Previous Next
Bağla

Bakı-Füzuli-Bakı şəhərlərarası müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır

06-04-2022 17:54
Bakı-Füzuli-Bakı şəhərlərarası müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti işğaldan azad edilmiş ərazilərə daşımaların və sərnişinlərin təhlükəsizliyi nəzərə alınmaqla ən çox ehtiyac duyulan istiqamətlər üzrə müntəzəm avtobus marşrutlarının yaradılması ilə bağlı işləri davam etdirir. Qarabağ bölgəsinə sərnişindaşıma fəaliyyətinin genişləndirilməsi çərçivəsində Bakı-Füzuli-Bakı şəhərlərarası müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır.

Xeberler.az bildirir ki, müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun təşkil olunur.

İddiaçılar müsabiqədə iştirak etmək üçün tələb olunan sənədləri 20 aprel 2022-ci il saat 17:00-dək, müsabiqə təklifləri toplusunu isə 2 may 2022-ci il saat 17:00-dək Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə təqdim etməlidirlər.

İddiaçıların təkliflər paketlərini 12 may 2022-ci il tarixində müsabiqə keçirilən zaman müsabiqə komissiyası açacaq. İddiaçılar və onların müvafiq qaydada rəsmiləşdirilmiş sənədlə müvəkkil etdikləri səlahiyyətli nümayəndələri komissiyanın iclasında iştirak edə bilərlər.

Qeyd edək ki, şəhərlərarası marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq, mərhələli qaydada müsabiqəyə təqdim ediləcək. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılması, həmçinin marşrutların təhkim edilməsində şəffaflığın təmin edilməsidir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Şəhərlərarası müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

Şəhərlərarası müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

30-09-2022
DANX altı şəhərlərarası müntəzəm avtobus marşrutunu müsabiqəyə çıxarır

DANX altı şəhərlərarası müntəzəm avtobus marşrutunu müsabiqəyə çıxarır

01-06-2022
Bakı – Füzuli – Bakı şəhərlərarası müntəzəm avtobus marşrutu istifadəyə verilir

Bakı – Füzuli – Bakı şəhərlərarası müntəzəm avtobus marşrutu istifadəyə verilir

15-06-2022
Şuşa və Ağdam şəhərlərinə 4448 sərnişin səfər edib

Şuşa və Ağdam şəhərlərinə 4448 sərnişin səfər edib

19-04-2022
Taxoqraf cihazı olmayan sürücülər cəzalandırılacaq

Taxoqraf cihazı olmayan sürücülər cəzalandırılacaq

17-09-2018
AYNA-da sərnişindaşıma ilə məşğul olan daşıyıcılarla görüş keçirilib

AYNA-da sərnişindaşıma ilə məşğul olan daşıyıcılarla görüş keçirilib

19-10-2022
Şuşa, Ağdam və Füzuli istiqamətində iyul ayına olan biletlər satışa çıxarılacaq

Şuşa, Ağdam və Füzuli istiqamətində iyul ayına olan biletlər satışa çıxarılacaq

26-06-2022
İşğaldan azad olunmuş ərazilərə müntəzəm avtobus reyslərinə maraq artıb

İşğaldan azad olunmuş ərazilərə müntəzəm avtobus reyslərinə maraq artıb

01-03-2025
Şuşa, Ağdam və Füzuli istiqamətində avqust ayına olan biletlər satışa çıxarılacaq

Şuşa, Ağdam və Füzuli istiqamətində avqust ayına olan biletlər satışa çıxarılacaq

25-07-2022
Avtomobil Nəqliyyatı ilə Daşımaların Təşkili tender elan edir

Avtomobil Nəqliyyatı ilə Daşımaların Təşkili tender elan edir

26-12-2018
İşğaldan azad olunmuş ərazilərə avtobus reyslərinə may ayı üçün biletlər satışa  çıxarılacaq

İşğaldan azad olunmuş ərazilərə avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılacaq

25-04-2024
Azərbaycanda nəqliyyat sənədləri elektronlaşır, tələblər dəyişir

Azərbaycanda nəqliyyat sənədləri elektronlaşır, tələblər dəyişir

16-06-2023
RİNN-nin sahibkarlara göstərdiyi xidmətlərdən birinin əhatə dairəsi genişləndirilib

RİNN-nin sahibkarlara göstərdiyi xidmətlərdən birinin əhatə dairəsi genişləndirilib

15-08-2024
Şuşa və Ağdam istiqamətində may ayına olan biletlər satışa çıxarılıb

Şuşa və Ağdam istiqamətində may ayına olan biletlər satışa çıxarılıb

26-04-2022
Dövlət Avtomobil Nəqliyyatı Xidməti “Daşıyıcı bələdçisi” layihəsinə başlayır

Dövlət Avtomobil Nəqliyyatı Xidməti “Daşıyıcı bələdçisi” layihəsinə başlayır

05-04-2022
Taksi əməliyyatları proqram təminatının hazırlanması işləri üzrə TENDER

Taksi əməliyyatları proqram təminatının hazırlanması işləri üzrə TENDER

03-01-2019
Metro və avtobuslarda gedişhaqqı artırıldı

Metro və avtobuslarda gedişhaqqı artırıldı

31-07-2018
Nazir avtomobil nəqliyyatı və logistika şirkətlərinin nümayəndələri ilə görüşüb

Nazir avtomobil nəqliyyatı və logistika şirkətlərinin nümayəndələri ilə görüşüb

04-08-2022
Avtomobil Nəqliyyatı mövzusunda konfrans keçirildi

Avtomobil Nəqliyyatı mövzusunda konfrans keçirildi

12-06-2018
Şuşaya 10000-ci sərnişin səfər edib

Şuşaya 10000-ci sərnişin səfər edib

24-08-2022
Şuşa, Ağdam və Füzuliyə getmək istəyənlərin nəzərinə-Onlayn bilet satışı başlayır

Şuşa, Ağdam və Füzuliyə getmək istəyənlərin nəzərinə-Onlayn bilet satışı başlayır

24-11-2022
Avtobus marşrutlarına onlayn bilet satışı 2 dəfə artıb

Avtobus marşrutlarına onlayn bilet satışı 2 dəfə artıb

03-09-2025
Qarabağa səfərlərlə bağlı sayt hazırlanıb

Qarabağa səfərlərlə bağlı sayt hazırlanıb

18-01-2022
Hər iki istiqamətə onlayn bilet satışı mümkün olacaq

Hər iki istiqamətə onlayn bilet satışı mümkün olacaq

22-06-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə