Previous Next
Bağla

"Bakcell" yeni internet paketini təqdim edib

02-10-2020 14:28
"Bakcell" yeni internet paketini təqdim edib

Bakcell mütəmadi olaraq öz şəbəkəsinin monitorinqini həyata keçirir.

Xeberler.az məlumat verir ki, bu haqda Bakcell-dən şəbəkənin yüklənməsinin qarşısını almaq barədə məsələni şərh edərkən bildiriblər. 

- Mobil telefonlarda internet trafikin artması bəzi hallarda şəbəkələrin yüklənməsinə səbəb olur. Bunun aradan qaldırılması üçün şəbəkələrin modernləşməsi nəzərdə tutulurmu?

- Bakcell tərəfindən müntəzəm qaydada bütün şəbəkə üzrə monitorinq işləri aparılır və hər hansı bir stansiyada həddən artıq yüklənmə müşahidə olunan zaman şirkətin müvafiq şöbələri tərəfindən təhlillər aparılaraq, aidiyyəti üzrə müvafiq lisenziyalar əlavə edilir, siqnalın gücü, daşıyıcıların sayı artırılır və ehtiyac yaranarsa fiziki olaraq da radio və sistem modullar əlavə edilir.

- Yeni tədris ilində təhsilin distant olması ehtimal edilir. Belə olacağı təqdirdə BAKCELL olaraq bölgələrdə şəbəkələrin modernləşdirilməsini planlayırmə və ümumiyyətlə buna nə dərəcədə ehtiyac var?

- Keçən tədris ilinin bir hissəsinin pandemiyaya görə distant keçirildiyi üçün bizim bu prosesdə artıq müvafiq təcrübəmiz mövcuddur. Buna görə də, cari vəziyyətə uyğun olaraq bütün sahələrimiz xüsusi nəzarət altında saxlanılır və statistik məlumatlara əsasən lazımlı tədbirlər (şəbəkənin optimallaşdırılması və s) dərhal həyata keçirilir. Əlavə olaraq qeyd etmək istərdik ki, növbəti il üçün də yeni baza stansiyaların qurulması planlaşdırılır.

- BAKCELL şirkəti tədris ilinin başlanması ilə tələbə və müəllimlər üçün əlverişli paketlər təklif ediləcəkmi? Regionlarda yeni paketlər təklif olunacağmı ?

- Təqdim olunan bütün tarif və təklifləri bazar tələbləri, müştərilərin ehtiyac və təklifləri, yüksək keyfiyyətli xidmətlərin göstərilməsi və üstün müştəri təcrübəsinin təmin edilməsi üçün tələb olunan istehsal xərcləri nəzərə alınmaqla formalaşır. Hazırda Bakcell bütün müştəri seqmentlərinə uyğun olan müxtəlif həcmdə internet paketləri təklif edir. Yəni hər bir müştəri öz büdcəsi və ehtiyacına uyğun olaraq özünə müvafiq səfrəli internet paketi seçmək imkanına malikdir.

Keçən il, Bakcell şirkəti abunəçilərin tələb və istəkləri əsasında hazırlanmış tamamilə yeni internet paketlərini təqdim edib. Bu paketlər sayəsində Bakcell ölkənin ən sürətli mobil şəbəkəsində (Ookla şirkətinin təsdiq etdiyi məlumata əsasən) maksimum rahatlıq təklif edir. Müştəriyönümlü və çox sadə məhsul olan yeni internet paketlərindən istifadə edən abunəçilər həm də nömrənin balansına daha yaxşı nəzarət imkanına malikdirlər.

Pandemiya müddətində əksər insanların  evdə işlədiyi üçün onların daha böyük həcmli mobil internet paketlərinə olan tələbatı artdı. Buna görə də müştərilər “Bakcell”-in yüksək həcmli 20 və 50 GB internet paketlərindən istifadəyə üstünlük veriblər. “20 GB + gecədən səhərə Limitsiz İnternet” paketini cəmi 25 manata əldə edən Bakcell abunəçiləri 20 GB trafiklə yanaşı, gecə saat 01:00-dan səhər 10:00-dək tamamilə LİMİTSİZ internetdən yararlananırlar. Bundan əlavə, paketin aktivləşdirildiyi gündən başlayaraq 30 gün ərzində paketin əsas trafik həcmi (20 GB) bitsə belə, internet istifadəsi gecə və səhərlər limitsizdir. Həmçinin, abunəçilərin daha iri həcmli internet trafikinə olan tələbatını ödəmək məqsədilə Bakcell şirkəti cəmi 30 manata yeni 50 GB İnternet paketini təqdim edir. Bu təklif sayəsində Bakcell öz abunəçilərinə Azərbaycanın ən üstün və ən sürətli mobil şəbəkəsinin tam potensialından istifadə etmək imkanı qazandırır.

Bundan əlavə, Bakcell şirkəti böyük məmnuniyyətlə ENGINET şirkəti və tərəfdaşlarının Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirdiyi “Virtual təhsilə dəstək” layihəsinə rəsmi mobil tərəfdaş qismində qoşuldu. Bu layihə çərçivəsində Bakcell tərəfindən müəllimlər üçün təqdim olunan təklif və güzəştlər barədə yaxın zamanda ictimaiyyətə ətraflı məlumat veriləcək.

- Operator tərəfindən "safety" internet paketlərinin tətbiq edilməsi gözlənilirmi?

- Bakcell tərəfindən bir neçə il bundan əvvəl istifadəyə verilmiş və artıq 4G şəbəkəsində də fəaliyyət göstərən “Təhlükəsiz İnternet Paketi” uşaqlar üçün internetdən təhlükəsiz istifadəni təmin edir. Bu internet paketləri və ENGİNET şirkətinin “İnternet Filtrasiya Xidməti” sayəsində Bakcell abunəçiləri öz uşaqlarının internetdən təhlükəsiz istifadəsini təmin edə və onları zərərli və arzuolunmaz məzmundan qoruya bilərlər. “Təhlükəsiz İnternet” paketi haqqında daha ətraflı məlumat https://www.bakcell.com/az/internet-safe-internet səhifəsinə əks olunur.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Bakcell” 20 GB + gecədən səhərə limitsiz İnternet paketini təqdim edib

05-05-2020

Bakcell uşaqlara İnternetdən təhlükəsiz istifadəni öyrədir

11-06-2019

Bakcell yeni internet paketlərini təqdim edib

07-11-2019

Bakcell və ENGİNET Təhlükəsiz İnternet günü ilə bağlı təlimlər keçirib

14-02-2019

Bakcell 30 manata yeni 50 GB İnternet paketini təqdim edir

22-05-2020

Bakcell məktəbliləri İnternetdən təhlükəsiz istifadə ilə tanış edir

07-01-2019

“Bakcell”dən onlayn iş və təhsil üçün internet paketi

25-02-2021

Bakcell-in rouminq xidmətindən istifadə daha da asanlaşdı

29-11-2018

Bakcell internetdən limitsiz istifadə imkanı yaradır

14-06-2018

Məktəblilər Bakcell-in Təhlükəsiz İnterneti ilə tanış olublar

22-06-2018

Bakcell-in bütün internet paketləri 4G şəbəkəsində istifadə oluna bilər

21-08-2018

Bakcell limitsiz internet paketlərini təqdim edib

14-10-2016

Bakcell və ENGINET uşaqları internetdəki arzuolunmaz məzmundan qoruyur

05-06-2018

Bakcell-dən yeni limitsiz internet paketi

16-06-2017

Bakcell-dən möhtəşəm Yeni İl hədiyyəsi

11-12-2018

“Bakcell”in 4G şəbəkəsinə keç və 5 GB İnternet hədiyyə al

19-03-2021

Bakcell-dən endirim kampaniyası

19-08-2015

Bakcell internet paketin qiymətini 10 qəpiyə saldı

09-09-2015

Bakcell bölgələrdən LİMİTSİZ zəngləri gündəlik sadəcə 30 qəpiyə təklif edir

26-12-2018

Bakcell müsabiqədə qalib gələn məktəbliləri mükafatlandırdı

12-12-2018

"Bakcell”dən rəqəmsal yeniliklər!

17-03-2023

“Bakcell”in Klass tariflərində eyni qiymətə daha çox dəqiqə və internet

14-12-2020

Bakcell-dən ikiqat internet

03-05-2018

Bakcell-dən YouTube istifadəçiləri üçün yenilik

30-06-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə