“MAVEN” zondu Mars ətrafında 1000 dəfə dövrə vurub

10-04-2015 / 12:16

“Mars Atmosphere and VolatileEvolution” (MAVEN) zondu 6 aprel 2015-ci ilədək Mars ətrafında min dəfə dövr edib.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəsmi saytının verdiyi məlumata görə, aparat məlumatların toplanmasına 16 noyabr 2014-cü ildə başlayıb. Bu məqsədlə zond elliptik orbit üzrə hərəkət edir və manevr edə bilir. Aparat Marsa Yer səthindən 6,5 min kilometrdən 130 kilometrədək yaxınlaşıb.

18 noyabr 2013-cü ildə buraxılan aparat cihazların köməyi ilə planetin atmosferi və atmosferin itmə sürəti haqqında məlumatlar toplayacaq. Bu informasiyanın köməyi ilə alimlər əvvəllər Marsda iqlimin necə olmasını və planetdə göllərin tarixini müəyyənləşdirməyə çalışacaqlar.

Alimlərin fikrincə, Marsın bir zamanlar isti və nəm olmuş iqlimi Günəş küləyinin onun atmosferinə tərəf əsməsi səbəbindən soyuq və quru olub. Bu, əsasən planetdə maqnit sahəsinin zəif olması səbəbindən baş verib. Marsa tərəf əsən Günəş küləyinin enerjisi məhz peykdə quraşdırılan cihazlar vasitəsilə ölçüləcək.

“MAVEN” nə vaxtsa Marsda olan suyun və karbon qazının hara itməsi ilə bağlı suala cavab verməldir. Bu, planetin təkamülünün başa düşülməsi, onun iqlimi və həyatın mikroorqanizmlər səviyyəsində saxlanılması imkanları baxımdan əhəmiyyət kəsb edir”, - layihənin elmi rəhbəri, Kolorado Universitetinin atmosfer və kosmosun fiziki tədqiqatlar laboratoriyasının professoru Bryus Cakoski deyib. 

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə