Previous Next
Bağla

Məktəblərdə Kiberməkanda təhlükəsiz davranış mədəniyyəti müzakirə olunub

23-10-2019 18:14
Məktəblərdə Kiberməkanda təhlükəsiz davranış mədəniyyəti müzakirə olunub

Xeberler.az bildirir ki, kompüter texnologiyalarının sürətli inkişafı və internet şəbəkəsinin əhatə dairəsinin genişlənməsi ünsiyyət, inkişaf, insan həyatının asanlaşdırılması və yaşam keyfiyyətinin yüksəldilməsi istiqamətində böyük imkanlar açır. Lakin internet yalnız imkanlar toplusu deyil, həm də təhlükə mənbəyidir. Bu gün yüz milyonlarla insan internet istifadəçisidir ki, onların da böyük qismi ümumdünya “hörümçək torunun” təhlükələrindən xəbərdar olmayan uşaqlardır. Belə olan halda “kiberməkanda təhlükəsiz davranış mədəniyyəti” mövzusunun əhəmiyyəti artmağa başlayır. Kiber təhlükələrin qarşısının alınmasında əsas vasitələrdən biri gənc nəslin bu təhlükələrlə bağlı vaxtında məlumatlandırılması, insanlar və əşyaların İnternet vasitəsilə bağlandığı yeni rəqəmsal dövrə hazırlanmasıdır.

Mövzunun aktuallığını nəzərə alaraq, 23 oktyabr tarixində Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Təhsil Nazirliyi, şəbəkə texnologiyaları sahəsində dünya lideri olan “Cisco” şirkəti və ölkənin lider mobil operatoru “Azercell Telekom” MMC-nin birgə təşkilatçılığı ilə məktəblərdə internetdə təhlükəsiz davranışla bağlı sosial maarifləndirici layihə keçirilib. Layihə əsnasında, “Giving Back” sosial proqramı çərçivəsində böyük bir nümayəndə heyəti ilə Azərbaycana səfər edən “Cisco” əməkdaşları Bakının on orta məktəbində eyni anda 3-5-ci sinif şagirdləri üçün məlumatlandırıcı sessiyalar keçirib. Proqramın məqsədi gənc iştirakçılara və beynəlxalq şəbəkə istifadəçilərinə İnternet məkanında mövcud olan risklərlə yanaşı, mümkün təhlükələrdən qorunma yolları və arzuolunmaz nəticələrin qarşısının alınması barədə məlumat verməkdir.

Qeyd edək ki, kibertəhlükəsizlik mövzusuna öz korporativ sosial məsuliyyət proqramlarında xüsusi diqqət ayıran layihənin rəqəmsal tərəfdaşı Azercell bu təşəbbüsü dəstəkləyərək, orta məktəblərə aylıq 10 GB internet paketli MiFi modemləri, şagirdlərə isə müxtəlif hədiyyələr təqdim edib.

Xatırladaq ki, Azercell şirkəti, 2016-ci ildə İnternetdə uşaqların təhlükəsizliyini təmin etmək üçün Universal Mühafizə, Android üçün Müdafiə və Valideyn Nəzarəti xidmətlərini özündə cəmləyən Azercell Plus Təhlükəsizlik proqramını istifadəyə verib. Həmçinin Azercell 2018-ci ildən etibarən Bakıda və bölgələrdə uşaqlar, valideynlər və müəllimlər üçün “İnternet təhlükəsizliyi və rəqəmsal vətəndaşlıq” mövzusunda təlimlər keçirir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Qəbələ məktəbliləri də internet təhlükəsizliyi haqqında təlim aldı

19-10-2018

Sumqayıtda kibertəhlükəsizlik təlimləri təşkil olunub

13-05-2019

Azercell “Təhlükəsiz internet” mövzusunda təlimlərini davam etdirir

18-01-2025

Azercell Təhlükəsiz internet təlimin keçirilməsinə dəstək oldu

21-01-2020

İnternetdəki təhlükələrdən xəbərdarsınızmı?

25-09-2018

Azercell-in dəstəyi ilə Quba məktəbliləri üçün təlim keçirilib

22-05-2019

Azercell kibertəhlükəsizlik tədbirlərinə davam edir

26-12-2017

Azercell Kibertəhlükəsizlik Həftəsinə qoşulub

12-03-2019

İnternetdən təhlükəsiz istifadənin təlimi keçirilib

20-11-2018

Azercell VI Regional İnternet İdarəçilik Forumunda iştirak edib

14-03-2019

Azercell “Təhlükəsiz internet”in təbliğinə start verir

12-12-2023

Azercell mülki müdafiə sahəsində təşəbbüslərini genişləndirir

07-03-2025

Azercell beynəlxalq qurum tərəfindən mükafatlandırıldı

11-07-2018

Azərbaycan məktəblərində Təhlükəsiz İnternet günü ilə əlaqədar açıq dərslər keçirilib

13-02-2020

Azercell növbəti beynəlxalq mükafatı qazandı

21-08-2018

Ən təhlükəsiz rəqəmsal mühiti Azercell Kids ilə yaradın

04-11-2019

Azercell “CIDC 2025: 2-ci Kibertəhlükəsizlik Konfransı”nın sponsorudur

06-10-2025

“Təhlükəsiz internet” layihəsi Quba və Lənkəran məktəblərində

09-02-2024

Azercell-in kibermaarifləndirmə təşəbbüsü davam edir

09-07-2025

“İnternetdən təhlükəsiz istifadə bacarıqları” layihəsinə başlanılır

16-10-2025

“İnternetdən təhlükəsiz istifadə bacarıqları” üzrə növbəti təlimlər təşkil olunub

27-01-2026

“Aztelekom” müəllimlər üçün rəqəmsal savadlılıq təşəbbüsünü genişləndirir

16-03-2026

“İnternetdən təhlükəsiz istifadə bacarıqları” layihəsinə başlanılıb

30-10-2025

ETX məktəblilərin maarifləndirilməsini davam etdirir

31-03-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə