Apple bu il hansı yeni məhsullar təqdim edəcək?

22-05-2017 / 15:06

Qırmızı iPhone 7 və yeni iPad ilə 2017-ci ilə iddialı daxil olan Apple ilin ikinci yarısında yeni məhsullarını təqdim edə bilər.

Xeberler.az Webrazzi-yə istinadən yeniliklərin olacağı  WWDC 2017-də  Apple-ın təqdim etməsi gözlənilən yeni məhsullarını təqdim edir:

10-cu ilə özəl  iPhone 8

iPhone-nun 10-cu ilinə özəl olaraq hazırlanan və indidən ilin telefonlarından biri olması gözlənilən iPhone 8 modelinin  5.8 düymlük çərçivəsiz ekran və artırılmış reallıq texnologiyaları təchiz edilmiş bir kamera ilə qarşımıza çıxması gözlənilir.

iPhone 7s ve 7s Plus

2017-ci ildə ümumi olaraq  3 yeni iPhone modeli tanıtması gözlənilən Apple iPhone 8 modeli ilə yanaşı,  ötən  il qarşımıza çıxan iPhone 7 ailəsinin sələflərini də təqdim edəcək. iPhone 7 modelləri ilə oxşar dizayn xüsusiyyətləri daşıması gözlənilən iPhone 7s və 7s Plus-un sentyabr ayında tanıdılması gözlənilir.

Yeni Apple Watch

İlk olaraq 2015-ci ildə qarşımıza çıxan və ötən il entyabr ayında yenilənən Apple Watch-un  3-cü nəsl modelinin də bu il  tanıdılması gözlənilir. Payız aylarında qarşımıza çıxa biləcək olan yeni Apple Watch-da  dizayn mənada böyük dəyişikliklər  ola bilər.

Siri dəstəkli masaüstü səsli assistent

Siri ilə masa üstü səsli assistent yarışına girmək istəyən Apple ilk ağıllı speak-ləri iyun ayında təşkil ediləcəkWWDC 2017-də tanıdacaq. Bu həmləsi  ilə Google Home və Amazon Echo-ya rəqib olacaq olan Apple-ın  ağıllı speak-ləri  ekrana sahib ola biləcəyi də iddia edilir.

Yenilənən MacBook Pro

Ötən il qarşımıza çıxan yeni MacBook Pro ailəsi dizayn mənasında böyük dəyişiklik yaşasa da, istifadə etdiyi  prosessor səbəbiylə bir çox tənqidə məruz qalmışdı. Apple-ın bu il içərisində MacBook Pro ailəsini İntel-in ən güclü prosessorlarından olan Kaby Lake ailəsi ilə yeniləməsi gözlənilir.

Yeni MacBook

 

Apple-ın  ən incə və yüngül notebook  həlli olan MacBook Bloomberg-in xəbərinə görəŞ 2017-ci ildə yenilənəcək. WWDC 2017 tədbirində tanıdılması gözlənilən yeni MacBook həm performans,  həm də batareya mənasında  inkişaf etdirilmiş olacaq.

iMac yenilənir

Apple 2017-ci ilin sonuna doğru yeni iMac modellərini tanıdacağını elan edib. Uzun zamandır yenilənməyi gözləyən iMac "Pro" istifadəçilərinə təqdim ediləcək.

 
Apple TV 4K dəstəyinə qovuşacaq
 

Uzun zamandır Apple-ın yeni bir Apple TV üzərində çalışdığı danışılır. Bu il qarşımıza çıxması gözlənilən Apple TV nəhayət 4K dəstəyinə də qovuşacaq.

Günel


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə