Məntəqə seçki komissiyalarında “veb-kamera”ların quraşdırılması prosesi başlayıb

30-11-2009 / 17:26

Bələdiyyə seçkiləri ilə bağlı məntəqə seçki komissiyalarında “veb-kamera”ların quraşdırılması prosesi başlayıb. Mərkəzi Seçki Komissiyasının (MSK) beynəlxalq əlaqələr şöbəsinin müdiri Rövzət Qasımov APA-ya bildirib ki, bu proses Rabitə və İnformasiya Texnologiyaları ilə birlikdə koordinasiya edilir.

500 seçki məntəqəsində “veb-kamera”nın quraşdırılacağını deyən R. Qasımov həmin seçki məntəqələrinin siyahısının MSK-nın internet səhifəsində yerləşdirildiyini qeyd edib. Şöbə müdiri qısa müddətdə prosesin yekunlaşacağını və dekabrın ilk ongünlüyündə “veb-kamera”ların işləməsi ilə bağlı testlərin keçiriləcəyini vurğulayıb.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə