Telegram süni intellekt əsaslı mesaj redaktoru təqdim edib

01-04-2026 / 13:28

Telegram iOS və Android platformaları üçün yeni yeniləmə yayımlayıb. Yenilənmiş versiyada istifadəçilər üçün bir sıra maraqlı və faydalı funksiyalar təqdim olunub.

Xeberler.az bildirir ki, ən diqqətçəkən yeniliklərdən biri süni intellekt əsaslı mesaj redaktorudur. Bu alət istifadəçilərə yazdıqları mətnləri avtomatik düzəltmək, üslubunu dəyişmək və müxtəlif dillərə tərcümə etmək imkanı yaradır. Funksiyanı aktivləşdirmək üçün ən azı üç sətir mətn daxil etmək tələb olunur.

Bundan əlavə, istifadəçilər artıq cihaz yaddaşından birbaşa musiqi fayllarını profilə əlavə edə bilirlər. Yeni axtarış funksiyası sayəsində saxlanılmış trekləri açar sözlər və ya simvollar vasitəsilə tapmaq da mümkün olacaq.

Yeniləmə çərçivəsində sorğular (pollar) da təkmilləşdirilib. İstifadəçilər artıq sorğulara mətn təsvirləri və şəkillər əlavə edə, qrup çatlarında isə iştirakçılar mövcud sorğulara öz cavab variantlarını təklif edə və konkret seçimlərə ayrıca səs verə bilirlər.

Dizayn baxımından da yeniliklər edilib – mention və reaksiyalar üçün indikatorlar yenilənib.

Digər yeniliklər sırasında Live Photo dəstəyi, başqalarının botlarının fərdiləşdirilmiş versiyalarını işə salmaq imkanı, kamera vasitəsilə sənədlərin skan edilməsi və bir neçə şəkli birləşdirərək PDF faylı yaratmaq funksiyaları yer alır.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə