Previous Next
Bağla

Məlumat Hesablama Mərkəzi Cənubi Koreyanın nəhəng İKT şirkəti ilə memorandum imzalayıb

03-12-2018 14:08
Məlumat Hesablama Mərkəzi Cənubi Koreyanın nəhəng İKT şirkəti ilə memorandum imzalayıb

Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi ilə “Samsung Electronics” arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

Xeberler.az  bildirir ki, Memorandumu, dünyanın texnologiya nəhəngi Cənubi Koreyanın "Samung Electronics" şirkəti tərəfindən Azərbaycan nümayəndəliyinin rəhbəri Jae Hun Lee və Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin direktoru Elnar Əsədov imzalayıb. Sazişin əsas məqsədi tərəflər arasında əməkdaşlığın möhkəmləndirilməsi və inkişaf etdirilməsidir. Cari ilin sentyabrında tərəflər arasında baş tutmuş görüşün və aparılmış danışıqların nəticəsində imzalanmış bu memoranduma görə, hər iki təşkilat innovativ həllərin və proqram təminatlarının hazırlanması sahəsində birgə çalışacaq. Memorandum aşağıdakı istiqamətlər üzrə əməkdaşlığı nəzərdə tutur:

  • “Samsung” mobil qurğuları üçün proqram məhsullarının hazırlanması və tətbiqi;
  • “Samsung” mobil qurğuları əsasında elektron sənəd dövriyyəsi sisteminin hazırlanması və tətbiqi;
  • “Samsung” şirkətinin KNOX mobil təhlükəsizlik platforması üzərində müştərək həllərin hazırlanması və tətbiqi;
  • “Elektron imza” mobil həllərinin “Samsung” mobil qurğuları üçün hazırlanması və tətbiqi;
  • “Samsung” mobil qurğularının ayarları və mobil tətbiqlərinin məsafədən idarə olunmasının təmin edilməsi.

Belə ki, bu əməkdaşlıq çərçivəsində artıq tətbiqinə başlanmış, yerli mütəxəssislər tərəfindən hazırlanan “AzDoc” adlı proqram üçün xüsusi platforma hazırlanır. “AzDoc” müəssisə və təşkilatlarda sənəd dövriyyəsini elektronlaşdırmağa imkan verən yeni bir alətdir. Proqram artıq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi daxilində tətbiq olunur.

Gələcəkdə isə bütün dövlət təşkilatları bu proqramla işləyə bilər. Bu proqram “Elektron imza və Elektron sənəd haqqında” qanuna və kargüzarlıq təlimatlarına tam uyğundur. Bu proqramda sənədləri elektron imza ilə imzalamaq da mümkündür.
Beləliklə, “Samsung” şirkəti ilə birgə Məlumat Hesablama Mərkəzi KNOX mobil təhlükəsizlik platforması üzərində mobil imzanın tətbiqini reallaşdırır.

Təkmilləşdiriləcək yeni platforma üzərindən istifadəçilər istənilən yerdə sənədlərini oxuya və imzalaya biləcək. Məlumat Hesablama Mərkəzi sözügedən memorandum əsasında “Samsung” şirkəti ilə birlikdə innovativ proqram təminatlarının, xüsusən də, məsafədən idarəsi mümkün olacaq həllərin hazırlanmasına, “Əşyalar interneti” konseptinə keçid edəcək. Həmçinin, bu əməkdaşlıq çərçivəsində davamlı İKT infrastrukturunun qurulması, İKT sistemlərinin təhlükəsiz inteqrasiyası üzrə təcrübələr mübadiləsi təmin olunacaq. Əməkdaşlıq çərçivəsində istifadəçi autentifikasiyası tələb olunan sistemlərdə tanınma və sənədlərin imzalanaraq ötürülməsi prosesləri maksimum optimallaşdırılacaq.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

AzDoc A-dan Z-yə elektron kargüzarlıq xidmətini təqdim edir

05-12-2019

Məlumat Hesablama Mərkəzi xarici əlaqələri gücləndirir

01-12-2016

Nazirliklər arasında memorandum elektron imza ilə imzalanıb

04-12-2019

Milli Sertifikat Xidmətləri Mərkəzi yeniliyə imza atdı

01-05-2015

Samsung şirkəti məhsul istehsalında daha keyfiyyətli və cızılmayan şüşələrdən istifadə edəcək

26-10-2013

“Nokia” və “Samsung” lisenziya sazişinin müddətini uzadıb

05-11-2013

E-imzanın mobil versiyası təqdim olundu

07-05-2018

Avstriya Azərbaycanda mobil hökumətlə maraqlanır

15-07-2017

Bu mobil telefon digərlərindən çox fərqlənir

08-10-2010

Türkdilli dövlətlər də e-imzanı tanıyacaq

26-05-2017

Freescale və Samsung güclərini birləşdirir

05-11-2008

2015-ci ildə “Samsung” şirkəti elastik displey istehsal edəcək

07-11-2013

UNEC Yüksək Texnologiyalar Parkı ilə əməkdaşlıq edəcək

23-10-2018

Samsung onlayn-mağaza açır

06-02-2009

Samsung-un təhlükəsizliyi Blackberry-yə əmanət olundu

19-11-2014

Microsoft Azərbaycanla yeni əməkdaşlığa başladı

01-12-2016

Samsung-dan daha bir yenilik

21-01-2016

4-cü Azərbaycan-Belarus Biznes Forumu keçirilib

06-12-2018

Azərkosmos yeni tədqiqatlar üçün anlaşma memorandumu imzalayıb

23-11-2015

AzInTelecom Microsoft-la əməkdaşlığa başladı

07-12-2017

XRİTDX və “ICI Buxarest” arasında Anlaşma Memorandumu imzalanıb

25-09-2024

Milli Açıq Açar İnfrastrukturunun (PKİ) qurulması barədə elan edilmiş Açıq Tenderin nəticələri açıqlanıb.

08-10-2008

Azercell Samsung istifadəçilərinə 5G-nin sürətini sınamağa imkan yaradır

07-04-2023

Giga-LTE şəbəkəsinin sınaqları keçirilir

25-06-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə