Previous Next
Bağla

Metro və avtobuslarda gedişhaqqı artırıldı

31-07-2018 13:22
Metro və avtobuslarda gedişhaqqı artırıldı

“Məlum olduğu kimi, müntəzəm avtobus marşrutları üzrə sərnişindaşıma xidmətlərinin tariflərinin yuxarı hədləri sonuncu dəfə 2007-ci ilin 6 yanvar tarixində, metroda sərnişindaşıma xidmətinin tarifi isə 2011-ci ilin 24 noyabr tarixində təsdiq edilib”.

Xeberler.az məlumat verir ki, ötən müddət ərzində ictimai nəqliyyatda sərnişindaşıma xidməti üzrə xərclərin artması, avtobus parkının yenilənməsi və istismara saz vəziyyətdə saxlanılması üçün nəqliyyat vasitələrinin və ehtiyat hissələrinin xarici valyuta ilə idxal edilməsi, xidmət səviyyəsinin davamlı olaraq yüksəldilməsi, nağdsız ödəniş sisteminin tətbiqinin genişləndirilməsi, metro nəqliyyatı üzrə dövlət büdcəsindən asılılığın azaldılması və s. amillər nəzərə alınaraq, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Bakı Metropoliteni QSC, Bakı Nəqliyyat Agentliyi vasitəsilə BakuBus MMC və sərnişindaşıma xidmətlərini həyata keçirən bir sıra subyektlər tərəfindən sərnişindaşıma tariflərinə yenidən baxılması üçün Tarif Şurasına müraciətlər olunub.

Qaldırılan məsələlər Tarif Şurasının Katibliyində kompleks şəkildə araşdırılaraq Şuranın iclasının gündəliyinə daxil edilib.

Belə ki, Tarif Şurasının iclasında müraciətlərə baxılıb və metro nəqliyyatında sərnişindaşıma xidmətinin tarifi 1 gediş üçün 30 qəpik, Bakı şəhərində, eləcə də digər şəhər və rayonlarda sərnişindaşıma xidməti tarifinin yuxarı həddi müntəzəm şəhərdaxili avtobus marşrutları üzrə 1 gediş üçün 30 qəpik, şəhərətrafı və qəsəbələrarası avtobus marşrutları üzrə məsafədən asılı olaraq 1 gediş üçün 30-90 qəpik, müntəzəm şəhərlərarası avtobus marşrutları üzrə 1 kilometr üçün 2,4 qəpik təsdiq edilib.

Qeyd edək ki, Bakı şəhərində ictimai nəqliyyatdan ödəniş vasitəsi kimi plastik və ya kağız kartdan istifadə edən sərnişinlərin nəzərinə çatdırılır ki, kartların balansından gediş haqqı üçün ödəniş 2018-ci ilin 31 iyul tarixinə qədər mövcud tariflə, 1 avqust tarixindən etibarən isə yeni tariflə tutulacaq.

İclasda iştirak edən Bakı Nəqliyyat Agentliyinin nümayəndələri tərəfindən sərnişinlərin məlumatlandırılması məqsədilə bildirilib ki, ictimai nəqliyyatdan məhdud istifadə üçün nəzərdə tutulan kağız kart sahibləri 1 avqust tarixindən əvvəl alınmış kağız kartın balansında qalan və istifadə oluna bilməyən məbləğə görə 1 avqust tarixindən etibarən 20 yanvar, 28 may, Nəriman NərimanovNeftçilər metro stansiyalarında fəaliyyət göstərən Kart analiz mərkəzləri-nə yaxınlaşaraq qalıqdan istifadə etmək məqsədilə həmin məbləği artıra bilərlər.

 Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Avtobus və metroda sərnişindaşıma üzrə yeni tariflər təsdiqlənib

29-09-2025

AYNA-da sərnişindaşıma ilə məşğul olan daşıyıcılarla görüş keçirilib

19-10-2022

Bakı-Füzuli-Bakı şəhərlərarası müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır

06-04-2022

Metro kartını geri qaytarmaq üçün 1 gününüz qaldı

14-08-2015

Şəhərlərarası müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

30-09-2022

“Metro kartlarının verilməsində problem yoxdur”

15-08-2015

Dayanacaqlarda “Bakı Kart” terminalları quraşdırılır - FOTO

28-09-2015

Bakı – Füzuli – Bakı şəhərlərarası müntəzəm avtobus marşrutu istifadəyə verilir

15-06-2022

Yeni gətirilən avtobuslar xəttə buraxıldı

10-11-2018

DANX altı şəhərlərarası müntəzəm avtobus marşrutunu müsabiqəyə çıxarır

01-06-2022

Bakıdakı bütün avtobuslarda NFC ilə ödəniş mümkün olacaq

05-11-2025

Yaxın vaxtlarda VISA kartlarla istənilən nəqliyyat vasitəsində istifadə olunacaq - Ekspert

28-08-2023

İnternet ucuzlaşıb

11-03-2013

COP29 üçün rəqəmsal nəqliyyat xəritəsi istifadəyə verilib

24-10-2024

Metro kartlarından nə vaxta kimi istifadə edə biləcəyik?

06-08-2015

Avtobus marşrutlarına onlayn bilet satışı 2 dəfə artıb

03-09-2025

Bakı metrosu fəaliyyət göstərməyəcək

04-07-2018

Şuşa, Ağdam və Füzuli istiqamətində avqust ayına olan biletlər satışa çıxarılacaq

25-07-2022

"Azərbaycanda sərnişindaşıma sahəsi üçün yeni elektron tətbiqlər hazırlanır"

20-06-2023

Şuşa və Ağdam şəhərlərinə 4448 sərnişin səfər edib

19-04-2022

Metro stansiyalarındakı yeni aparatlar nəyə xidmət edir? -Açıqlama

02-12-2015

Nəqliyyatda mobillik həlli tətbiqi istifadəyə verilib

05-12-2025

İşğaldan azad olunmuş ərazilərə avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılacaq

25-04-2024

Sabahdan Bakıda əksər avtobus kart sisteminə keçir

31-08-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə