Apple tərəfindən patenti alınan yeni texnologiyalar iPhone 7 ilə başlayaraq yeni Apple ağıllı telefonlarının suya davamlı ola biləcəyini göstərib.
Ağıllı telefonlarda suya davamlılıq bu günə qədər çox məşhur olmasa da və bu xüsusiyyət indiyə qədər böyük ölçüdə Sony-nin ağıllı telefonlarına xas olsa da, son dövrlərin inkişafları bu xüsusiyyətin çox yaxın zamanda üst səviyyə telefonlar arasında yayıla biləcəyini göstərib.
Apple tərəfindən ötən günlərdə ABŞ Patent və Marka Bürosuna təqdim edilən yeni bir patent şirkətin iPhone 7-dən başlayaraq ağıllı telefonlarına suya davamlılıq xüsusiyyətini də qatmağı planladığını göstərib. Elektron hissələrin nəmdən qorunması üçün lazımlı metodlar adı altında təsdiqi üçün təqdim edilən bu yeni patent iPhone 7-nin korpusunun suya davamlı olacaq formada hazırlanması imkanını təmin edəcək.
Sevil Rəsulzadə
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri