Previous Next
Bağla

Bakcell müsabiqədə qalib gələn məktəbliləri mükafatlandırdı

12-12-2018 15:33
Bakcell müsabiqədə qalib gələn məktəbliləri mükafatlandırdı

Bakcell şirkəti və Azərbaycanın ilk FTTH provayderi olan ENGİNET şirkəti "İnternetdə uşaqların təhlükəsizliyi” layihəsi çərçivəsində keçirilmiş “Bakı şəhər məktəbləri arasında video-çarx müsabiqəsi”nin qaliblərini mükafatlandırıb.

Xeberler.az  bildirir ki, “Bakı şəhər məktəbləri arasında video-çarx müsabiqəsi” Təhsil Nazirliyinin dəstəyi ilə icra olunan "İnternetdə uşaqların təhlükəsizliyi” layihəsi çərçivəsində həyata keçirilib. Bakcell və ENGİNET şirkətlərinin birgə dəstək göstərdiyi layihə çərçivəsində Bakıdakı 165, 280, 291, 211, 225, 177 və 271 nömrəli tam orta məktəblərinin şagird və pedaqoji heyəti ilə görüşlər keçirilib. Görüşlərdə internetdən düzgün və təhlükəsiz istifadə qaydaları, mövcud təhlükələr və təhlükəli məzmunlardan qorunmaq üçün nəzərdə tutulmuş alətlər barədə geniş məlumat verilib. 291 nömrəli Ekologiya liseyinin şagirdləri Mustafayev Tuncay və Niftəli Ayşən, 211 nömrəli məktəbdən Qəribova Fidan, Əlisəttarova Aylin, Ramazanova Mədinə, Xəlilov Vüsal, Mirzəyeva Əsmət və 271 nömrəli məktəbdən Məmmədov Ayxan, Göyüşlü Banu, Əkbərli Hüseyn, Quluzadə Nurlan və Süleymanova Mədinə müsabiqənin qalibləri seçilib. Bakı şəhərinin 211 nömrəli tam orta məktəbində keçirilmiş mərasim zamanı müsabiqədə qalib gəlmiş məktəblilərə Bakcell və ENGİNET şirkətləri tərəfindən xüsusi hədiyyələr təqdim edilib.

Qeyd edək ki, Bakcell bir neçə il il bundan əvvəl istifadəyə verilmiş və artıq 4G şəbəkəsində də fəaliyyət göstərən “Təhlükəsiz İnternet Paketləri” uşaqlar üçün internetdən istifadənin təhlükəsiz olmasını təmin edir. Bu internet paketləri və ENGİNET şirkətinin “İnternet Filtrasiya Xidməti” sayəsində Bakcell abunəçiləri öz uşaqlarının internetdən təhlükəsiz istifadəsini təmin edə və onları zərərli və istənilməyən məzmundan qorumaq imkanına malikdirlər. “Təhlükəsiz İnternet” paketləri haqqında daha ətraflı məlumat https://www.bakcell.com/az/internet-safe internet səhifəsinə əks olunur.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Bakcell uşaqlara İnternetdən təhlükəsiz istifadəni öyrədir

11-06-2019

Bakcell məktəbliləri İnternetdən təhlükəsiz istifadə ilə tanış edir

07-01-2019

Bakcell və ENGİNET Təhlükəsiz İnternet günü ilə bağlı təlimlər keçirib

14-02-2019

Məktəblilər Bakcell-in Təhlükəsiz İnterneti ilə tanış olublar

22-06-2018

Bakcell və ENGINET uşaqları internetdəki arzuolunmaz məzmundan qoruyur

05-06-2018

Uşaqların internetdən istifadəsi ilə bağlı yeni xidmət-Foto

19-05-2016

Videoçarx müsabiqəsinin təqdimat mərasimi olub

30-08-2018

"Bakcell" yeni internet paketini təqdim edib

02-10-2020

Elektron Təhlükəsizlik Xidməti məktəblərdə təlimlər təşkil edib

02-12-2022

Azercell-in dəstəyi ilə Quba məktəbliləri üçün təlim keçirilib

22-05-2019

Bakcell şahmat və dama turnirinə dəstək verib

08-05-2018

Bakcell-in rouminq xidmətindən istifadə daha da asanlaşdı

29-11-2018

Ekspert: "Halal internet" və uşaqların təhlükəsizliyi necə tənzimlənməlidir?

10-09-2021

İnternetdəki təhlükələrdən xəbərdarsınızmı?

25-09-2018

“Uşaqlara kiberqayğı” qrant layihəsi yekunlaşıb

01-10-2025

İnternetdən təhlükəsiz istifadənin təlimi keçirilib

20-11-2018

Qəbələ məktəbliləri də internet təhlükəsizliyi haqqında təlim aldı

19-10-2018

Ümumtəhsil məktəblərində təhlükəsiz internet mövzusunda açıq dərslər keçirilib

30-03-2022

Informatika müəllimləri üçün təlim keçirilib

18-01-2020

“Uşaqların internet təhlükəsizliyi” mövzusunda tədbirlər keçirilib

17-11-2025

Bakcell-in bütün internet paketləri 4G şəbəkəsində istifadə oluna bilər

21-08-2018

Uşaqların internetdə təhlükəsizliyi müzakirə olunub

10-11-2015

Azercell Kibertəhlükəsizlik Həftəsinə qoşulub

12-03-2019

Bakcell-dən YouTube istifadəçiləri üçün yenilik

30-06-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə