Cib telefonlarının artan əməliyyat gücü, qatlanan ekran və daha çox təəcübləndirən xüsusiyyətlərinin yanında əksik qalan batareya ömrünün qısalığıdır.
Batareya mövzusunda ciddi araşdırmalar mövcuddur, lakin hələ də istənilən nəticə əldə olunmayıb. Bu mövzuyla əlaqədar növbəti araşdırmanı İllinois Universiteti aparıb.
Universitetin əldə etditi nəticəyə əsasən 97 faizə kimi enerjiyə qənaət etmək mümkündür.
Xəbərlər-in xarici mətbuata istinadən məlumatına görə, "Serial Link" adı verilən hissəsi üzərində incə dəyişikliklər edərək prosessorun enerji istehlakını 97 faiz səviyyəsində azaltmağı bacaran universitet, xüsusilə bununla məlumat mərkəzlərinin enerji xərclərini aşağı salmağı hədəfləyir. Bu hesablamaya görə, belə qənaətlə yalnız Şimali Amerikada iştirak edən məlumat mərkəzlərinin enerji dəyəri ilə 870 milyon dollar qənaət ediləcək.
Sistemin 2020-ci ilin kimi bütün dünyada mövcud olması planlaşdırılır. Məsələ ilə bağlı detalları hələ açıqlanmayıb. Yalnız texnologiyanın enerjiyə 97 faizlik qənaət etdiyi bildirilir.
Sevinc Çəltikova
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri