“Mars 500” layihəsi ilə Amerika astronavtlarını kosmosa aparmağa hazırlaşan Rusiya onlara intensiv təlimlər keçir.
Xəbərlər-in verdiyi məlumata görə, Moskva yaxınlığındakı mərkəzlərin birində 3 rus, 2 avropalı və 1 çinli könüllüdən ibarət “Mars 500” qrupu bir ildən çoxdur ki, kosmosda qarşılaşacaqları çətin şəraitə dözə bilmək üçün ən ciddi məşqlərə cəlb olunublar. Buradakı könüllülər xüsusi yeməklər yeyir, kosmos dieti tətbiq edir, duş qəbul edə bilmir və dar bir məkanda yaşayırlar.
Üstəlik, dünya ilə də məhdud çərçivədə və 20 dəqiqəlik gecikmələrlə ünsiyyət saxlaya bilirlər. Bu şərtlərdə “Mars səyahətini” yaşayan könüllülər bir rus astronavta aid ən uzun müddət kosmosda qalmaq rekordunu da təzələmiş olurlar. Rus kosmonavt Valeri Polyakov 1995-ci ildə “Mir” Kosmos Stansiyasında 437 gün qalaraq rekord vutmuşdu. “Mars 500” qrupu artıq kosmik şərtlər altında yaşamaqla 437 günü arxada qoyub, ancaq əziyyət hələ bitməyib. Qrupun hədəfə aldığı 520 gün hələ noyabr ayında başa çatacaq.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri