Previous Next
Bağla

Məlumat Hesablama Mərkəzi və “AzInTelecom” MMC birləşdirilib

28-12-2021 18:09
Məlumat Hesablama Mərkəzi və “AzInTelecom” MMC birləşdirilib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) tabeliyində fəaliyyət göstərən Məlumat Hesablama Mərkəzi (MHM) nazirliyin digər qurumu “AzInTelecom” MMC-yə birləşdirilib. İki qurumun birləşdirilməsi ilə yenidən təşkil edilən “AzInTelecom” MMC-də qabaqcıl təcrübəyə əsaslanaraq idarəetmədə korporativ standartlar tətbiq olunacaq.

Azərbaycan Respublikası Prezidentinin 27 aprel 2021-ci il tarixli Fərmanına əsasən ölkəmizdə rəqəmsal transformasiya sahəsində fəaliyyətin təşkili, əlaqələndirilməsi və həyata keçirilməsi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə həvalə edilib. Fərmanın icrası məqsədilə RİNN-in tabeliyində olan qurumlarda korporativ idarəetmənin və dövlət əmlakından istifadə mexanizmlərinin təkmilləşdirilməsi, sözügedən qurumların fəaliyyətinin səmərəliləşdirilməsi istiqamətində işlərə başlanılıb.

“Rəqəmsal transformasiya sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” Fərmanla yanaşı, “Hökumət buludunun (G-cloud) yaradılması və bulud xidmətlərinin göstərilməsi sahəsində tədbirlər haqqında” Fərman da iki qurumun birləşdirilməsini, eləcə də “AzInTelecom”un yenidən təşkilini aktual edib. Birləşmə Data mərkəzində infrastruktur işlərinin optimallaşdırılmasına, bulud texnologiyasına əsaslanan bulud xidmət modellərində dövlət informasiya sistemlərinin və ehtiyatlarının formalaşdırılmasına, elektron xidmətlərin təşkili üçün texniki heyətin bir mərkəzdə cəmləşdirilməsinə, bu sahədə xərclərin optimallaşdırılmasına və gəlirlərə vahid nəzarət mexanizminin təmin edilməsinə imkan yaradacaq. “AzInTelecom”un yenidən təşkili ilə Data mərkəzində həyata keçiriləcək yeniliklər sayəsində Böyük həcmli məlumatlar (Big data) kimi təşəbbüslərin tətbiqində uğurların qazanılması, habelə “Ağıllı şəhər (Smart City)” və “Ağıllı kənd (Smart Village)” konsepsiyasının sürətli icrası mümkün olacaq.

Yeni yanaşma rəqəmsal imza sertifikatının da inkişaf etdirilməsinə şərait yaradır. Biometrik autentifikasiya və bulud texnologiyalarını özündə birləşdirən elektron imza konsepsiyası ilə vətəndaşlara operativ və daha əlçatan rəqəmsal imza xidməti göstəriləcək.

Qeyd edək ki, birləşmə texnoloji sistemlərin, eləcə də xidmət və məhsulların inteqrasiyasına imkan yaradaraq yeni sahibkarlıq subyektlərinin formalaşması üçün üfüqlər açacaq. Zəngin İKT ənənələrinə malik MHM-in qabaqcıl rəqəmsal infrastruktura sahib “AzInTelecom”a birləşdirilməsi transformasiya üzrə proseslərin effektiv yerinə yetirilməsinə təkan verəcək, habelə Azərbaycanın regionda innovasiyalar mərkəzinə çevrilməsinə və rəqəmsal iqtisadiyyatın inkişafına xidmət edəcək.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Hesablama Palatası İT sistemlərini qismən “Hökumət buludu”na köçürüb

25-02-2025

Rəqəmsal transformasiya sahəsində idarəetmə təkmilləşdirilir

27-04-2021

Dövlət Vergi Xidməti ehtiyat məlumatlarını Yevlax Data Mərkəzinə köçürür

19-12-2022

KOBİA İT sistemlərini “Hökumət buludu”na köçürüb

05-02-2025

İnnovasiyalar Mərkəzi İT sistemlərini “Hökumət buludu”na köçürüb

19-06-2025

“AzInTelecom” MMC və “Oracle” şirkəti tərəfdaş oldu

19-05-2022

Bakı Metropoliteni İT sistemlərini “Hökumət buludu”na köçürüb

03-02-2026

Milli Depozit Mərkəzi İT sistemlərini “Hökumət buludu”na köçürüb

05-11-2024

“Təmiz Şəhər” İT sistemlərini “Hökumət buludu”na köçürüb

15-04-2026

Elektron hökumət sahəsində səlahiyyətlər yenidən bu nazirliyə qaytarıldı

24-11-2022

Azərbaycan Turizm Bürosu İT sistemlərini “Hökumət buludu”na köçürüb

18-10-2024

Bulvar İdarəsi İT sistemlərini “Hökumət buludu”na köçürüb

03-03-2026

Dövlət komitəsinə Yevlax Data Mərkəzində rezerv serverlər ayrılıb

23-11-2022

FHN İT resurslarını qismən “Hökumət buludu”na köçürüb

21-12-2023

Ekologiya və Təbii Sərvətlər Nazirliyi İT sistemlərini “Hökumət buludu”na köçürüb

13-08-2025

“Azər Türk Bank” informasiya sistemlərini “Hökumət buludu”na köçürür

17-10-2022

Turizm Agentliyi İT sistemlərini “Hökumət buludu”na köçürüb

28-01-2026

Qarabağ Dirçəliş Fondu İT sistemlərini “Hökumət buludu”na köçürüb

13-01-2026

MEDİA informasiya sistemlərini tam olaraq “Hökumət buludu”na köçürüb

29-02-2024

“Azəristiliktəchizat” İT sistemlərini “Hökumət buludu”na köçürüb

06-02-2025

“Azərbaycan Sənaye Korporasiyası” ASC İT sistemlərini qismən “Hökumət buludu”na köçürüb

09-08-2024

“AzerGold” İT sistemlərini “Hökumət buludu”na köçürüb

30-05-2025

Mədəniyyət Nazirliyi informasiya sistemlərini tam olaraq “Hökumət buludu”na köçürüb

27-12-2023

Dövlət qurumlarının “Hökumət buludu”na keçidi sürətləndirilir

26-10-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə