Oktyabrın 1-də Amerika Patent Dairəsi tərəfindən Apple-a məxsus patent sənədləri nümayiş olunub. Sənədlərdə şirkətin yeni xidmət üzərində çalışdığı açıqlanıb.
Xeberler.az xarici mətbuata istinadən məlumat verir ki, mütəxəssislər bildirib ki, əgər Apple-ın bu müraciəti müdafiə məqsədli bir patent almaq deyilsə, şirkət iOS əsaslı ağıllı üzüyün ilkin variantını gələn aylarda geniş kütləyə təqdim edəcək.
Qeyd edək ki, patent müraciətində Apple-ın kiçik sensor ekran, prosessor və yüksək enerji mənbəyinə sahib cihaz üzərində çalışdığı bildirilib.
Şirkətin 22 səhifəlik patent müraciətində sənəddə yumru və düzbucaqlı şəklindəki qaralama şəkillərdən cihazın Apple Watch qabiliyyətlərinə sahib ola biləcəyi də güman edilir.
Apple-ın üzərində çalışdığı cihaz ağıllı üzükdür.
Belə ki, bu üzük touch ekran, Apple-ın iPhone 6S ilə tanıtdığı 3D Touch toxunma xüsusiyyətinə sahib olması isə funksionallığını artıracaq.
Ağılı üzük səsli əmrlərə və əl işarələrinə cavab verə biləcək.
Kabelsiz əlaqə, mobil şəbəkə, Bluetooth və ya NFC kimi fərqli əlaqə xüsusiyyətlərini daşıması gözlənilən üzüyün mesaj və hətta pul transferi üçün də xidmət göstərəcəyi iddia edilir.
Sevinc Çəltikova
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri