LG80 televizorları – HDTV və keyfiyyətli səs

16-10-2008 / 19:08
Cənubi Koreya elektron şirkəti LG Electronics-in rəsmi saytında yeni  LG80 FullHD-televizor modelinin yarandığı haqda elan verilib. Fərqləndirici xüsusiyyəti ümumi gücü 50 V olan 3.1 formatlı audiosistemin qurulmasıdır. Onun işləməsi isə daha cəlbedicidir: televizoru yandırdıqda səsgücləndiricilər korpusdan irəli çəkilirlər.
LG mətbuat mərkəzindən bildirirlər ki, ekranın ölçüsü 1920x1080 nöqtədən ibarətdir. Dinamik kontrastın səviyyəsi 30 000:1-dir. Videosiqnal mənbələrinin qoşulması üçün  iki HDMI 1.3 portu, JPEG, MP3 və DivX formatlı fayllara baxmaq imkanı verən bir USB 2.0 portu da var.
Yeni LG televizorları bu ay satışa çıxarılmalıdır. Qiyməti hələ bəlli deyil.

ŞƏRHLƏR






sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.