Previous Next
Bağla

"Mənim elektron hökumətim” müsabiqəsinin qalibləri açıqlandı

19-12-2014 15:35
"Mənim elektron hökumətim” müsabiqəsinin qalibləri açıqlandı

Dekabrın 19-da Beynəlxalq Mətbuat Mərkəzində Elektron Hökumət Portalının operatoru – Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi "Mənim elektron hökumətim” adlı məqalə və video süjet müsabiqəsinin qaliblərinin elan edilməsi və mükafatlandırma mərasimi keçirilib.

Xeberler.az-ın məlumatına görə, tədbiri Mərkəzin ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Ruhəngiz Mehmanqızı açaraq bildirib ki, müsabiqəyə 7 videomaterial və 48 məqalə təqdim edilib. Və qaliblər artıq müəyyən edilib.

Mərkəzin direktoru Nail Mərdanov müsabiqənin məqsədlərindən danışıb. O, bildirib ki, əsas məqsədimiz elektron hökumət, elektron xidmətlərin təbliğatını daha da genişləndirmək, ictimaiyyəti daha da yaxından məlumatlandırmaq və media mənsublarını işimizə daha yaxından cəlb etməkdir: “Artıq iki ildir ki, belə bir müsabiqə keçirilir. Müsabiqənin əhəmiyyəti ondan ibarətdir ki, artıq media işçilərimize-höküməti daha dərindən öyrənə bilir və mətbuatda müxtəlif yazılarla çıxış edirlər. Bu da bizə elektron hökümət quruculuğu sahəsində sosial tələblərin müəyyənləşdirilməsində yaxından kömək edir”.

Nail Mərdanov vurğulayıb ki, müsabiqəyə təqdim olunan bütün məqalələr öyrənilib, sosial tələb və təkliflər ümumiləşdirilib. Bütün bu tələb təkliflər müvafiq qurumlara göndəriləcək və elektron hökumətin işində yararlı məlumat kimi istifadə olunacaq.

Tədbirdə çıxış edən Orta Asiya və Güney Qafqaz Söz azadlığı Şəbəkəsinin sədri Azər Həsrət bildirib ki, ictimai rəyin formalaşmasında elektron hökümətin özünə əsaslı şəkildə yer tuta bilməsində bu müsabiqənijn böyük rolu olacaq: “Yazıları nəzərdən keçirəndə o açıdan baxmağa çalışdıq ki, bu yazıları oxuyan sadə oxucu həmin yazılardan nə isə öyrənə bilsin. Bu müsabiqədəki yazılar daha böyük kütlənin diqqətini cəlb edə bilir və insanları maarifləndirir. Yazıların yoxlanılmasında maksimum obyektiv olmağa çalışdıq. QHT vətəndaş cəmiyyətləri, jurnalistlər, elmi dairələrin nümayəndələrinin iştirakı ilə biz dəyərləndirmə apardıq və ümid edirik ki, qaliblər sevinəcək. Qalib gəlməyənlər isə kədərlənməyəcək, çünki bir yarış varsa, orada həm qalib var, həm də qalib olmayan. Ləyaqətli şəkildə məğlub olmağın özü bir gözəllikdir”.

İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri Rasim Mahmudov  elektron vətəndaşın yetişdirilməsinin vacib məsələ olduğunu deyib. O, qeyd edib ki, vətəndaşlar elektron xidmətləri qəbul edib, xidməti mənimsəməyə hazır olmalıdır: “Ona görə də, bu layihə uğurlu bir layihədir. Ümid edirəm ki, müsabiqədəki nominasiyaların sayı artırılacaq”, deyə Rasim Mahmudov əlavə edib.

Rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə müsabiqəyə təqdim olunan məqalələrlə tanış olduğunu və münsiflər heyətinin öz işinə məsuliyyətli və obyektiv yanadığını diqqətə çatdırıb.

Sonra qaliblərin mükafatlandırılması mərasimi baş tutub.

"Mənim Elektron Hökumətim" məqalə və video süjet müsabiqəsinin qalibləri: 

Video material nominasiyası üzrə

Məqalə nominasiyası üzrə

1-ci yer  Səkinə  Zeynalova

2-ci yer Nicat Abdullayev

3-cü yer Jalə Quliyeva

1-ci yer İlhamə İsabalayeva

2-ci yer Elnarə Kərimova

3-cü yer Ramin İlyasov

4-cü yer İsmayıl İsmayılov

5-ci yer Limunət Əmrahl

1-ci yerin qaliblərinə  - 2500 manat , 2-ci yerin qaliblərinə isə  1500 manat pul mükafatı verilib.

 3,4,5-ci yerin qaliblərinə  noutbuk hədiyyə olunub.

 Hər bir iştirakçıya e-imza vəsiqəsi və kart oxuyucu təqdim edilib.

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“E-hökumət” müsabiqəsinin qalibləri gələn həftə bilinəcək

08-12-2014

Elektron hökumət müsabiqəsinin qalibləri gələn həftə bilinəcək

15-12-2014

“Elektron hökumət” analitik məqalə müsabiqəsi ilə bağlı tədbir keçirilib

05-09-2013

Onlayn media müsabiqəsinin qaliblərini bahalı hədiyyələr gözləyir

15-11-2013

“Elektron hökumət”: mövcud vəziyyət, problemlər, perspektiv və gözləntilər” analitik məqalə müsabiqəsinin 1-ci mərhələsinin qalibləri elan edilib

03-09-2013

“İnformasiya Cəmiyyətinin ən yaxşı jurnalisti” müsabiqəsinin Qaliblərinin təqdimat mərasimi keçiriləcək

27-02-2012

“Onlayn Media 2014” müsabiqəsinin münsiflər heyətinin toplantısı keçirilib

25-11-2014

RYTN “Texnologiyalar və biz” adlı foto müsabiqə elan edir

21-10-2014

"Onlayn Media" müsabiqəsinin qalibləri artıq məlumdur

09-12-2013

“Onlayn Media” Müsabiqəsinin təqdimat mərasimi keçirilib

11-12-2013

DSMF kütləvi informasiya vasitələri arasında müsabiqə elan edib

14-09-2009

‎Elektron hökumət və media Layihəsinin yekunlarına həsr olunan Təqdimat mərasimi keçirilib.

06-03-2013

“Elektron Təhsil” Respublika müsabiqəsinə 230 layihə təqdim olunub

08-05-2013

"Onlayn media" yazı Müsabiqəsi davam edir.

28-10-2013

“Onlayn Media” Müsabiqəsinə yazıların və tvitlərin qəbulu başa çatıb.

02-12-2013

ÜPİ məktəblilər arasında növbəti epistolyar inşa müsabiqəsini keçirir

17-09-2010

Nazir müavini: Elmir Vəlizadə: “Yeni həllərin tətbiq edilməsi üçün həm dövlət, həm də özəl sektorda geniş imkanlar var”

13-03-2013

“Elektron hökumət” portalı vasitəsilə ən çox hansı xidmətlərdən istifadə olunur?

11-03-2013

KİVDF Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə birgə müsabiqə elan edib

19-11-2013

«WinPhone 2» müsabiqəsinin final mərasimi keçirilib

15-03-2013

Onlayn Media Müsabiqəsinə yazıların təqdim olunmasına başlandı

16-09-2013

Xeberler.az-ın redaktoru TQDK müsabiqəsinin qalibi oldu

17-09-2015

“İnformasiya Cəmiyyətinin Jurnalisti” Layihəsinin yekunlarına həsr olunan Təqdimat mərasimi keçirilib

19-02-2009

Jurnalistlər, bloqçular və tələbələr üçün nəzərdə tutulan “Onlayn Media” müsabiqəsi davam edir

11-10-2013





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə