Previous Next
Bağla

Mətbuat Şurası iradlardan nəticə çıxarmayan KİV-lər barədə məsələ qaldıracaq

18-11-2015 21:11
Mətbuat Şurası iradlardan nəticə çıxarmayan KİV-lər barədə məsələ qaldıracaq

Mətbuat Şurası ölkədə kütləvi informasiya vasitəsi kimi fəaliyyət göstərdiyini bəyan edən media orqanlarını jurnalistika prinsiplərinə sadiq olmağa çağırır.

Şuranın Xeberler.az-a daxil olan bəyanatında deyilir: "Söz və ifadə azadlığı Azərbaycanda demokratik dövlət quruculuğu xəttinin mühüm tərkib hissəsidir. Mövcud istiqamətdə aparılan dövlət siyasətinin qayəsini hər bir vətəndaşın sərbəst şəkildə öz fikir və düşüncələrini bölüşməsinə müvafiq şəraitin yaradılması təşkil edir. Məhz bunun nəticəsidir ki, ölkədə kütləvi informasiya vasitələrinin kəmiyyət və keyfiyyət artımına xüsusi önəm verilir. Onların problemlərinin aradan qaldırılmasına, dövlət qayğısı ilə əhatə olunmalarına həssas yanaşılır. İstər media sahəsindəki qanunvericilik bazasının təkmilləşdirilməsinə, jurnalistlərin sosial-məişət şəraitlərinin yaxşılaşdırılmasına, istərsə də medianın özünü tənzimləyən müstəqil ictimai institut kimi formalaşmasına yönələn tədbirlər fundamental səciyyə daşıyır. Azərbaycan Mətbuat Şurası da məhz bu yanaşmanın nəticəsi olaraq yaradılmış qurumdur, eyni zamanda media mənsublarının azad düşüncə sahibləri olaraq demokratik dövlət quruculuğuna mühüm töhfəsidir".

Qeyd olunur ki, Mətbuat Şurasının üzərinə götürdüyü başlıca missiya media-ictimaiyyət, media-hakimiyyət münasibətlərinin tənzimlənməsidir: "Şura ötən dövr ərzində media məkanımızın saflaşmasına, jurnalistlərin peşəkarlıqlarının artırılmasına çalışmaqla ümumən jurnalistikamızın cəmiyyət qarşısındakı nüfuzunun yüksəldilməsini başlıca hədəf seçib. Bu nüfuzun qorunması peşə borcunu ləyaqətlə yerinə yetirməkdən keçir. Həmçinin hər bir vətəndaşın dövlətə, dövlətçiliyə inamının sarsılmazlığının təminatını şərəf işinə çevirir. Qətiyyətlə demək olar ki, mediamızın həm milli istiqlalımıza aparan yoldakı, həm də müstəqillik illərindəki fəalliyyəti bu baxımdan əlamətdar olmuşdur. Lakin zaman-zaman jurnalist adından sui-istifadə hallarına da rast gəlinir. Bəzən ayrı-ayrı media orqanlarının hadisə və proseslərə münasibətdə tutduqları mövqe ictimai missiya əhəmiyyəti daşımır. Bunun ayrı-ayrı təzahür formaları yekunda vətəndaşın dövlətə inamını sarsıdır".

Mətbuat Şurası təəssüf hissi ilə bildirir ki, son günlər bəzi media orqanlarının, əsasən də internet informasiya resurslarının bir sıra dövlət qurumları ilə bağlı məlumat və şərhləri də mövcud prizmadan dəyərləndirilməkdədir: "Şuraya ünvanlanan müraciətlərdə medianın bir növ ittiham mexanizminə, təlaş, həyəcan yaratmaq vasitəsinə çevrilməsindən ciddi narazılıq və narahatlıq ifadə olunur. Müraciətlərdə qabardılan daha bir məqam isə müxtəlif KİV-lərin guya müəyyən kompramat materiallara malik olmalarını bildirərək şantaja əl atmalarıdır. Son proseslər fonunda Mətbuat Şurasının apardığı araşdırmalar onu da göstərir ki, ictimai rəydə qəbul edilən, cəmiyyətdə müəyyən oxucu kütləsinə malik media orqanları və internet xəbər saytlarının fəaliyyəti də narahatlıq doğurur. Bir çox hallarda onlar real nüfuza malik olmayan onlayn vasitələrin şəxsi mənafe və maraqlardan qaynaqlanaraq dövriyyəyə buraxdıqları mülahizələri mühüm informasiya kimi yayırlar. Şura belə xoşagəlməz meyllərin mövcudluğundan ciddi şəkildə narahatdır".

Bəyanatda bildirilir ki, Mətbuat Şurası media-cəmiyyət münasibətlərindəki problem və çətinliklərinin hüquqi müstəviyə daşınmadan həllini həyata keçirmək üçün mükəlləfdir: "Hər bir media əməkdaşının da cəmiyyəti doğru-dürüst şəkildə məlumatlandırmaq kimi mühüm peşə borcu, fəaliyyət azadlığı var. Bu missiya həm cəmiyyətin, həm də dövlətin bütövlükdə mütərəqqi media ictimaiyyətinə etimadının nəticəsidir. Hesab edirik ki, jurnalistlər mövcud məqamı daim nəzərə almalı, onlara bəslənilən inamı sarsıltmamalıdırlar. Bunun yolu isə hadisə və proseslərə münasibətdəki həssaslıqdan, obyektivlik və dəqiqlikdən keçir".

Mətbuat Şurası ölkədə kütləvi informasiya vasitəsi kimi fəaliyyət göstərdiyini bəyan edən media orqanlarını jurnalistika prinsiplərinə sadiq olmağa çağırır: "Qurum bu sadiqliyi təkcə peşə borcunu ləyaqətlə yerinə yetirmək öhdəliyi deyil, müstəqil Azərbaycan Respublikasında qərarlaşmış qanunçuluğa, siyasi mövqeyindən, dünyagörüşündən asılı olmayaraq hər bir vətəndaşın dövlətə etimadının qorunmasına ehtiram əlaməti kimi dəyərləndirir. Şura bütün bunları nəzərə almayan, iradlardan nəticə çıxarmayan KİV-lər barədə müvafiq tədbirlərin görülməsi məqsədilə əlaqədar strukturlar qarşısında məsələ qaldıracaq və mövqeyində israrlı olacaq".

 

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Mətbuat Şurası internet medianın maliyyələşməsini müzakirə edib

11-02-2019

Mətbuat Şurası tələbələr üçün təlim kursları keçir

02-12-2009

KİV-lə bağlı beynəlxalq konfrans Bakıda keçirilə bilər

27-11-2009

“Yalan məlumatlar yayan KİV-lər, jurnalistlər haqqında müvafiq ölçü götürüləcək”

18-11-2015

Mətbuat Şurası jurnalistlər üçün təlim kurslarına başlayır

11-11-2009

Mətbuat Şurası jurnalistlər üçün təlim kursu keçirir

18-12-2009

Mətbuat Şurasında Avropa Şurasının ekspertləri ilə görüş keçirilib

09-12-2009

Mətbuat Şurası Azərbaycan jurnalistlərinə müraciət etdi

20-07-2016

Dövlət internet mediaya dəstək göstərəcək

18-01-2016

MŞ sədri Haraştinin Azərbaycanda medianın vəziyyəti ilə bağlı söylədiyi fikirlərə münasibət bildirib

11-09-2009

“Dövlət internet mediaya dəstək verməlidir”

29-12-2014

Medianın özünütənzimlənməsi-nə aid kitabın təqdimatı olub

10-09-2009

Mətbuat Şurası “KİV-də milli-mənəvi dəyərlərin işıqlandırılması” mövzusunda təlim kursu keçirib

14-12-2009

Dünya Qəzetlər Assosiasiyasının (WAN) rəhbər şəxsləri Mətbuat Şurasında olublar

23-09-2009

MEDİA: Avropa Şurası Platformasının hesabatı qərəzlidir

10-03-2026

Dövlət hansı saytlara maliyyə ayıracaq?

03-02-2016

Mətbuat Şurası: "Deutsche Welle"nin ermənipərəst mövqeyi yolverilməzdir

31-03-2025

Mətbuat Şurasından min İP tələbi

19-02-2015

Mətbuat Şurası :“Bu video-görüntüləri yaymayın”

28-02-2017

“Jurnalistlərin peşə davranışı qaydaları”nın yeni variantı təqdim olundu

07-09-2010

Seçkilər günü Mətbuat Şurasında “qaynar xətt” yaradılacaq

29-10-2015

Media ilə bağlı kitabların təqdimat mərasimi keçiriləcək

09-12-2009

“İnternet media üçün məsuliyyət yükü yoxdur”

16-06-2016

Milli Məclis “Media haqqında” yeni qanunu qəbul edib

30-12-2021





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə