Previous Next
Bağla

İnternetdən təhlükəsiz istifadənin təlimi keçirilib

20-11-2018 10:55
İnternetdən təhlükəsiz istifadənin təlimi keçirilib

Uşaqların və yeniyetmələrin internetdə təhlükəsizliyinin təmin edilməsi, onların internetin zərərli təsirlərindən qorunması hazırda həm yerli, həm də beynəlxalq qurumların diqqət mərkəzindədir. Birləşmiş Millətlər Təşkilatının ekspertləri uşaqlara internetdə təhlükəsiz davranış qaydalarını öyrətməyi və virtual məkanda onlara qarşı zorakılığa görə cinayət cəzası nəzərdə tutan qanunların qəbulunu da təklif edirlər. Ölkəmizdə isə “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyadan qorunması müvafiq qanunla tənzimlənir.

Xeberler.az  bildirir ki, “Uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyadan qorunması haqqında” qanun layihəsi Milli Məclis tərəfindən qəbul edilib və 2020-ci ildə qüvvəyə minəcək. Fəaliyyəti boyu uşaqların müdafiəsinə yönəlmiş çoxsaylı layihələr ilə çıxış edən “Azercell Telekom“ MMC-də kibertəhlükəsizlik və internetdən təhlükəsiz istifadənin son illər cəmiyyət üçün ən aktual məsələlərdən birinə çevrildiyini nəzərə alaraq ötən ildən Bakı və regionlarımızın bir çox məktəblərində yüzlərlə şagird, müəllim və valideynlər üçün "İnternet təhlükəsizliyi və rəqəmsal vətəndaşlıq" mövzusunda təlimlərə başlayıb. Növbəti 3 günlük təlim Şirvan şəhəri 18 saylı orta məktəbdə baş tutub. 6-9-cu sinif şagirdlərini, eləcə də onların müəllim və valideylərini əhatə edən təlimlərdə şagirdlərə internetdə olan təhlükələr haqqında nəzəri və praktiki məlumatlar, məktəbdənkənar təhdidlərin tanınması və onlarla mübarizə yolları haqqında məsləhətlər verilib. 355 nəfərin iştirakı ilə baş tutan təlimlərdə məktəblilər, onların valideynləri və müəllimlərinə şəbəkədən səmərəli istifadə ilə bağlı tövsiyyələr, uşaqlar üçün yaradılmış resursların siyahıları, uşaqlara və böyüklərə internetdən təhlükəsiz istifadənin əsaslarını öyrədən materiallar təqdim olunub.

Ümumillikdə təlimlər sürətli internetin və internetdən istifadə arealının genişlənməsi nəticəsində şagirdlərin üzləşə biləcəkləri çətinlikləri müəyyənləşdirmək, həmin təhlükələri aradan qaldırmaq üçün şagirdlər, valideynlər və uşaqlarla kompleks işin təşkilini əhatə edir.

Qeyd edək ki, Azercell şirkəti 2 il bundan öncə uşaqlar üçün internet şəbəkəsində təhlükəsizliyə yönələn “Universal Müdafiə”, “Android üçün müdafiə” və “Valideyn nəzarəti” xidmətlərinin də yer aldığı “Azercell Plus Təhlükəsizlik” proqramını istifadəyə verib. Bu proqram uşağın sosial şəbəkələrdə postlarını və dostlar siyahısındakı dəyişiklikləri izləməyə, onun qoşulduğu qruplardan xəbərdar olmağa, yerini müəyyənləşdirmək və onun üçün təhlükəsiz ərazi yaratmaq imkanı verir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Qəbələ məktəbliləri də internet təhlükəsizliyi haqqında təlim aldı

Qəbələ məktəbliləri də internet təhlükəsizliyi haqqında təlim aldı

19-10-2018
Sumqayıtda kibertəhlükəsizlik təlimləri təşkil olunub

Sumqayıtda kibertəhlükəsizlik təlimləri təşkil olunub

13-05-2019
Azercell-in dəstəyi ilə Quba məktəbliləri üçün təlim keçirilib

Azercell-in dəstəyi ilə Quba məktəbliləri üçün təlim keçirilib

22-05-2019
Azercell Kibertəhlükəsizlik Həftəsinə qoşulub

Azercell Kibertəhlükəsizlik Həftəsinə qoşulub

12-03-2019
Azercell kibertəhlükəsizlik tədbirlərinə davam edir

Azercell kibertəhlükəsizlik tədbirlərinə davam edir

26-12-2017
İnternetdəki təhlükələrdən xəbərdarsınızmı?

İnternetdəki təhlükələrdən xəbərdarsınızmı?

25-09-2018
 Provayderlər və mobil operatorların üzərinə yeni öhdəliklər qoyulacaq

Provayderlər və mobil operatorların üzərinə yeni öhdəliklər qoyulacaq

12-04-2016
Azercell Təhlükəsiz internet təlimin keçirilməsinə dəstək oldu

Azercell Təhlükəsiz internet təlimin keçirilməsinə dəstək oldu

21-01-2020
Dövlət provayderi uşaqların qorunması xidmətini pullu edib

Dövlət provayderi uşaqların qorunması xidmətini pullu edib

01-06-2018
Bakcell uşaqlara İnternetdən təhlükəsiz istifadəni öyrədir

Bakcell uşaqlara İnternetdən təhlükəsiz istifadəni öyrədir

11-06-2019
Uşaqların internet təhlükəsizliyini necə təmin etməliyik?

Uşaqların internet təhlükəsizliyini necə təmin etməliyik?

01-06-2016
Azercell “Təhlükəsiz internet”in təbliğinə start verir

Azercell “Təhlükəsiz internet”in təbliğinə start verir

12-12-2023
Azercell “Təhlükəsiz internet” mövzusunda təlimlərini davam etdirir

Azercell “Təhlükəsiz internet” mövzusunda təlimlərini davam etdirir

18-01-2025
Uşaqların internetdə təhlükəsizliyi necə qorunur?

Uşaqların internetdə təhlükəsizliyi necə qorunur?

26-10-2015
Uşaqlar üçün İnternetdə hansı təhlükələr var? –Müzakirə

Uşaqlar üçün İnternetdə hansı təhlükələr var? –Müzakirə

25-04-2018
Uşaqların internetdə təhlükəsizliyi ilə bağlı ekspress-informasiya nəşr edilib

Uşaqların internetdə təhlükəsizliyi ilə bağlı ekspress-informasiya nəşr edilib

09-02-2016
Məktəblilər Bakcell-in Təhlükəsiz İnterneti ilə tanış olublar

Məktəblilər Bakcell-in Təhlükəsiz İnterneti ilə tanış olublar

22-06-2018
Bakcell məktəbliləri İnternetdən təhlükəsiz istifadə ilə tanış edir

Bakcell məktəbliləri İnternetdən təhlükəsiz istifadə ilə tanış edir

07-01-2019
Məktəblərdə Kiberməkanda təhlükəsiz davranış mədəniyyəti müzakirə olunub

Məktəblərdə Kiberməkanda təhlükəsiz davranış mədəniyyəti müzakirə olunub

23-10-2019
Bakcell və ENGİNET Təhlükəsiz İnternet günü ilə bağlı təlimlər keçirib

Bakcell və ENGİNET Təhlükəsiz İnternet günü ilə bağlı təlimlər keçirib

14-02-2019
Azercell VI Regional İnternet İdarəçilik Forumunda iştirak edib

Azercell VI Regional İnternet İdarəçilik Forumunda iştirak edib

14-03-2019
“Uşaqlara kiberqayğı 2” qrant layihəsi yekunlaşıb

“Uşaqlara kiberqayğı 2” qrant layihəsi yekunlaşıb

03-06-2026
Elektron Təhlükəsizlik Xidməti Beynəlxalq Təhlükəsiz İnternet Günü ilə bağlı  təlim keçirib

Elektron Təhlükəsizlik Xidməti Beynəlxalq Təhlükəsiz İnternet Günü ilə bağlı təlim keçirib

08-02-2022
Sosial şəbəkələrdə uşaqların hüquqlarının qorunmasına dair qanun ilk oxunuşda qəbul olunub

Sosial şəbəkələrdə uşaqların hüquqlarının qorunmasına dair qanun ilk oxunuşda qəbul olunub

12-06-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə