Previous Next
Bağla

Mətbuat Şurası: Jurnalistlərin adından saxta mesajların göndərilməsi narahatlıq doğurur

21-10-2026 12:39
Mətbuat Şurası: Jurnalistlərin adından saxta mesajların göndərilməsi narahatlıq doğurur

Son günlər tanınmış jurnalistlərin adından saxta “WhatsApp” hesablarının yaradılması və həmin hesablar vasitəsilə müxtəlif məzmunlu mesajların göndərilməsi barədə məlumatlar daxil olur. Hüquq-mühafizə orqanlarının açıqlamalarından bəlli olur ki, bu cür fəaliyyət Azərbaycanın hüdudlarından kənarda olan mütəşəkkil kibercinayətkar şəbəkələr tərəfindən həyata keçirilir. Həmin qruplaşmalar süni intellekt alqoritmlərindən və xüsusi proqram təminatlarından istifadə etməklə, dövlət qulluqçularını, müxtəlif müəssisə və təşkilatların əməkdaşlarını, eləcə də jurnalistləri və digər vətəndaşları hədəfə alırlar. Çoxsaylı maarifləndirici tədbirlərə baxmayaraq, bəzi vətəndaşlar hələ də belə dələduzluq əməllərinin təsirinə düşürlər.

Xeberler.az məlumat verir ki, bu barədə Mətbuat Şurasının yaydığı xəbərdarlığında əksini tapıb.

Məlumatda, həmçinin bildirilib: “Azərbaycan Mətbuat Şurası bu cür halların ayrı-ayrı insidentlərlə məhdudlaşmadığını və narahatedici tendensiyaya çevrilə biləcəyini nəzərə alaraq, jurnalistləri və ümumilikdə media işçilərini diqqətli olmağa çağırır. Tanıdıqları şəxslərin adından göndərilsə belə, şübhə doğuran mesajların həqiqiliyini yoxlamadan onlara etibar etməmək, cavab verməmək və məzmununu yaymamaq vacibdir. Xüsusilə ictimai-siyasi məzmun daşıyan məlumatların mənbəyinin və həqiqiliyinin yoxlanılması mühüm əhəmiyyət daşıyır. Unudulmamalıdır ki, saxta hesablar vasitəsilə göndərilən mesajlar şəxslər barədə yanlış təsəvvür yaratmağı, onların nüfuzuna xələl gətirməyi, həmçinin ictimai rəyi çaşdırmağı hədəfləyir.

Azərbaycan Mətbuat Şurası jurnalistləri və ictimaiyyəti rəqəmsal mühitdə ayıq-sayıq olmağa, informasiya mənbələrini yoxlamağa və saxta hesablar vasitəsilə həyata keçirilən mümkün təxribatların yayılmasına şərait yaratmamağa çağırır.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
DTX kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq edib

DTX kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq edib

02-10-2026
DTX: Beynəlxalq kibercinayətkar şəbəkələrin ölkəmizə qarşı qanunsuz əməllərinin qarşısı alınır

DTX: Beynəlxalq kibercinayətkar şəbəkələrin ölkəmizə qarşı qanunsuz əməllərinin qarşısı alınır

10-08-2026
MEDİA: Bir sıra dövlət xadimlərinin adından saxta açıqlamalar yayılıb

MEDİA: Bir sıra dövlət xadimlərinin adından saxta açıqlamalar yayılıb

23-07-2025
Media və Yayım Şurası və Səhiyyə Nazirliyi birgə açıqlama yayıb

Media və Yayım Şurası və Səhiyyə Nazirliyi birgə açıqlama yayıb

15-10-2026
İRİA: “mygov” adından saxta elanlar yayılır

İRİA: “mygov” adından saxta elanlar yayılır

15-01-2026
"Azərpoçt"un adından saxta mesajlar yayılır

"Azərpoçt"un adından saxta mesajlar yayılır

17-09-2025
Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara xəbərdarlıq edib

Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara xəbərdarlıq edib

22-06-2023
MEDİA: Daxili işlər naziri adından saxta açıqlama yayılıb

MEDİA: Daxili işlər naziri adından saxta açıqlama yayılıb

22-07-2025
Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsirinə düşməməyə çağırır

Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsirinə düşməməyə çağırır

13-10-2026
DİN rəsmisi: Saxta profillər rəqəmsal mühitdə ən ciddi təhlükələrdən biridir

DİN rəsmisi: Saxta profillər rəqəmsal mühitdə ən ciddi təhlükələrdən biridir

18-06-2026
İran və Türkiyədən Azərbaycana qarşı koordinasiyalı trol hücumları intensivləşib

İran və Türkiyədən Azərbaycana qarşı koordinasiyalı trol hücumları intensivləşib

14-10-2026
Azərpoçt”MMC-nin müştəriləri hədəfə alınıb

Azərpoçt”MMC-nin müştəriləri hədəfə alınıb

14-12-2023
Yaqub Eyyubovun adından “deep fake” texnologiyası ilə açıqlama hazırlanıb

Yaqub Eyyubovun adından “deep fake” texnologiyası ilə açıqlama hazırlanıb

21-07-2025
Mətbuat Şurası iradlardan nəticə çıxarmayan KİV-lər barədə məsələ qaldıracaq

Mətbuat Şurası iradlardan nəticə çıxarmayan KİV-lər barədə məsələ qaldıracaq

18-11-2015
MEDİA: Azərbaycana qarşı növbəti dezinformasiya kampaniyası başlayıb

MEDİA: Azərbaycana qarşı növbəti dezinformasiya kampaniyası başlayıb

23-09-2025
ETX: Heydər Əliyev Aeroportunun adından saxta kampaniyalar keçirilir

ETX: Heydər Əliyev Aeroportunun adından saxta kampaniyalar keçirilir

14-01-2025
“Prezidentin adından yayımlanan video müraciət heç bir reallığı əks etdirmir”- Rəsmi

“Prezidentin adından yayımlanan video müraciət heç bir reallığı əks etdirmir”- Rəsmi

12-10-2023
"Azercell" sosial şəbəkələrdə yayılan saxta təkliflərlə bağlı açıqlama yayıb

"Azercell" sosial şəbəkələrdə yayılan saxta təkliflərlə bağlı açıqlama yayıb

04-02-2026
ETX: Kiberdələduzlar "Azərpoçt" adından saxta mesajlar göndərir

ETX: Kiberdələduzlar "Azərpoçt" adından saxta mesajlar göndərir

08-09-2025
Dövlət Xidməti vətəndaşlara saxta saytlarla bağlı xəbərdarlıq edib

Dövlət Xidməti vətəndaşlara saxta saytlarla bağlı xəbərdarlıq edib

14-01-2026
ETX saxta investisiya layihələri ilə bağlı vətəndaşları xəbərdar edir

ETX saxta investisiya layihələri ilə bağlı vətəndaşları xəbərdar edir

29-07-2022
Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara xəbərdarlıq edir

Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara xəbərdarlıq edir

05-07-2023
MEDİA: Sosial mediada “deep fake” ilə hazırlanmış açıqlamalar yayılır

MEDİA: Sosial mediada “deep fake” ilə hazırlanmış açıqlamalar yayılır

28-07-2025
ETX: “Azərpoçt”un adından saxta mesajlar göndərilir

ETX: “Azərpoçt”un adından saxta mesajlar göndərilir

20-05-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə