Previous Next
Bağla

Mərkəzi Bank və Mastercard Rəqəmsal Ölkə Tərəfdaşlığına başladığını elan edib

28-04-2021 15:11
Mərkəzi Bank və Mastercard Rəqəmsal Ölkə Tərəfdaşlığına başladığını elan edib

Azərbaycan Respubikası Mərkəzi Bankı və Mastercard bu gün rəqəmsal ekosistemlərin effektiv inkişafı vasitəsilə inkluziv böyüməni sürətləndirmək və daha yaxşı ödəniş xidmətləri təmin etmək məqsədi daşıyan 5 illik Rəqəmsal Ölkə Tərəfdaşlığına (RÖT) başladığını elan edib.

Azərbaycan Respublikası Mərkəzi Bankı və Mastercard Azərbaycan hökumətinin rəqəmsallaşdırma və iqtisadiyyatın inkişafına dair strateji dövlət siyasətinə uyğun olaraq rəqəmsal ödənişlərin müxtəlif strateji inkişaf sahələrini əhatə edən 5 illik Rəqəmsal Ölkə Tərəfdaşlığının (RÖT) başlanmasına dair Anlaşma Memorandumunu imzalayıb. Bu, Mərkəzi Bank və Mastercard arasında “2018-2020-ci illərdə Azərbaycan Respublikasında Rəqəmsal Ödənişlərin Genişləndirilməsi Dövlət Proqramı” çərçivəsində çoxfunksiyalı "Ağıllı Təhsil Kartının" işə salınması və pilot şəhərlərdə ictimai nəqliyyatda təmassız gediş haqqı ödənişlərinə başlanması kimi nağdsız ödənişlərin istifadəsini təşviq edilməsinə və effektiv əməkdaşlığın davam etdirilməsinə yönəlmiş strateji proqramlar silsiləsindən növbəti addımdır.

İlkin mərhələlər nağd ödənişin POS ödənişə çevrilməsinə yönəlsə də, indi bu, bütöv ekosistemdə rəqəmsal təkamülə başlamağı hədəfləyən bir addımdır. Anlaşma Memorandumunu Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov və Mastercard-ın Avropa regionu üzrə prezidenti Mark Barnett imzalayıblar. Bu Mastercard-ın tərəfdaşlığa sadiqliyinin ən yüksək göstəricisidir. Dünyada Mastercard-ın belə müqavilə imzaladığı ölkələr azdır.

Azərbaycan Mərkəzi Bankının İcraçı direktoru tərəfdaşlığın başlaması münasibətilə deyib: Əminəm ki, yeni strateji tərəfdaşlıq formatı ölkədəki innovativ ödəniş həllərinin genişlənməsini və rəqəmsal infrastruktur imkanlarını artıraraq müasir texnologiyaların təqdimatını sürətləndirəcək. Məqsədimiz ölkədə rəqabətli, innovativ və əlverişli ödəniş ekosistemi yaratmaqdır.

Mastercard-ın Azərbaycan üzrə Ölkə Meneceri Erdem Çakar deyib: “RÖT-ü Azərbaycanda işə salmaqdan dolayı qürurlu və həyəcanlıyıq və bu, Avropadakı 3-cü belə razılaşmadır. Mastercard qlobal şəbəkəmizi, rəqəmsal texnologiyalarımızı, məlumatlılığımızı və təcrübəmizi istifadə edərək, effektiv ödəniş xidmətlərinin təmin edilməsi, inkluziv böyümənin sürətləndirilməsi və effektiv ödəniş ekosistemlərinin qurulması üçün Mərkəzi Bankla əməkdaşlıq etməyə sadiqdir. Bunu dövlət və özəl sektor tərəfdaşlığını asanlaşdırmaq və bir araya gətirməklə yanaşı, insanlara və müəssisələrə inkluziv bir yanaşma tətbiq etmək yolu ilə rəqəmsallaşdırmanı sürətləndirərək edirik. Bizi “yaxşılıq edərək bacarmaq” vizyonumuz irəli aparır və sosial və iqtisadi təsirlər üçün maliyyə cəhətdən davamlı modellər inkişaf etdirmək məqsədilə davamlı olaraq imkanlar axtarırıq.”

Rəqəmsal ödənişlərin sürətləndirilməsi və rəqəmsal ekosistemin ikitərəfli rəqəmsallaşdırılması üçün planları əks etdirən "Nağdsız Azərbaycan" layihəsinin davamı olan Rəqəmsal Ölkə Tərəfdaşlığının məqsədi texnoloji yeniliklərin tətbiqi ilə rəqəmsal inkluzivliyi genişləndirmək, kiçik və orta biznes üçün innovativ ödəniş alətlərinin təqdimatını dəstəkləmək, rəqəmsal ödənişlərə inamı artırmaq üçün müxtəlif hədəf qrupları üçün seminar və təlimlər təşkil etmək və ən son texnoloji trendlər haqqında təcrübə mübadiləsi aparmaqla kiber təhlükəsizlik və süni intellekt kimi sahələrdə əməkdaşlığı davam etdirməkdir. Bu tərəfdaşlıq Azərbaycana rəqəmsal iqtisadiyyat sahəsində regionun lideri olmağa kömək edəcək.

Azərbaycan Mərkəzi Bankı geniş bir rəqəmsal ödəniş ekosisteminin formalaşmasında öz dominant rolunu uğurla davam etdirir və ölkədə innovativ həllərin təqdimatını sürətləndirir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərbaycan "Mastercard"la rəqəmsal ödənişlərin genişləndirilməsini müzakirə edib

13-10-2023

Azərbaycan Mərkəzi Bankı və Mastercard şirkəti tərəfindən Naxçıvanda layihə həyata keçirilir

08-06-2018

Mastercard-la nağdsız Azərbaycana doğru

12-12-2019

Mastercard jurnalistlər üçün seminar keçirib

05-11-2019

“Visa” Azərbaycanı rəqəmsal emissiyaya hazırlayacaq

18-11-2020

Mastercard Azərbaycanda yeni xidmət tətbiq edəcək

30-11-2018

Bu gün Google Pay Azərbaycanda rəsmi olaraq istifadəyə verilib

23-08-2022

Azərbaycan e-xidmətlərlə bağlı MasterCard-la dövlət proqramı hazırlayıb

27-12-2017

Rəqəmsal ödənişlərlə bağlı 2 illik proqram təsdiqləndi

27-09-2018

Mastercard və EPUL Azərbaycanda birgə kampaniyaya start veriblər

05-12-2018

Mastercard Azərbaycan üzrə yeni menecer təyin edib

25-05-2018

Mastercard İnnovasiya Mərkəzi ilə əməkdaşlığa başladı

20-06-2017

Ağalı kəndində nağdsız ödəniş imkanları genişləndirilib

12-09-2022

Şamaxı “Nağdsız Azərbaycan” innovasiyalarında liderlik edir

17-02-2021

Rəqəmsal ödənişlər müzakirə olunub

01-11-2017

Maliyyə və rəqəmsal texnologiyalar həftəsi keçiriləcək

10-05-2019

Mastercard və Cahan supermarketi Naxçıvanda birgə kampaniyaya başlayıb

30-05-2018

Mastercard-ın yeni kampaniyası müştəri vərdişlərini dəyişməyə davam edir

16-04-2020

İran MasterCard beynəlxalq ödəniş sisteminə qoşulub

15-08-2016

İRİA “Mastercard”la Anlaşma Memorandumu imzalayıb

08-05-2026

“Nağdsız ödənişlər barədə orqanlar qarşısında vəzifələr qoyulub”

23-01-2018

Mastercard-la bir toxunuşla ödəniş edin

15-11-2019

“Azərbaycanda nağd ödənişlərə hər hansısa məhdudiyyətlər qoyulmayacaq"

20-02-2023

Mərkəzi Bank rəqəmsal ödənişlərin stimullaşdırılması məqsədilə keçirilən Kartla ödə, kartla qazan lotereyasına start verir

30-01-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə