Previous Next
Bağla

Mastercard İnnovasiya Mərkəzi ilə əməkdaşlığa başladı

20-06-2017 10:50
Mastercard İnnovasiya Mərkəzi ilə əməkdaşlığa başladı

Mastercard qlobal ödəniş texnologiyaları şirkəti Azərbaycanın aparıcı ictimai qurumlarından biri olan İnnovasiyalar Mərkəzi ilə maliyyə savadlılığı ilə bağlı layihələrdə əməkdaşlığın başlanğıcı və “Nağdsız Azərbaycan” baxışına öz töhfəsini verməyə hazır olduğunu bildirən niyyət məktubu imzalayıb.

Xeberler.az-ın məlumatına görə, məktub özündə maliyyə savadlılığına töhfə verən layihələrin birgə inkişaf etdirilməsi və müvafiq olaraq “Nağdsız Azərbaycan” naminə maliyyə inteqrasiyası hədəflərinə doğru səylərin gücləndirilməsi üçün qarşılıqlı anlaşmanı ifadə edir.

“Maliyyə məsələlərindən kənarda qalmaq və bu sahədə az bilikli olmaq nağd pul üzərində qurulmuş iqtisadiyyata səbəb olur ki, bu da vətəndaşların və hökumətin sosial problemlərə qarşı həssaslığını artırır, əlavə xərclərə və narahatlığa gətirib çıxarır. Bizim maliyyə inteqrasiyasına yanaşmamız xeyriyyəçilik və ya korporativ sosial məsuliyyətdən ibarət deyil. Biz bu məsələnin həllini ictimai və özəl tərəfdaşlıqlar vasitəsilə rəqəmsal ödəniş texnologiyalarının tətbiqində və bununla da maliyyə savadlılığının yüksəldilməsinə öz töhfəmizi verməkdə görürük. Azərbaycanın aparıcı ictimai qurumlarından biri olan İnnovasiyalar Mərkəzi ilə tərəfdaşlığa başlamaqdan çox məmnunuq”, - deyə Mastercard şirkətinin Azərbaycan üzrə ölkə meneceri Alper Meriç bildirib.

Qeyd edək ki, istehlakçı bazarında üzərinə götürdüyü öhdəliklə yanaşı Mastercard nağdsız ödənişlərdə qabaqcıl ödəniş texnologiyalarını tətbiq etmək məqsədilə Azərbaycanda ictimai və dövlət qurumları ilə münasibətlərdə də yeni bir səhifəyə qədəm qoyur.

ASAN İnnovasiyalar Mərkəzi ictimai sektorda elektron ödənişlərin inkişafı üçün çalışan ən qabaqcıl qurumlardan biridir. Beynəlxalq tərəfdaşlarla əlaqələri gücləndirmək həmişə prioritetlərimizdən biri olub və düşünürəm ki, Mastercard-la tərəfdaşlığımızın ilk mərhələsinin başlanğıcı “Nağdsız Azərbaycan” baxışımızın inkişaf etdirilməsi istiqamətində əhəmiyyətli bir addım olacaq”, - deyə “İnnovasiyalar Mərkəzi”nin direktoru Kamran Aqasi qeyd edib.

Məktub Mastercard şirkətinin Azərbaycan üzrə ölkə meneceri Alper Meriç və İnnovasiyalar Mərkəzi-nin direktoru Kamran Aqasi tərəfindən imzalanıb.

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Mastercard Azərbaycan üzrə yeni menecer təyin edib

Mastercard Azərbaycan üzrə yeni menecer təyin edib

25-05-2018
MasterCard: “Azərbaycan startap layihələrini dəstəkləməyə hazırıq”

MasterCard: “Azərbaycan startap layihələrini dəstəkləməyə hazırıq”

04-11-2016
Mastercard jurnalistlər üçün seminar keçirib

Mastercard jurnalistlər üçün seminar keçirib

05-11-2019
İnternet üzərindən aparılan nağdsız ödənişlər vətəndaşlara 2 ağlasığmaz mükafat qazanmağa imkan verir

İnternet üzərindən aparılan nağdsız ödənişlər vətəndaşlara 2 ağlasığmaz mükafat qazanmağa imkan verir

25-09-2013
Mastercard-la nağdsız Azərbaycana doğru

Mastercard-la nağdsız Azərbaycana doğru

12-12-2019
Mastercard Azərbaycanda yeni xidmət tətbiq edəcək

Mastercard Azərbaycanda yeni xidmət tətbiq edəcək

30-11-2018
Şamaxı “Nağdsız Azərbaycan” innovasiyalarında liderlik edir

Şamaxı “Nağdsız Azərbaycan” innovasiyalarında liderlik edir

17-02-2021
 “Nağdsız ödənişlər barədə orqanlar qarşısında vəzifələr qoyulub”

“Nağdsız ödənişlər barədə orqanlar qarşısında vəzifələr qoyulub”

23-01-2018
Mərkəzi Bank və Mastercard Rəqəmsal Ölkə Tərəfdaşlığına başladığını elan edib

Mərkəzi Bank və Mastercard Rəqəmsal Ölkə Tərəfdaşlığına başladığını elan edib

28-04-2021
Mastercard və Cahan supermarketi Naxçıvanda birgə kampaniyaya başlayıb

Mastercard və Cahan supermarketi Naxçıvanda birgə kampaniyaya başlayıb

30-05-2018
Bravoda Mastercardla ödə, yeni Lexusla get

Bravoda Mastercardla ödə, yeni Lexusla get

04-08-2020
Ağalı kəndində nağdsız ödəniş imkanları genişləndirilib

Ağalı kəndində nağdsız ödəniş imkanları genişləndirilib

12-09-2022
Azərbaycan Mərkəzi Bankı və Mastercard şirkəti tərəfindən Naxçıvanda layihə həyata keçirilir

Azərbaycan Mərkəzi Bankı və Mastercard şirkəti tərəfindən Naxçıvanda layihə həyata keçirilir

08-06-2018
Mastercard Naxçıvanda növbəti kampaniyaya başlayıb

Mastercard Naxçıvanda növbəti kampaniyaya başlayıb

08-11-2018
Mastercard-dan Azərbaycanda yeni platforma

Mastercard-dan Azərbaycanda yeni platforma

15-11-2017
Mastercard Azərbaycan hotelləri ilə yeni kampaniyaya başlayıb

Mastercard Azərbaycan hotelləri ilə yeni kampaniyaya başlayıb

19-01-2017
"Visa" rəsmisi: "Azərbaycanın dəmir yollarında nağdsız ödəniş hər gün artır"

"Visa" rəsmisi: "Azərbaycanın dəmir yollarında nağdsız ödəniş hər gün artır"

13-06-2023
Mastercard-dan endirim kampaniyası

Mastercard-dan endirim kampaniyası

28-11-2017
İRİA “Mastercard”la Anlaşma Memorandumu imzalayıb

İRİA “Mastercard”la Anlaşma Memorandumu imzalayıb

08-05-2026
Rəqəmsal ödənişlər müzakirə olunub

Rəqəmsal ödənişlər müzakirə olunub

01-11-2017
Azərpoçt mükafatlandırılıb

Azərpoçt mükafatlandırılıb

12-12-2019
Uber ilə səyahət edən Mastercard və Unibank  istifadəçiləri üçün yenilik

Uber ilə səyahət edən Mastercard və Unibank istifadəçiləri üçün yenilik

04-10-2016
Mastercard və EPUL Azərbaycanda birgə kampaniyaya start veriblər

Mastercard və EPUL Azərbaycanda birgə kampaniyaya start veriblər

05-12-2018
İran MasterCard beynəlxalq ödəniş sisteminə qoşulub

İran MasterCard beynəlxalq ödəniş sisteminə qoşulub

15-08-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə