Apple ekran kimi parçadan istifadə edəcək

05-12-2015 / 12:49

Patentləri ilə tanınan Apple daha bir maraqlı patent alıb.

Xeberler.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, Apple-ın yeni patenti işıq saçan LED-lər şəklində olan parçadır. Yeni  texnologiya çox sadə bir sistemlə işləyir. 

Parçanın tərkibində olan liflərin bəziləri normal lif, bəziləri isə işıq saçan LED-lər şəklində dizayn edilmiş liflərdir. Bu liflər cihazlarla əlaqədə olduqda siqnallar göndərərək işıq saçır. Beləliklə də Apple Watch kimi cihazların biləkliyi bildirişləri işıqla bilirəcək və ya saatı göstərə biləcək. Yeni texnologiyaya “Woven display” adı verilib.

 

Sevinc Əsədova


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə