Previous Next
Bağla

E-imzanın mobil versiyası təqdim olundu

07-05-2018 16:07
E-imzanın mobil versiyası təqdim olundu

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Məlumat Hesablama Mərkəzi ilə Kapital Bank-ın birgə reallaşdırdığı “Mobil elektron imza” layihəsinin təqdimatı keçirilib.

Xeberler.az bildirir ki, tədbirdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və “Kapital Bank”ın rəsmiləri ilə yanaşı, dövlət qurumlarının nümayəndələri, startapçılar, media nümayəndələri də iştirak edib.

“Elektron imza” virtual məkanda əl ilə imzalanmış imzayla eyni hüquqi qüvvəyə malik olan şəxsiyyət təsdiqedici vasitədir.

Ölkədə “Elektron imza”ya olan tələbat “Mobil elektron imza” həllinin yaradılmasına zəmin yaradıb. “Kapital Bank”la birgə əməkdaşlığın nəticəsində reallaşan bu layihə vətəndaş məmnunluğunun artmasına hesablanıb.

“Mobil elektron imza” Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən hazırlanmış innovativ həldir. Layihə bank əməliyyatlarının rahat şəkildə aparılması ilə yanaşı, sənədlərin imzalama prosesinin sürətli, təhlükəsiz və elektron şəkildə həyata keçirilməsinə imkan yaradacaq.

Bank sektorunda hər zaman yeniliklərə imza atan ölkənin innovativ bankı Kapital bank “Mobil elektron imza” layihəsinə qoşulan ilk bankdır. Bu gündən etibarən Kapital bank müştərilərini qısa müddət ərzində mobil elektron imza sertifikatları ilə təmin edəcək.

Bu layihə mobil bankçılığın inkişafı ilə yanaşı, yarana biləcək bəzi neqativ halların aradan qaldırılmasına gətirib çıxaracaq.

“Mobil elektron imza”nın üstünlükləri:

  • Sənədlərin məkanından asılı olmayaraq onlayn imzalanması
  • Hər hansı tətbiqə inteqrasiyanın mümkünlüyü
  • İmzalanmış sənədlərin təhlükəsizliyi

“Mobil elektron imza” layihəsi ənənəvi klassik metodlardan fərqli olaraq, bank xidmətlərində biznes subyektlərinin münasibətlərini yeni elektron müstəvidə qurmaq və idarəçilik sisteminin təşkilində hüquqi öhdəliklərin təsdiqlənməsi, həmçinin təhlükəsizlik faktoru üzrə etibarlı mühitin yaradılmasını özündə əks etdirir.

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
“Bulud əsaslı imza” layihəsinə start verilib

“Bulud əsaslı imza” layihəsinə start verilib

12-05-2020
Azərbaycanın daha bir bankı e-imza xidmətini aktivləşdirəcək

Azərbaycanın daha bir bankı e-imza xidmətini aktivləşdirəcək

21-04-2021
Asan İmza xidməti artıq Bank BTB ASC–də

Asan İmza xidməti artıq Bank BTB ASC–də

28-09-2018
“PAŞA Bank” onlayn bank platformasını  daha da əlçatan edib

“PAŞA Bank” onlayn bank platformasını daha da əlçatan edib

06-12-2023
Banklar “Asan İmza”dan effektiv istifadə edir

Banklar “Asan İmza”dan effektiv istifadə edir

29-04-2016
Bank VTB ASAN imza xidmətini tətbiq edib

Bank VTB ASAN imza xidmətini tətbiq edib

14-11-2015
“Asan İmza” ilə Unibank-ın xidmətləri telefonunuzda

“Asan İmza” ilə Unibank-ın xidmətləri telefonunuzda

25-04-2016
Milli Sertifikat Xidmətləri Mərkəzi yeniliyə imza atdı

Milli Sertifikat Xidmətləri Mərkəzi yeniliyə imza atdı

01-05-2015
Smartfonu olan şəxslər “Yeni nəsil rəqəmsal imza”ya sahib ola biləcək

Smartfonu olan şəxslər “Yeni nəsil rəqəmsal imza”ya sahib ola biləcək

11-02-2022
Nazirliklər arasında memorandum elektron imza ilə imzalanıb

Nazirliklər arasında memorandum elektron imza ilə imzalanıb

04-12-2019
“Elektron elm”in formalaşması məqsədilə müəssisə və təşkilatları elektron imza əldə etməlidir

“Elektron elm”in formalaşması məqsədilə müəssisə və təşkilatları elektron imza əldə etməlidir

10-05-2013
Asan imza-nın Asan xidmətə aidiyyəti yoxdur

Asan imza-nın Asan xidmətə aidiyyəti yoxdur

17-08-2018
Azərbaycanda yeni mobil rəqəmli imza texnologiyası tətbiq edilir

Azərbaycanda yeni mobil rəqəmli imza texnologiyası tətbiq edilir

15-03-2013
“COVİD-19” pandemiyası dövründə elektron imzaya maraq artıb

“COVİD-19” pandemiyası dövründə elektron imzaya maraq artıb

02-07-2020
Azərbaycanda 34,5 min elektron imza istifadəyə verilib

Azərbaycanda 34,5 min elektron imza istifadəyə verilib

08-06-2015
“SİMA İmza” “Dostbank” mobil tətbiqinə inteqrasiya edilib

“SİMA İmza” “Dostbank” mobil tətbiqinə inteqrasiya edilib

10-04-2025
Birdəfəlik müavinətlər üçün artıq banka yaxınlaşmağa ehtiyac yoxdur

Birdəfəlik müavinətlər üçün artıq banka yaxınlaşmağa ehtiyac yoxdur

09-12-2024
Unibankda internet bankinq Asan oldu

Unibankda internet bankinq Asan oldu

21-07-2017
E-imza ilə 4 milyondan artıq imzalama tranzaksiyası olub

E-imza ilə 4 milyondan artıq imzalama tranzaksiyası olub

22-01-2016
Bank Sertifikat Xidmətləri Mərkəzi yaradılıb

Bank Sertifikat Xidmətləri Mərkəzi yaradılıb

08-04-2016
"Elektron imza"nı artıq poçt şöbələrindən almaq mümkündür

"Elektron imza"nı artıq poçt şöbələrindən almaq mümkündür

29-03-2013
Daha bir bank “Elektron Hökumət” portalına qoşuldu

Daha bir bank “Elektron Hökumət” portalına qoşuldu

10-09-2015
Elektron imza  ilə nə qədər əməliyyat aparılır?

Elektron imza ilə nə qədər əməliyyat aparılır?

09-03-2017
Dövlət qurumlarının e-xidmətlərindən istifadə asanlaşır

Dövlət qurumlarının e-xidmətlərindən istifadə asanlaşır

02-01-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə