb

01-06-2023

Afrika İttifaqı ilə enerji sektorunda əməkdaşlıq müzakirə olunub

25-07-2018

Telefonlar ocaqdan enerji toplayacaq

27-06-2011

Antonio Quterreş: Süni intellekt geosiyasi ziddiyyətləri dərinləşdirə bilər

12-02-2025

Şvarsneger TV-lərə enerji qənaət satandartı təyin etdi

24-11-2009

Yaşıl hesablamalar: davamlı gələcək üçün innovasiyalar adlı seminar keçirilib

18-12-2024

Yarım saniyəyə enerji toplayan akkumulyator icad edilib

10-05-2016

Azərbaycan İtaliya ilə bərpa olunan enerji sahəsində əməkdaşlığı müzakirə edib

03-02-2023

Almaniya Yeni il hədiyyəsi olaraq pulsuz enerji verir

31-12-2016

Avropa Komissiyası təmiz enerjiyə keçid səylərində Azərbaycanı dəstəkləməyə davam edəcək

02-02-2023

Hər evdə günəş paneli olacaq-Qərar

10-05-2018

Enerji cəhətdən ən effektiv Sharp Solar LCD TV

07-10-2008

“Yaşıl dəhliz” layihəsi təkcə iqtisadi deyil, həm də siyasi əhəmiyyətə malikdir”

05-04-2023

Bill Qeyts: Süni intellekt bu peşələri əvəz edə bilməyəcək

28-03-2025

“Yanan buz”-dünyanın yeni enerji qaynağı!!!

31-03-2009

Bioloji kompüterlə daha effektiv hesablama dövrünə keçid edilir

04-02-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə