Previous Next
Bağla

Məktəblilər Bakcell-in Təhlükəsiz İnterneti ilə tanış olublar

22-06-2018 16:27
Məktəblilər Bakcell-in Təhlükəsiz İnterneti ilə tanış olublar

Bakcell təxminən iki il bundan əvvəl istifadəyə verilmiş və artıq 4G şəbəkəsində də fəaliyyət göstərən Təhlükəsiz İnternet Paketləri uşaqlar üçün internetdən istifadənin təhlükəsiz olmasını təmin edir.

Xeberler.az bildirir ki, bu internet paketləri və Azərbaycanın ilk FTTH provayderi olan ENGİNET şirkətinin İnternet Filtrasiya Xidməti sayəsində Bakcell abunəçiləri öz uşaqlarının internetdən təhlükəsiz istifadəsini təmin edə və onları zərərli və istənilməyən məzmundan qorumaq imkanına malikdirlər. Uşaqları internetin mənfi təsirlərindən qorunmasına yönəlmiş tədbirlər çərçivəsində, ENGİNET şirkəti Azərbaycan Respublikasının Təhsil Nazirliyinin köməyi ilə ölkə məktəblərində Təhlükəsiz İnternet Layihəsini icra edir.

Belə ki, cari ilin iyun ayında Sumqayıt şəhərində yerləşən 12 saylı məktəbdə Təhlükəsiz İnternet mövzusunda açıq dərslər keçirilib. Üçüncü və dördüncü sinif şagirdləri üçün təşkil edilmiş dərslərdə uşaqlara internetdən düzgün və təhlükəsiz istifadə qaydaları, internetdə mövcud olan təhlükələr, internetin mənfi təsiri və təhlükəli məzmundan qorunmaq üçün nəzərdə tutulmuş alətlər, xüsusilə də Bakcell və ENGİNET şirkətlərinin birgə hazırladıqları Təhlükəsiz İnternet Paketləri barədə geniş məlumat verilib.

Xatırladaq ki, ENGİNET şirkəti tərəfindən istifadə edilən filtrasiya sistemi tərkibində uşaqlar üçün zərərli informasiya daşıyan 90 tematik qrup üzrə 18 milyon veb-səhifəyə çıxışı məhdudlaşdırır. Təhlükəsiz İnternet Paketləri-ni istifadə edən Bakcell müştəriləri daxil olduqları veb-səhifələri filtrasiya edərək, öz uşaqlarını böyüklər üçün nəzərdə tutulmuş məzmun, qeyri- qanuni və yaxud zorakılıq əlamətləri olan məlumatlar, narkotik və dərman vasitələri və digər zərərli məzmunlardan qoruya bilirlər.

Qeyd edək ki, uşaqlarınızı arzuolunmaz məzmundan müdafiə etmək üçün *134#10#YES yığaraq Bakcell şirkətinin təklif etdiyi Təhlükəsiz İnternet Paketlərini əldə etmək kifayətdir. 10 GB təhlükəsiz internet paketinin qiyməti 10 AZN təşkil edir. Bu paket mobil telefon və ya noutbuk kimi istənilən cihazlarda istifadə oluna bilər. Aktivləşdirmədən sonra arzuolunmaz məzmun sistem vasitəsilə mobil internet paketinidən avtomatik olaraq filtrasiya ediləcək.

Sosial məsuliyyətli bir şirkət olaraq, Bakcell şirkəti uşaqların inkişafını, təhsilini və cəmiyyətə inteqrasiya olunmasını xüsusi diqqət mərkəzində saxlayır. Şirkətin həyata keçirdiyi Bakcell Stars adlanan Korporativ Sosial Məsuliyyət proqramı çərçivəsində hər il yüzlərlə uşağın təhsilinə və sosial rifahının yaxşılaşdırılmasına töhfə verilir. Virtual dünyanı uşaqlarımız üçün daha təhlükəsiz etmək da bu fəaliyyətin bir hissəsidir. “Təhlükəsiz İnternet” paketləri haqqında daha ətraflı məlumat almaq üçün bu linkə daxil ola bilərsiniz.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Bakcell və ENGINET uşaqları internetdəki arzuolunmaz məzmundan qoruyur

Bakcell və ENGINET uşaqları internetdəki arzuolunmaz məzmundan qoruyur

05-06-2018
Bakcell uşaqlara İnternetdən təhlükəsiz istifadəni öyrədir

Bakcell uşaqlara İnternetdən təhlükəsiz istifadəni öyrədir

11-06-2019
Bakcell məktəbliləri İnternetdən təhlükəsiz istifadə ilə tanış edir

Bakcell məktəbliləri İnternetdən təhlükəsiz istifadə ilə tanış edir

07-01-2019
Bakcell və ENGİNET Təhlükəsiz İnternet günü ilə bağlı təlimlər keçirib

Bakcell və ENGİNET Təhlükəsiz İnternet günü ilə bağlı təlimlər keçirib

14-02-2019
Bakcell müsabiqədə qalib gələn məktəbliləri mükafatlandırdı

Bakcell müsabiqədə qalib gələn məktəbliləri mükafatlandırdı

12-12-2018
Uşaqların internetdən istifadəsi  ilə bağlı yeni xidmət-Foto

Uşaqların internetdən istifadəsi ilə bağlı yeni xidmət-Foto

19-05-2016
"Bakcell" yeni internet paketini təqdim edib

"Bakcell" yeni internet paketini təqdim edib

02-10-2020
Ümumtəhsil məktəblərində təhlükəsiz internet mövzusunda açıq dərslər keçirilib

Ümumtəhsil məktəblərində təhlükəsiz internet mövzusunda açıq dərslər keçirilib

30-03-2022
İnternet istifadəçilərinə şad xəbər

İnternet istifadəçilərinə şad xəbər

01-06-2017
Bu gün Beynəlxalq Təhlükəsiz İnternet Günüdür

Bu gün Beynəlxalq Təhlükəsiz İnternet Günüdür

06-02-2018
Beynəlxalq Təhlükəsiz İnternet Günüdür

Beynəlxalq Təhlükəsiz İnternet Günüdür

07-02-2017
Azercell “Təhlükəsiz internet”in təbliğinə start verir

Azercell “Təhlükəsiz internet”in təbliğinə start verir

12-12-2023
İnternetdən təhlükəsiz istifadənin təlimi keçirilib

İnternetdən təhlükəsiz istifadənin təlimi keçirilib

20-11-2018
9 rayonda təhlükəsiz internet xidməti istifadəyə verilib

9 rayonda təhlükəsiz internet xidməti istifadəyə verilib

20-02-2017
Informatika müəllimləri üçün təlim keçirilib

Informatika müəllimləri üçün təlim keçirilib

18-01-2020
Azercell Təhlükəsiz internet təlimin keçirilməsinə dəstək oldu

Azercell Təhlükəsiz internet təlimin keçirilməsinə dəstək oldu

21-01-2020
Qəbələ məktəbliləri də internet təhlükəsizliyi haqqında təlim aldı

Qəbələ məktəbliləri də internet təhlükəsizliyi haqqında təlim aldı

19-10-2018
Azərbaycan məktəblərində Təhlükəsiz İnternet günü ilə əlaqədar açıq dərslər keçirilib

Azərbaycan məktəblərində Təhlükəsiz İnternet günü ilə əlaqədar açıq dərslər keçirilib

13-02-2020
Elektron Təhlükəsizlik Xidməti Beynəlxalq Təhlükəsiz İnternet Günü ilə bağlı  təlim keçirib

Elektron Təhlükəsizlik Xidməti Beynəlxalq Təhlükəsiz İnternet Günü ilə bağlı təlim keçirib

08-02-2022
Sumqayıtda kibertəhlükəsizlik təlimləri təşkil olunub

Sumqayıtda kibertəhlükəsizlik təlimləri təşkil olunub

13-05-2019
Azercell-in dəstəyi ilə Quba məktəbliləri üçün təlim keçirilib

Azercell-in dəstəyi ilə Quba məktəbliləri üçün təlim keçirilib

22-05-2019
Azercell “Təhlükəsiz internet” mövzusunda təlimlərini davam etdirir

Azercell “Təhlükəsiz internet” mövzusunda təlimlərini davam etdirir

18-01-2025
İnternet istifadəçilərinə şad xəbər

İnternet istifadəçilərinə şad xəbər

24-08-2017
Bakcell Rəqəmsal Sənəd Dövriyyəsi (RSD) sisteminə qoşulub

Bakcell Rəqəmsal Sənəd Dövriyyəsi (RSD) sisteminə qoşulub

17-03-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə