Previous Next
Bağla

Ekspert SCADA sistemi haqqında danışdı

13-02-2019 11:25
Ekspert SCADA sistemi haqqında danışdı

“Azərenerji” ASC etibarlılıq və təhlükəsizliyi artırmaq üçün enerji sistemin Dispetçer İdarəetmə Mərkəzini yenidən qurur. Yenilənəcək SCADA sistemi daha çox enerji obyektini əhatə etməklə müasir idarəetməni nəzərdə tutur və tam avtomatlaşdırılacaq.

Mövcud məsələylə bağlı Azərbaycan İnternet Forumunun prezidenti, İKT sahəsi üzrə ekspert Osman Gündüz Xeberler.az -a açıqlama verib:

"Nəhayət ki, Azərenerji-nin yeni rəhbərliyi SCADA informasiya sistemi ilə bağlı real vəziyyəti açıqladı. Məlum oldu ki, enerji sektorunu avtomatik rejimdə, real vaxtda idarəetməyə imkan verməli olan bu sistem qarşıya qoyulan tələblərə cavab vermir.  Bir sözlə tam olaraq yenidən qurulmalıdır.
Hansı ki ötən rəhbərliyin dövründə bu sistemin qurulmasına 58 milyon $ ( 47 miln. Dünya Bankı, 8 miln. Azərbaycan Hökuməti və 3 miln. Almaniyanın KfW bankı) xərclənmişdi.
Yeri gəlmişkən, bu sistemin quraşdırılmasının birinci mərhələsində dünyada tanınmış şirkət olan SİEMENS iştirak edib. Amma nədənsə sonralar, 2007-ci ildən sonra bu şirkətin xidmətlərindən imtina edilib və müvafiq işləri görmək üçün Azərenerji Dünya Bankı ilə birgə Fransanın «Areva» şirkətini seçmişdi. 
Bütün bu işlərin qarşılığında, bu cür nəhəng vəsaitlə başa gələn sistem məlum enerji qəzası zamanı çökdü. Hansı ki bu tip sistemlər enerji obyektlərini, stansiyaları avtomatik rejimdə idarə etməliydi. Amma Areva-nın 58 milyon dollara qurduğu SCADA bunu bacarmadı.
İndi o da məlum olur ki, ümumiyyətlə texnoloji cəhətdən də sistemin yenilənməsi mümkünsüzdür.
Görəsən Azerenerji-nin köhnə və yeni rəhbərliyi , Dünya Bankı Areva-dan bunun səbəbini soruşublarmı?
Görəsən Azərbaycan hökuməti Azerenerji-nin köhnə rəhbərliyindən, Dünya Bankından , sektora nəzarət edən dövlət qurumlarından 58 miln. $ vəsaitin hesabatını tələb edəcəkmi?"

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Ekspert: Ölkəni zülmətə çevirən “3 iyul” enerji böhranından sonra AzərEnerji SCADA sistemini yenidən qurub

03-09-2024

Qəzadan öncə SCADA-nın hansı vəziyyətdə olması bilinmir - Osman Gündüz

05-07-2018

Ekspert : Yeni SCADA sisteminin bir il ərzində qurulacağı gözlənilir

19-03-2019

Azərenerji enerji sisteminin dispetçer mərkəzini yenidən qurur

12-02-2019

“Azərenerji”nin idarəetmə sistemi yenilənir

21-05-2020

Enerji sektorunda “3 iyul böhranı” təkrarlana bilərmi?

03-07-2019

Dövlət resurslarının informasiya təhlükəsizliyinə kim cavabdehdir?-EKSPERT

06-07-2018

Ekspert Azərbaycanın ən uğursuz İT layihələrindən danışdı

19-02-2019

Enerji sektorunda baş verən qəza, onun səbəbləri və nəticələri haqqında

04-07-2018

Generallar təhlükəszilik komissiyasının toplantısında nəyi müzakirə ediblər ?

08-05-2024

Rəqəmsal İqtisadiyyat Strategiyası çərçivəsində enerji sistemində yeni mexanizmlər tətbiq edilir

23-02-2026

Azərbaycanda neft-qaz yataqlarının virtual modeli hazırlanacaq

29-06-2016

2018-ci ildə texnologiyalar sahəsində yaddaqalan hadisələr və tədbirlər

18-01-2019

Azərenerjinin yenidən qurulan yarımstansiyaları istifadəyə verilib

29-12-2019

Ekspert Elektron Məhkəmə sistemindən danışdı

01-05-2019

Metronun 20 stansiyasını SCADA sistemi ilə təmin edəcək şirkət bəlli olub

02-03-2019

Okean axınlarından enerji əldə olunacaq

30-08-2017

Preziden SCADA İdarəetmə Mərkəzinin açılışında iştirak edib

23-06-2025

Azərenerji elektrik enerjisi istehsalını artırıb

23-11-2018

İşıq pulu ilə bağlı baş verən billing problemi təkrarlana bilərmi ?

09-03-2019

Enerji Effektivliyi İnformasiya Sistemi yaradılacaq

23-10-2025

Sumqayıtda da elektron elektrik sayğacları quraşdırılacaq

20-10-2009

Enerji sistemində yaranmış vəziyyətlə əlaqədar müşavirə keçirilib

05-07-2018

Enerji effektivliyi informasiya sisteminin operatoru məlum olub

15-01-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə